Əsas Səhifə > Güney Press / Ana xəbər > Dövlət Turizm Agentliyi kollegiyasının yeni tərkibi təsdiq edilib
Dövlət Turizm Agentliyi kollegiyasının yeni tərkibi təsdiq edilib29-01-2019, 09:43 |
|
Nazirlər Kabineti Dövlət Turizm Agentliyi kollegiyasının yeni tərkibini təsdiq edib. “Report” xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib: Kollegiyanın sədri Dövlət Turizm Agentliyinin sədri Kollegiyanın üzvləri: Dövlət Turizm Agentliyinin sədrinin müavini Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Dövlət Turizm Agentliyi Aparatının turizm siyasəti və strategiyası şöbəsinin müdiri Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini. Geri qayıt |