Əsas Səhifə > Güney Press, Reklam > “Bakcell” leykemiyadan əziyyət çəkən uşaqlar üçün bayram şənliyi təşkil edib
“Bakcell” leykemiyadan əziyyət çəkən uşaqlar üçün bayram şənliyi təşkil edib29-12-2019, 10:41 |
DİA.AZ: - “Bakcell” şirkəti və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqlar üçün Yeni İl münasibətilə bayram şənliyi təşkil edib. DİA.AZ xəbər verir ki, “ASAN Məktub” layihəsinin “Bakcell”in tərəfdaşlığı və “Personaj Agency”nin dəstəyi ilə keçirilmiş növbəti təşəbbüsünün məqsədi leykemiyadan əziyyət çəkən 35 uşağa bayram sevincini bəxş etmək idi. B.Eyvazov adına Azərbaycan Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq üçün buraya səfər təşkil edilib, balacalara hədiyyələr təqdim olunub. “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. Layihə çərçivəsində uşaqların yazdığı məktublar www.asanmektub.az saytına yerləşdirilir və onların arzu və istəkləri müxtəlif şirkətlər və xeyirxah vətəndaşlar tərəfindən gerçəyə çevrilir. “Bakcell” şirkəti layihəyə həmçinin mobil rabitə dəstəyi göstərir. Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək, onlar üçün bərabər hüquqların, inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edərək minlərlə uşağa dəstək göstərib. “ASAN Məktub” layihəsi ilə uzunmüddətli tərəfdaşlıq “Bakcell” şirkətinə uşaqları sevindirmək və onların saf arzularını həyata keçirmək üçün daha böyük imkan yaradıb. Geri qayıt |