Əsas Səhifə > Güney Press, Reklam > Bakcell kiçik və orta biznesin “Bakutel 2018” sərgisində iştirakını dəstəkləyir

Bakcell kiçik və orta biznesin “Bakutel 2018” sərgisində iştirakını dəstəkləyir


6-12-2018, 13:35
Bakcell kiçik və orta biznesin “Bakutel 2018” sərgisində iştirakını dəstəkləyir
DİA.AZ: - Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti bu günlərdə keçirilən “Bakutel-2018” sərgisindəki stendində innovasiya və texnologiyaları nümayiş etdirməklə yanaşı startapları, kiçik və orta biznesi təmsil edən şirkətlərin tədbirdə iştirakını təşkil edib.

DİA.AZ xəbər verir ki, “KOB Dəstək” proqramı çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə təşkil olunmuş stenddə “Bakcell”in dəstək göstərdiyi “hesab.az”, “iticket”, “e-mobile” və bir neçə digər şirkətin göstərdiyi xidmətlər nümayiş olunub.

Azərbaycanın ən böyük onlayn xidmətlər portalı olan “Hesab.az” “Bakcell”in uzunmüddətli biznes tərədaşlarından biridir. Öz sahələrində ən innovativ xidmətlərlə seçilən “iticket” və “e-mobile” isə “Bakcell”ə marketinq və reklam xidmətləri göstərən şirkətlərdir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell müxtəlif sosial yönümlü və innovasiya layihələri vasitəsilə ölkədə müxtəlif sahələrin dayanıqlı inkişafına öz töhfəsini verir. Gələcəkdə bu istiqamətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlığın genişləndiirlməsi nəzərdə tutulur.

Geri qayıt