Əsas Səhifə > Güney Press, Manşet, Reklam > Akim Bədəlov da "sıxıntı" içində imiş...
Akim Bədəlov da "sıxıntı" içində imiş...15-08-2019, 15:25 |
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun adı uzun illərdir ki, ölkə mətbuatında korrupsiya əməllərində hallanır. O da məlumdur ki, cənab Bədəlovun rəhbərliyi altında həyata keçirilən altenativ enerji qaynaqları yaradılması layihəsi ölkənin ən uğursuz layihələrindən biri hesab olunur. Bu layihələrə milyardlarla manat dövlət vəsaiti sərf olunsa da ölkənin alternativ enerji qaynağı yox dəərəcəsindədir. Daha doğrusu yoxdur. Akim Bədəlovun rəhbərlik etdiyi qurum milyardları hara sərf etdikləri isə bəlli deyil. PİA.az Akim Bədəlov tərəfindən havaya sovrulan milyardların iziylə Bədəlovlar ailəsinin xaricdəki bizneslərini araşdırmaqdadır. Araşdırmanın ilkin nəticələrindən birini ictimaiyyətin diqqətinə cəlb edirik. Öncəliklə qeyd edək ki, alternariv enerji yaratmaq adı altında mənimsənilən pullarla Akim Bədəlov oğlunu Londonda oxutdurub. Ona görə alternariv enerji yaratmaq adı altında mənimsənilən pullarla deyirik ki, bir dövlət məmurubub öz halal pulu ilə oğluna Britaniyada təhsil verməsi mümkün deyil. Qeyd edək ki, Akim Bədəlovun oğlu Aqşin Bədəlov Britaniyanın “Rotterdam” Universitetində təhsil alıb və hazırda Dövlət Neft Fondunda çalışır. Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümov isə Aqşin Bədəlovun dayısıdır. Bu öz yerində. Elə tələbəlik illərində Akim Bədəlov oğlu Aqşin Bədəlova Londonda şirkət açıb. Hətta oğlunun tələbə dostları olan Teymur Bağırlı, Tural Qurbanov və Rasim Əliyevi də həmin şirkətə şərik edib. Qeyd edək ki, Akim Bədəlovun oğlu Aqşin Bədəlovun hissədar olduğu “Raters Group LTD” şirkəti Londonda 250 min funtsterlinqlik bir mülkə qeydiyyatdadır. Aqşin Bədəlovun dostları və “Raters Group LTD” şirkətinin payçıları olan Teymur Bağırlının, Tural Qurbanovun və Rasim Əliyevin adları 2017-ci ildə “Raters” adlı sosial şəbəkənin yaradılması ilə də hallanıb. Hazırda isə Teymur Bağırlı Aqşin Bədəlovla birlikdə Dövlət Neft Fondunda çalışır. “Raters Group LTD” şirkətinin Rusiyada və bir sıra başq aölkələrdə də qolları fəaliyyət göstərməkdədir. Rusiyada “Raters Group LTD” şirkətinə Tural Qurbanov nəzarət edir. Xatırladaq ki, Azərbaycan Pespublikasının prezidenti İlham Əliyevin fərmanı ilə bu ilin yanvar ayında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv olunub. Fəaliyyətdə olduğu 5 il müddətində Agentlik 3 milyarddan artıq dövlət vəsaitini sərf edib və yuxarıda da qeyd etdiymiz kimi ortada alternativ enerji mənbəyi deyilə heç bur şey də yoxdur. PİA.az-a daxil olan məlumata görə isə hazırda Akim Bədəlov əsasən xaricdə olur və Bakıda çox az görünür. Onun işə çıxmadığı və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ləğvində demək olar ki, iştirak etmədiyi bildirilir. Geri qayıt |