Əsas Səhifə > Güney Press, Reklam > “Nar” abunəçiləri üçün Novruz kampaniyası!
“Nar” abunəçiləri üçün Novruz kampaniyası!19-03-2019, 16:14 |
DİA.AZ: - “Nar” Novruz Bayramı ilə əlaqədar xüsusi kampaniyaya start verib. “Novruz Payı” adı ilə keçirilən kampaniyada mobil operatorun istifadəçiləri heç bir ödəniş etmədən əzizinə 100 şəbəkədaxili danışıq dəqiqəsi və ya 100 ölkədaxili SMS hədiyyə göndərə bilər. Kampaniya ərzində 1 nömrə sonsuz sayda hədiyyə qəbul edə bilər. Lakin 1 nömrə ancaq 1 dəfə hədiyyə göndərə bilər. Verilən bonuslar istifadəçi hədiyyəni aldığı günün sonuna qədər aktiv olacaq. Qeyd edək ki, kampaniya martın 19-da başlayır, martın 21-də isə başa çatacaq. DİA.AZ xəbər verir ki, 100 dəqiqə hədiyyə göndərmək üçün dostunun nömrəsini 780-ə göndərmək və ya *780#nömrə#YES yığmaq yetərlidir. 100 SMS hədiyyə göndərmək üçün isə istənilən “Nar” abunəçisinin nömrəsini 760-a göndərmək və ya *760#nömrə#YES yığmaq lazımdır. “Nar”-ın “Novruz payı” kampaniyası haqqında daha ərtaflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar. “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb. Geri qayıt |