Əsas Səhifə > Güney Press, Reklam > QNET Formula-Reno pilotuna sponsorluq edəcək

QNET Formula-Reno pilotuna sponsorluq edəcək


30-10-2017, 14:38
QNET Formula-Reno pilotuna sponsorluq edəcək
DİA.AZ: - QNET şirkəti Formula-Reno pilotu Pavan Ravişankarın sponsoru oldu.

DİA.AZ xəbər verir ki, QNET şirkəti profesional idmanda növbəti sponsorluğa imza atdı. Sinqapurlu yarışçı Pavan Ravişankar artıq QNET-in dəstəyi ilə zirvələrə üz tutur.

Ən möhtəşəmi “Mançestr Siti” futbol klubu ilə partnyorluq razılaşmasına imza atmaqla, QNET şirkətinin idman aləmində sponsorluq fəaliyyəti geniş vüsət almağa başlayıb. Gənc yarışçı Pavana dəstək olmaqda əsas məqsəd onun çempionluq arzusunu reallaşdırmaqdır. QNET şirkəti inanır ki, fədakarlıq, zəhmətkeşlik və sədaqət bütün məqsədləri reallaşdıracaq.

Pavan karyerasına çox gənc yaşlarında başlamışdır və indi 18 yaşlı gənc artıq 12 raundluq Asia Formula-Reno-da iştirak edəcək. Qeyd edək ki, bu yarış Çin, Cənubi Koreya və Tailand traslarında keçirilir. Qalib gələn Avropa Formula-Renosunda iştrak etmək imkanı qazanır.

“QNET-lə əməkdaşlıq etmək mənim üçün böyük şərəfdir. Bu həqiqətən də məni həvəsləndirən və motivasiya edən böyük bir fürsətdir. Belə möhtəşəm şirkətin məni dəstəkləməsi həqiqətən insanı qanadlandırır”, - deyə Pavan qeyd edib.

O, uşaqlıqdan Formula-1 ulduzu Lyuis Xemiltona pərəstiş edir və fanatik olaraq bu ingiltərəlinin həyatını öyrənirdi. İndi isə QNET-in dəstəyi vasitəsilə bir çox qapılar Pavanın üzünə açılmışdır. İlk böyük məqsəd – böyük Avropa çempionatı FİA F3-dür.

Pavan 11 yaşından yerli və beynəlxalq yarışlarda iştrak edir. Ötən il keçirilən yarışlardan birində Pavan yüksək kateqoriyadan 11 yarışçını geridə qoyub. Bu yarışda əsas məqsəd “X30 Challenge Singapore” 2016 çempionatında iştirak etmək hüququnu qazanmaq idi. Yarış “KK1 Karting Circuit” adı altında Karanci şəhərində keçirilirdi. Sözügedən yarışa Beynəlxalq Avtomobil Federasiyası tərəfindən ilk dəfə icazə verilmişdir. Hal-hazırda Pavanın Asia Formula-Renosunda bir neçə nailiyyətləri vardır, hətta debüt yarışında 4-cü yeri tutmuşdur.

Trevor Kuna qeyd edir: “Biz idman sahəsində birbaşa iştirakımızla QNET şirkətinin uğurlarını və insan iradəsinin ağır sınaqlar üzərində qələbəsini vurğulayırıq. Pavan bu qələbələrin bariz nümunəsidir. Onun yarışçı karyerası məhz birbaşa satış sahəsinin emosiyalarını və drayvını əks etdirir.”


QNET haqqında:

Asiyanın birbaşa və elektron satış üzrə nəhəng şirkəti olan QNET 100-dən çox ölkədə fəaliyyət göstərən müstəqil nümayəndələr adlandırdığı distribüterlərini onlayn satış platforması vasitəsilə müxtəlif növ məhsullarla təmin edir. 25 ölkədə şirkətin ofis və agentliyi var.

QNET Malayziya, Sinqapur, Filippin və İndoneziyanın Birbaşa Satış Assosiasiyasının üzvüdür. Bundan əlavə, o, həmçinin Hon-Konq Sağlam Qida Assosiasiyası və Sinqapurun Ləvazimatlar Sənayesi Assosiasiyası kimi müəssisələr arasında özünə məxsus yer tutur.
QNET bütün dünyada idman sahəsində sponsurluğu ilə fəaldır. Bu idman növlərinə daxildir: Futbol, Formula 1, badminton və s. QNET deyir ki, adrenalin, sürət və komanda işi onun fəalliyətini əks etdirir. Bu yaxınlarda “Mançestr Siti” (Manchester City Football Club) futbol klubu ilə yeni əməkdaşlıq müqaviləsi imzalanmışdır. Daha ətraflı informasiya üçün QNET-in veb-saytına müraciət edə bilərsiniz www.qnet.net.


QNET Formula-Reno pilotuna sponsorluq edəcək
QNET Formula-Reno pilotuna sponsorluq edəcək

Geri qayıt