Əsas Səhifə > Güney Press > Altay Həsənovun yeni müavini
Altay Həsənovun yeni müavini12-06-2017, 09:47 |
![]() Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində rəis müavinləri təyinatları olub. Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavinlərindən biri Fariz Rzayevdir. AzVision.az-ın məlumatına görə, Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutunda beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında eyni ixtisas üzrə magistr təhsili alıb. 2000-2013-cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir. Fariz Rzayev 3 iyun 2013-cü ildə Azərbaycan Təhsil Nazirliyinin "Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsi"nə müdir vəzifəsinə təyin edilib. Qeyd edək ki, Mehdi Dadaşov və Fariz Rzayev Birinci vitse-prezidentin Katibliyinin rəisi Altay Həsənovun müavinləri təyin ediliblər. Geri qayıt |