Əsas Səhifə > Güney Press, Reklam > “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi
“Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi22-05-2018, 17:15 |
DİA.AZ: - Bütün “Nar” abunəçiləri, Ramazan ayı boyunca balanslarına yüklədikləri qədər məbləği dərhal bonus olaraq qazanırlar. Ramazan bonusları ölkədaxili bütün istiqamətlərdə zənglərə, həmçinin SMS və mobil internet xidmətindən istifadə etmək üçün sərf edilə bilər. DİA.AZ xəbər verir ki, Ramazan kampaniyasına qoşulan abunəçilər, faktiki olaraq, ikiqat sərfəli qiymətə danışmaq imkanı əldə edir. Üstəlik, “Nar” abunəçisi mobil xidmətlərdən istifadə edərkən, xidmət haqqı ilk növbədə balansdakı məbləğdən deyil, bonuslardan çıxılır. Kampaniyaya qoşulmaq üçün sadəcə *777#710#YES şifrəsini yığmaq kifayətdir. Qeyd edək ki, Ramazan bonusu qazanmaq üçün balansı ən azı 2 AZN məbləğində artırmaq lazımdır. Bu kampaniya tamamilə pulsuzdur və heç bir əlavə ödəniş mövcud deyil. Kampaniya iyun ayının 19-na qədər davam edəcək. Bonusların istifadə müddəti kampaniyanın sonuna qədərdir. Bonusları *777#20#YES şifrəsi ilə yoxlmaq mümkündür. Ramazan kampaniyası və “Nar”-ın bütün tarif və kampaniyaları haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz. “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Hazırda “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “P3 Communications” tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi “ən yaxşı mobil zəng xidməti” göstərən şəbəkə olaraq tanınıb. Geri qayıt |