Əsas Səhifə > Güney Press, Reklam > “Nar” yeni “HD-Voice” yüksəkkeyfiyyətli səs ötürmə texnologiyasını təqdim etdi

“Nar” yeni “HD-Voice” yüksəkkeyfiyyətli səs ötürmə texnologiyasını təqdim etdi


16-09-2017, 07:45
“Nar” yeni “HD-Voice” yüksəkkeyfiyyətli səs ötürmə texnologiyasını  təqdim etdi
“Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində mobil telefon vasitəsilə ünsiyyətdə olarkən səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim etdi. Bu texnologiya səsin maksimal dərəcədə təmiz ötürülməsini təmin edir və mobil telefonla danışan şəxsdə üzbəüz ünsiyyət təəssüratı yaradır.

Səs tembri və intonasiyanın keyfiyyətlə ötürülməsini təmin edən bu texnologiya sayəsində “Nar” istifadəçiləri mobil telefonla danışarkən daha rahat ünsiyyət qura biləcəklər. Səs tezlikləri diapazonunun genişləndirilməsini təmin edən yeni texnologiya həm də kənar səslərin təsirini minimuma endirir, nəqliyyat vasitəsində hərəkət edərkən zəng xidmətinin daha da aydın və qüsursuz olmasını təmin edir. “HD-Voice” sayəsində “Nar” abunəçiləri üçün uzun telefon danışıqları və ya yüksəksəsli rabitə (handsfree) artıq əvvəlki kimi yorucu olmayacaq.

Mobil rabitə cihazı “HD-Voice” və 3G-ni dəstəkləyən istənilən “Nar” abunəçisi xidmətdən yararlana bilər. Texnologiyanın tətbiqi üçün heç bir əlavə ödəniş nəzərdə tutulmur və bu xidmət mobil rabitə cihazlarının sərf etdiyi enerjiyə təsir etmir.

Bu gün təqribən 2 milyondan artıq abunəçisi olan, geniş şəbəkəsi və sərfəli qiymətləri ilə istifadəçilərə yüksəkkeyfiyyətli xidmət göstərən “Nar”-ın şəbəkəsi 6000-dən artıq baza stansiyasından ibarət olmaqla ölkə ərazisinin 93%-ni əhatə edir. Abunəçilər rabitə xidmətləri provayderi olan “Nar”-ın tariflərindən istifadə etməklə bütün istiqamətlərdə sərfəli qiymətlərdən faydalanırlar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Geri qayıt