Əsas Səhifə > Güney Press, Reklam > “Azərbaycanda çay sektorunun inkişafına töhfə verməyi planlaşdırırıq”

“Azərbaycanda çay sektorunun inkişafına töhfə verməyi planlaşdırırıq”


21-08-2017, 13:59
“Azərbaycanda çay sektorunun inkişafına töhfə verməyi planlaşdırırıq”
Çaykur, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya), Beynəlxalq Avrasiya Araşdırmalar Mərkəzi və Okuklu Holdinqin birgə təşkilatçılığı ilə “Qafqazda Bir Yudum Çay” layihəsi çərçivəsində, Azərbaycanın paytaxtı Bakıda Türk çayı təqdim edilib. Qeyd edək ki, ÇAYKUR-un qlobal böyümə hədəfləri üçün təqdimat və marketinq işləri sürətlə davam edir. Şəhərin ən gözəl məkanlarından olan Atatürk parkında reallaşdırılan açılış mərasiminə Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Ankara Pursaklar Bələdiyyə başçısı Selçuk Çətin, Çaykur İxracat müdiri Mirac Mollamehmetoğlu, EkoAvrasya İdarə heyəti başçısı Hikmət Eren, T. Ç Bakı səfirliyi Ticarət Müşaviri Ahmet Ataker, Okuklu Holdinq İdarə heyəti başçısı Yılmaz Okuklu, yerli idarəçilər və QHT nümayəndələri iştirak edib. Minlərlə qonağa Türk çayı paylandığı fəaliyyətdə açılış nitqi edən Çaykur İxracat müdiri Mirac Mollamehmetoğlu çıxışında qardaş Azərbaycanda olmaqdan son dərəcə xoşbəxt olduqlarını bildirib. “ÇAYKUR-un inkişaf və şirkət olaraq böyüməsində dost və qardaş ölkələrin əhəmiyyətli bir rolu var. Azərbaycan da bu mənada bizim böyümək istədiyimiz əhəmiyyətli bir bazardır. Çay Azərbaycanlı qardaşlarımız üçün həyatın bir parçasıdı”.
Proqramın açılış mərasimində iştirak edən Azərbaycan Milli Məclisin deputatı Qənirə Paşayeva Türk mədəniyyətinin vazkeçilməz bir hissəsi olan çayın həyatımızda çox əhəmiyyətli bir yerə malik olduğunu söyləyib: “Bu cür təşkilatlar iki qardaş dövlətin yaxınlaşmasına və qarşılıqlı əlaqələrin davam etməsinə böyük töhfələrini verirlər. Bu gözəl işin hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”. Okuklu Holdinq İdarə heyəti başçısı Yılmaz Okuklu "Türkiyə və Azərbaycan arasındakı iqtisadi əlaqələrin inkişafı və ticarət həcminin 15 milyard dollar səviyyəsinə çatması üçün atılan hər addıma böyük əhəmiyyət verdiklərini vurğulayıb: “Türkiyənin ixracat potensialında böyük payı olan çay sektorunun, Azərbaycanda da inkişafını planlaşdırırıq”-deyə o qeyd edib.

Geri qayıt