Əsas Səhifə > Güney Press / Manşet / Üçüncü sektor > ”Mərkəzi Xəstəxanadan mənim sənədlərimi göndərmirlər”
”Mərkəzi Xəstəxanadan mənim sənədlərimi göndərmirlər”26-04-2019, 10:18 |
![]() “3 dəfə əməliyyat olunmuşam, yataq xəstəsiyəm, ayağımın biri tutulub, amma mənə əlillik dərəcəsi vermək istəmirlər. Dəfələrlə Ucar Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişəm, mənim sənədlərimi gÖndərmirlər. Daha doğrusu, deyirlər ki, gÖndərmişik, rədd cavabı gəlib. Həmin cavab rəsmi blankda deyil. KicМ§ik bir vərəqdə “Zəkiyyə Quliyeva stop” yazılıb, vəssəlam. Deyirlər, budur, sənə gələn cavabdır”, – Ucar sakini, 50 yaşlı Zəkiyyə Quliyeva belə deyir. “Komissiyanın nəsə gÖzləntisi var” Z.Quliyeva bildirir ki, Ucar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zeynal Bayramlı ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlilliyinin təyini ilə bağlı imtina verdiyini sÖyləyir. O isə buna inanmır: “Hər halda, imtina cavabı 3 kəlimədən ibarət, bəsit bir vərəqdə olmaz. Mən bilirəm, komissiyanın nəsə gÖzləntisi var. Ona gÖrə sənədlərimi ya əskik gÖndərirlər, ya da hecМ§ gÖndərmirlər. Mən haqqım olan təqaüdü ala bilmək ücМ§ün nəsə Ödəmək fikrində deyiləm. Niyə mənə təqaüd düşməməlidir? Faktiki yataq xəstəsiyəm, ayağa dura bilmirəm. Əməliyyatdan sonra zəlil qalmışam. Bundan əlavə, həm də təzyiq və şəkər xəstəsiyəm. Mənə də düşmürsə, bəs kimə düşür bu pensiya?” “Anamın kÖməksiz yaşaması mümkün deyil” Z.Quliyevanın oğlu Kənan Quliyev deyir ki, məlumatı var, pul verməyən, hÖrmət etməyən insanların sənədlərini qəsdən Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) natamam gÖndərirlər: “Elə edirlər ki, əlillik dərəcəsi təyin edilməsindən imtina edilsin. Anam 3 dəfə cərrahiyyə əməliyyatı keçirib. Həm şəkər, həm də hipertoniya xəstəsidir. Yeriyə bilmir, bütün günü yataqdadır. Özbaşına ən xırda işi belə gÖrə bilmir. KÖməksiz yaşaması mümkün deyil. Bu adama niyə təqaüd, əlillik dərəcəsi düşməməlidir axı?”. “Yolda ayaqqabı ayağımdan cМ§ıxırdı, hiss etmirdim” Z.Quliyeva uzun illər bel ağrılarından əziyyət cМ§əkib. Belində yırtıq olduğu məlum olub. Getdiyi həkimlərin hər biri əməliyyat məsləhət gÖrüb: “Mən də razılaşdım və həmin yırtığı cМ§ıxaranda sinirimə toxunublar. Əməliyyatdan sonra ayaqlarımı hiss etmirdim. 1-1,5 il kecМ§əndən sonra şiddətli ağrılar yenidən başladı. O qədər ağrıyırdı ki, evdə hər gün ağrıkəsici vurmalı olurdum. Sonra halım daha da pisləşdi. Getdim həkimə, dedilər ki, yaranın yeri pis vəziyyətdədir, irinləyib. Təsəvvür edin, güclə yeriyirdim. Yolda ayaqqabı ayağımdan cМ§ıxırdı, hiss etmirdim. Həkimlər dedilər ki, təmizlənməlidir, yoxsa beyninə vuracaq. Yenidən əməliyyat etdilər. Onurğamın aralarına hər iki tərəfdən dəmirlər yerləşdiriblər”. “Bir il kecМ§sin, yenə hissiyyat olmazsa, dabanına iynə vuracaqlar” Kənan Quliyev deyir ki, bu əməliyyatdan sonra anasının vəziyyəti daha da pisləşib. Ayağının biri demək olar ki, işləmir, cМ§əliklə, zülmlə gəzir: “Deyiblər, üstündən bir il kecМ§sin, yenə hissiyyat olmazsa, dabanına iynə vuracaqlar. Sonuncu əməliyyat ücМ§ün 6 min pul istədilər. Kredit gÖtürüb Ödəmişəm. Ayda 272 manat kredit Ödəyirik. Hələ 16 ayı qalıb. NÖvbəti əməliyyata imkanımız yoxdur. Təqaüd ayrılsa, birtəhər etdirmək olar. HecМ§ olmasa, kreditə dəstək olar. Ayırmırlar. Hələ gündəlik nə qədər iynəsi, dərmanı var. CМ§ətindir, Ödəyə bilmirik”. “Haqqım olan əlillik dərəcəsini versinlər, başqa nəsə istəmirəm” Z.Quliyeva kimsədən yardım, kÖmək istəmir. Deyir, haqqı olan əlillik dərəcəsini ala bilsə, bəsidir: “Yeriyə bilmirəm, ayağım tutulub, belimdə dəmirlərlə yaşayıram. Mənə pensiya kəsilsin. NecМ§ə dəfə ərizə yazmışıq, cavab gəlmir”. “Övladlarımın qazancının hamısı mənim iynə- dərmanımdadır” Gününü ağrıkəsicilərlə başa vurduğunu sÖyləyən Z.Quliyevanın ücМ§ Övladı var. Onlardan 2-si Bakıda, 1-i yanında yaşayır: “Utanıram, inanın. Onların qazandıqları mənim iynə, dərmanımdadır. Halbuki əlilliyim var. Mənə pensiya kəsilsə, Özümü təmin edərəm. Kəsmirlər, gÖrünür nəsə gÖzləyirlər, hÖrmət etsək verərlər. Bizi süründürürlər. Tək istədiyim oğula, qıza mÖhtac olmamaqdır. Təkcə bir təzyiq dərmanımın qiyməti 30 manatdır. HecМ§ olmasa, bu şeyləri Ödəyim, başqa hecМ§ nə istəmirəm. Mən yalandan demirəm, gəlib, baxsınlar, yataq xəstəsiyəm”. “Bizim qurumlarımız vətəndaşla real ünsiyyətdə olmurlar” Geri qayıt |