Əsas Səhifə > Güney Press, Reklam > Sumqayıt Texnologiyalar Parkı beynəlxalq sertifikatlar əldə edib
Sumqayıt Texnologiyalar Parkı beynəlxalq sertifikatlar əldə edib20-04-2018, 15:01 |
DİA.AZ: - Məhsulların keyfiyyəti, beynəlxalq standartlara cavab verməsi “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin ümumi inkişaf konsepsiyasının ayrılmaz hissəsidir. Bu sahədə fəaliyyətini durmadan davam və inkişaf etdirən şirkət, daha dörd beynəlxaql sertifikata layiq görülüb. DİA.AZ xəbər verir ki, STP Amerika Mühəndis Mexaniklar Cəmiyyəti (ASME) tərəfindən aparılan audit yoxlamasından müvəfəqqiyətlə keçib və ASME Sec VIII DİV1, ASME Sec VIII DİV2, ASME Sec I, NBİC standartlarının uyğun akkreditasiya əldə edib. Artıq Sumqayıt Texnologiyalar Parkı U, U2, S və R möhürlərinə sahibdir. ASME sertifikatı əldə edən STP, bundan sonra neft-qaz sənayesində istifadə olunan təzyiq çənləri və istilik dəyişdiricilərinin geniş istehsalına və satışına başlaya biləcək. Artıq neft-qaz şirkətləri təzyiq altında işləyən çənləri və buxar qazanlarını xaricdən idxal etməyinə ehtiyacaq qalmayacaq. Onlar bu məhsula ehtiyac duyduqları zaman STP tərəfindən yüksək keyfiyyətli və müvafiq standartlara uyğun məhsulla təchiz oluna bilinəcəkdir. Qeyd edək ki, 2009-cu il dekabr ayının 22-də cənab prezident İlham Əliyev tərəfindən istismara verilən Sumqayıt Texnologiyalar Parkı regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb. Regionda nadir layihə olan STP daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standardlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standardları da tədbiq olunur. Geri qayıt |