Əsas Səhifə > Güney Press / Ana xəbər > DİN-dən general Rafiq Abbasovun nazir təyinatı xəbərinə reaksiya:

DİN-dən general Rafiq Abbasovun nazir təyinatı xəbərinə reaksiya:


21-08-2017, 07:57
DİN-dən general Rafiq Abbasovun nazir təyinatı xəbərinə reaksiya:
DİN Rafiq Abbasov barədə yayılan məlumatı təkzib edib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilmiş məlumata əsasən, polis general-mayoru Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilməsi barədə xəbər həqiqəti əks etdirmir.

******

Polis general-mayoru Rafiq Abbasov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunub.

Bu barədə virtualaz.org-a Muxtar Respublikanın rəhbərliyindəki mənbədən məlumat verilib.

Bu təyinata qədər general R.Abbasov Azərbaycan DİN-in Baş Kadrlar İdarəsinə rəhbərlik edirdi, ondan əvvəl isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Geri qayıt