Əsas Səhifə > Güney Press, Reklam > Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırıldı

Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırıldı


11-07-2018, 12:12
Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırıldı
DİA.AZ: - Uğurlu fəaliyyəti ilə yerli və beynəlxalq təşkilatların diqqətini özünə cəlb edən Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC “Qlobal Liderlər Klubu” tərəfindən Azərbaycanda idarəetmə və dayanıqlı inkişaf sahəsində “Ən yaxşı şirkət”, Vahid Mürsəliyev isə “İlin rəhbəri” kimi ödülləndiriliblər. “Qlobal Liderlər Klubu”-nun Barselonada keçirilən xüsusi tədbirində mükafat Azercell-in prezidenti Vahid Mürsəliyevə təqdim olunub.

DİA.AZ xəbər verir ki, “Qlobal Liderlər Klubu”nun təntənəli təltifetmə mərasimində çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev təşkilatçılara və münsiflər heyətinə yüksək mükafata və etimada görə təşəkkür edərək təşkilatların idarə olunmasında inkişaf göstəricisi olan beynəlxalq mükafatlar şirkət üçün həm qürür verici, həm də olduqca məsuliyyətli olduğunu bildirib. “Azercell Telekom öz biznesində cəmiyyətin dayanıqlı inkişafına xüsusi önəm verən şirkətdir. Bu sahədə bizim məqsədimiz telekommunikasiya və yeni həlləri vasitəsilə insan həyatını asanlaşdırmaq, onun keyfiyyətini artırmaqdır. Azercell-in fəaliyyətinə beynəlminəl səviyyədə qiymət verilməsi bizim üçün həm şirkəti, həm də Azərbaycanı beynəlxalq arenada tanıtmaq üçün daha bir imkandır” deyə şirkət prezidenti bildirib.

Azercell-in Korporativ Sosial Məsuliyyət və İnsan Qaynaqları sahəsində həyata keçirdiyi layihələr və əldə etdiyi beynəlxalq keyfiyyət sertifikatları “Qlobal Liderlər Klubu” üzvlərinin şirkətin xeyrinə ses verməsinə təsir edib. Yüksək qiymət alan fəaliyyət növləri sırasına Azercell-in Azərbaycanda kiber təhlükəsizliyin təmin və təbliğ edilməsinə dair gördüyü işlər daxil oldu. Belə ki, İnternetin insanın gündəlik həyatına artan təsirini, xüsusilə də internetdə uşaqların müdafiəsinin vacibliyini nəzərə alaraq, Azercell Telekom orta məktəblərdə şagirdlər, müəllimlər və valideynlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda açıq təlimlər həyata keçirir. Eyni zamanda, həm böyükləri, həm də balacaları internetdən gələn təhlükələrdən qorumaq üçün Azercell Telekom hələ 2 il bundan öncə “Azercell Plus Təhlükəsizlik” proqramı çərçivəsində Kaspersky “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” tətbiqlərini istifadəyə verib.

“Qlobal Liderlər Klubu”nun Azercell Telekom-u “Ən yaxşı şirkət” tituluna layiq görməsinin daha bir səbəbi kimi lider operatorun İnsan Qaynaqlarının idarə olunmasında apardığı proseslərin və mövcud sistemlərin ən müasir beynəlxalq standartlara uyğun olması vurğulandı. Xatırladaq ki, Azercell Telekom 2018-ci ilin əvvəlində “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunmasında davamlı inkişafın göstəricisi kimi QIZIL sertifikat qazanmışdır. Azercell Azərbaycanda Qızıl IIP sertifikatına layiq görülən ilk şirkət, MDB məkanında isə yeganə telekommunikasiya şirkətidir.

Məlumat üçün bildirək ki, 2006-ci ildə fəaliyyətə başlayan “Qlobal Liderlər Klubu”nun üzvləri dünyada sosial və iş həyatının müxtəlif sahələrində uğur qazanan görkəmli dövlət və ictimai xadimləri, iş adamları və sahibkarlardır. Bu il Avropa, Asiya, Afrika və Yaxın Şərq ölkələrindən dəvət olunan iş adamları, dövlət qurumların və özəl şirkətlərin yüksək səviyyəli rəhbərləri, alim və həkimlər sosial tərəqqinin inkişafı üçün bir araya gəliblər. “Qlobal Liderlər Klubu”nun “EBA Global” adlı Xüsusi Sessiyası zamanı VİP Loyallıq Proqramı üzvləri və Orta Şərq, Afrika və Asiyadan olan fəxri qonaqlar müasir biznes adamı üçün şəxsi brendin formalaşdırılmasının əhəmiyyəti barədə müzakirələr aparıb və təmsil etdikləri ölkələrin biznes arenalarında əldə etdikləri nailliyyətləri bölüşüblər.

Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırıldı
Azercell beynəlxalq qurum tərəfindən mükafatlandırıldı


Geri qayıt