Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Nizaminin icra başçısı yola salınır

Nizaminin icra başçısı yola salınır


14-06-2018, 12:19
Nizaminin icra başçısı yola salınır
DİA.AZ: - Niazmi rayon icra hakimiyyətinin başçısı Arif Qasımov bayramdaqn sonra vəzifəsindən azad ediləcək. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mənbə xəbər verib.

Qaynağın iddialarına görə, adı ən çox yaşıllıqların məhvində hallanan Arif Qasımovun vəzifədən alınmasında qeyd olunan ittihamların mühüm rolu olub.

Mənbənin dia-az.site-a söylədikləri: "Hər halda, Ulu Öndər Heydər Əliyevin zamanında yaşıllığa xüsusi diqqət ayırması, yaşıllığın mühafizəsinin dövlət siyasəti olduğunu xüsusi olaraq vurğulaması, günü bu gün də prezident İlham Əliyevin məhz yaşıllıqları məhv edən, hədəfə alan məmurlara qarşı sərt mövqe ifadəsi kimlər üçünsə önəm daşımırsa, onlara mütləq şəkildə "əlvida" deyiləcək".

Mənbə iddia edir ki, Arif Qasımovun yenidən hansısa vəzifəyə təyinatı gözlənilən deyil.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

Geri qayıt