Əsas Səhifə > Güney Press, Reklam > “Nar”-ın dəstəklədiyi “Breyn Rinq” intellektual yarışlarının növbəti mövsümü başladı

“Nar”-ın dəstəklədiyi “Breyn Rinq” intellektual yarışlarının növbəti mövsümü başladı


15-03-2019, 17:03
“Nar”-ın dəstəklədiyi “Breyn Rinq” intellektual yarışlarının  növbəti mövsümü başladı
DİA.AZ: - Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”, intellektual bilik yarışlarını dəstəkləməyə davam edir. Artıq bir neçə ildir ki, mobil operatorun baş sponsorluq etdiyi “Breyn Rinq” yarışlarının növbəti – on üçüncü mövsümü başlayıb.

DİA.AZ xəbər verir ki, yeni mövsümdə komandalar yarışın baş sponsoru olan “Nar” tərəfindən təsis edilmiş “Nar” kuboku uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, “Breyn Rinq” bilik yarışlarında respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Mart ayının 10-dan başlayan yarış iyun ayınadək davam edəcək. Beləliklə, “Nar” kubokunun sahibi iyun ayında məlum olacaq.

Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctima Televiziyada yayımlanır. Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə “Breyn Rinq” yayımlanan zaman xüsusi müsabiqə də keçirilir. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. “Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləməklə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər.

Qeyd edək ki, “Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Geri qayıt