Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Sahibkarlar Ramiz Yediyarovun həbsini tələb edir...

Sahibkarlar Ramiz Yediyarovun həbsini tələb edir...


13-06-2018, 12:40
Sahibkarlar Ramiz Yediyarovun həbsini tələb edir...
DİA.AZ: - Sahibkarlar Ramiz Yediyarovun həbsini tələb edir. Bu barədə DİA.AZ-a Gədəbəy rayonundan olan bir qrup sahibkar adından daxil olan müraciətdə deyilir. Müraciət müəllifləri bildirir ki, onlar keçmiş icra başçısı Ramiz Yediyarovun dövründə müxtəlif vaxtlarda külli miqdarda zərər çəkiblər.

Sahibkarlar dia-az.site-a yazır: Ramiz Yediyarov bizə çox zülmlər edib. Kiminin obyektini dağıdıb, kiminin evini uçurub,kumunun obyektinin yolunu kəsib, kiminin əkin tarlasını, istixanasını əlindən alıb, kiminin də pulunu... İndi işdən çıxarılıb bu adam. O deməkdirmi ki, bizim pozulmuş hüquqlarımız bərpa olunmayacaq...

Biz dia-az.site vasitəsilə ölkə rəhbərliyindən xahiş edirik ki, Ramiz Yediyarovun hüquq qarşısında cəzalanması və bizə dəymiş maddi ziyanın ödənilməsi üçün köməklik göstərilsin".

dia-az.site bildirir ki, bu məsələ ilə bağlı əlavə informasiyalar da daxil olub. Daha geniş məqaləni təqdim edəcəyik. Bizi izləyin...

Geri qayıt