Əsas Səhifə > Güney Press, Reklam > Azercell jurnalistlər üçün seminar təşkil etdi
Azercell jurnalistlər üçün seminar təşkil etdi24-09-2018, 17:08 |
DİA.AZ: - Bakıda “Azercell Telekom” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə peşəkar jurnalistlər üçün ixtisaslaşmış seminar keçirilib. “Peşəkar mətbuatda sosial şəbəkə texnologiyaları: formatlar, mövzular, məhdudiyyətlər” mövzulu seminarın məqsədi media nümayəndələrini bu sahədə baş verən yenilik və trendlərlə tanış etmək, fərqli təcrübələrlə bölüşmək idi. DİA.AZ xəbər verir ki, seminara təlimçi qismində tanınmış rus jurnalisti, “Russkiy reportyor” jurnalının baş redaktoru Vitaliy Leybin dəvət edilmişdi. Rusiya və Ukrayna mediasında maraqlı araşdırmaları ilə tanınan Leybin azərbaycanlı həmkarları qarşısında sosial şəbəkələrdən istifadə ilə bağlı maraqlı mühazirələrlə çıxış edib. “Peşəkar jurnalistlər öz sahələrində həvəskar və robotları necə geridə qoya bilər” mövzusunda mühazirədə ənənəvi medianın sosial şəbəkələrlə müqayisəsi, hər bir tərəfin üstün və zəif cəhətləri araşdırılıb. Jurnalistlərə sosial şəbəkələrin verdiyi üstünlüklərindən yararlanmağın, peşəkar məqalələr hazırlamağın alternativ yolları açıqlanıb, bu istiqamətdə məlumatlar və istifadəçilərlə iş metodları haqqında əyani məlumat verilib. Bundan əlavə, Vitaliy Leybin seminar iştirakçılarına self-media, in-media, müəllif jurnalistikası haqqında danışıb. Seminar zamanı maraq doğuran mövzulardan biri də “Bir hekayəni 100 formatda dərc etmək imkanı” ilə bağlı olub ki, burada yazıları auditoriyaya çatdırmağın müxtəlif variantları araşdırılıb. Seminar qrup çalışmaları ilə davam edib. İştirakçılar qısa video modelləri, böyük həcmli məlumat bazaları əsasında materialların yazılması mövzusunda praktiki məşğələ keçiblər. Seminar sual-cavab və müzakirələrlə yekunlaşıb və jurnalistlərə sertifikatlar təqdim edilib. Qeyd edək ki, “Azercell Telekom” MMC fəaliyyəti boyu daim media nümayəndələri ilə sıx əməkdaşlıq edib. Artıq 10 ildir ki, Azercell-in dəstəyilə onlarla jurnalist üçün ingilis dili kursları keçirilir, beynəlxalq jurnlaistika məktəbi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədi ilə Azercell-in xaricdən dəvət etdiyi tanınmış təlimçilər tərəfindən maraqlı mövzularda seminar və təlimlər təşkil olunur. Geri qayıt |