Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Eldar Əzizov Bakı meriyasına gətirildi

Eldar Əzizov Bakı meriyasına gətirildi


16-07-2018, 16:29
Eldar Əzizov Bakı meriyasına gətirildi
Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yeni vəzifə verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub. Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E. Əzizov həm də şəhər meri səlahiyyətini icra edəcək.

Qeyd edək ki, E. Əzizov bundan əvvəl Gəncə, Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində çalışıb.

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov isə baş nazirin müqvini təyin olunduğu üçün bir neçə aydır şəhər rəhbəri vəzifəsi boş qalıb.

Geri qayıt