Əsas Səhifə > Güney Press > Azərbaycanda 2 nəfərə sığorta agenti lisenziyası verilib

Azərbaycanda 2 nəfərə sığorta agenti lisenziyası verilib


22-11-2019, 17:57
Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin noyabrın 21-də qəbul etdiyi qərara əsasən, qurumun təşkil etdiyi attestasiyada uğurla keçmiş 2 nəfərə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.

"Report" Palataya istinadən xəbər verir ki, bunlar Sofiyeva Günel Mehdi qızı və Əhmədli Yunus Qəzənfər oğludur.

Adları çəkilən şəxslər lisenziyanı “Sığorta fəaliyyəti haqqında” qanuna və Palatanın Nizamnaməsinə əsasən alıblar.

Geri qayıt