Əsas Səhifə > Güney Press, Reklam > “Bakcell” jurnalistləri Şabrana topladı
“Bakcell” jurnalistləri Şabrana topladı4-10-2019, 15:27 |
DİA.AZ: - Ölkənin ilk mobil operatoru "Bakcell" şirkəti ölkənin aparacı media nümayəndələri üçün Şabranda iki günlük seminar təşkil edib. DİA.AZ xəbər verir ki, "Mobil telekommunikasiya sənayesində son həllər və yeniliklər" mövzusunda keçirilən seminarda şirkətin Məhsulların İdarə edilməsi Departamentinin rəhbəri Cəlil Xəlilov çıxış edib. O, telekom sahəsində "Big data”: Tətbiqlər və son tendensiyalar" barədə ətraflı məlumat verib. "Big data" - xüsusi texnologiyalar vasitəsilə sürətlə və uyğun zamanda, fasiləsiz şəkildə təhlillər və analizlər üçün ona verilən böyük həcmli məlumatlar toplusudur. Bura həm məlumatların özü, həm məlumatın emalı, həm məlumatların haradasa yerləşdirirlməsi, həm də məlumatın təhlili və məlumat üçün istifadə olunan resurslar aiddir. ABŞ-ın aksiya bazarlarında gündəlik əməliyyatların sayı 7 milyarda çatır. O cümlədən, təyyarə uçuşları həyata keçirilir. Bir uçuşda kompüterlə idarə olunan texniki məlumatların həcmi 10 terebayta yaxınlaşır. Sosial şəbəkələrdəki gündəlik ismarışların sayı həddən artıq çoxdur. Çünki bütün dünya bu tipli servislərdən istifadə edir. Bu o deməkdir ki, 6, 7 və 8 rəqəmli əməliyyətların sayı hardasa emal olunmalıdır və saxlanılmalıdır. Son iki ildə dünyada yaradılmış məlumatların sayı bütün dövr ərzində olan məlumatlara nisbətdə 90 faizdir. Bu, çox böyük rəqəmlərdir". Daha sonra çıxış edən problemlərinin araşdırılması və dəstək xidmətinin rəhbəri Oruc Sadıqov "Mobil şəbəkənin inkişafı" mövzusunda danışaraq bildirib ki, "Bakcell" daha yüksək sürətli mobil internet xidmətini təqdim etməklə yanaşı, müştəri məmnuniyyətini təmin etmək, əhatə dairəsini genişləndirmək və şəbəkə keyfiyyətini artırmaq istiqamətində işləri davam etdirir: “Müştərilərimiz ultra-sürətli LTE-A (LTE-Advanced) şəbəkəsi üzərindən 225 Mbps sürəti təcrübə edə bilərlər. Buna şəbəkəni LTE-nin təkminləşdirilmiş variantı olan "LTE-Advanced" tezlik daşıyıcılarının birləşməsi (Carrier Aggregation) texnologiyası vasitəsilə təkmilləşdirməklə nail olunub. "Bakcell" tezlik daşıyıcılarının birləşməsi texnologiyalarından istifadə edərək dünya üzrə Kateqoriya 6 "LTE-Advanced" xidmətlərini göstərən 73 şəbəkədən (ümumilikdə 422 şəbəkədən) biri olması ilə qürur duyur”. Şirkət rəsmisinin sözlərinə görə, “Bakcell” 4G mobil şəbəkə sahəsində liderlik edir: “8500-dən çox baza stansiya 99 faiz əhalini, 93 faiz coğrafi ərazini əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla). 2019-cu il ərzində 138 yeni 3G texnologiyalı baza stansiya, eyni zamanda, 1024 yeni 4G texnologiyalı baza stansiya istifadəyə verilib”. Tədbiri daha sonra "Tədbirlər və şəbəkənin hazırlığı" mövzusunda "Bakcell" nümayəndəsi Nahid Şükürov davam etdirib. O, mobil rabitə şəbəkəsində hazırlıq, radio rabitə şəbəkəsinin təhlili, istismar qrupları və baza stansiyalar, eləcə də mobil baza stansiyalari mövusunda ətraflı məlumat verib. Geri qayıt |