Əsas Səhifə > Güney Press, Reklam > “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

“Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı


19-09-2018, 17:55
“Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı
DİA.AZ: - Həmişə rəqəmsal kanallarda müsabiqələri və yarışları ilə fərqlənən “Nar”-ın 15 sentyabr – Bilik günü münasibətilə keçirdiyi müsabiqə abunəçilər və sosial şəbəkə istifadəçilərinin rəğbəti ilə qarşılandı. 15 – 17 sentyabr tarixləri arasında keçirilmiş müsabiqədə iştirak edənlər suallara cavab verməklə həm məktəb illərini xatırladı, həm də internet bonusları və hədiyyələr qazandı.

DİA.AZ bildirir ki, https://www.nar.az/mekteb-illeri.html səhifəsində keçirilmiş müsabiqədə dörd min beş yüzdən çox insan iştirak edib. İştirakçıların hamısı Nar tərəfindən internet bonusları ilə mükafatlandırıldı. Maksimum nəticə göstərən ilk 20 nəfərə isə mobil operator tərəfindən əlavə olaraq hədiyyələr verildi. Yarışda orta iştirak müddəti 6 dəqiqə 43 saniyə olub.

“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Geri qayıt