Əsas Səhifə > Güney Press, Şou-biznes > Rusiyalı model Röyanın seksual obrazını təkrarladı

Rusiyalı model Röyanın seksual obrazını təkrarladı


11-05-2018, 15:48
Rusiyalı model Röyanın seksual obrazını təkrarladı
DİA.AZ: - Əməkdar artist Röya Ayxan və Rusiyalı model və aktrisa Alina Ilina eyni obrazda fotosessiya etdirib.

DİA.AZ xəbər verir ki, Azərbaycanda bir neçə ay əvvəl fotoqraf Hüseyn Bağırovun obyektivi qarşısına keçən sevilən ulduz Röya çəkilişlər zamanı bir neçə obraz yaratmışdı. R.Ayxan fotosessiyadakı jestləri, geyimləri və müxtəlif rakurslarda çəkdirdiyi şəkilləri ilə cəlbedici görünürdü.

Amma əməkdar artistinin həmin fotosessiyasında tətbiq etdiyi ideyaları Rusiyanın tanınmış modeli Alina Ilina təkrarlayıb. Belə ki, Alina hazırladığı fotosessiyasında azərbaycanlı məşhurdan fərqli olaraq, yalnız geyimlərində dəyişiklik edib. Amma A.Ilina Röya Ayxan kimi fotosessiyanın hazırlanmasında eyni jestləri, geyimlərinin forması və rakursları ilə diqqət çəkib.

Geri qayıt