Əsas Səhifə > Güney Press, foto, Araşdırma > Masallı sakini I vitse-prezidentə müraciət etdi

Masallı sakini I vitse-prezidentə müraciət etdi


28-04-2017, 12:39
Masallı sakini I vitse-prezidentə müraciət etdi
Masallı Rayon Polis İdarəsində dələduzluqla qarşılaşan rayon sakini Şahdigar Teymurov birinci vitse-prezident Mehriban Əliyevaya növbəti dəfə müraciət edib.

BakiPost.az xəbər verir ki, o, müraciətində rayondakı məmur özbaşınalığı, kasıbın haqqının tapdalanması, həyətyanı ərazisinin əlindən alınması, qeyri-qanuni yolla hakimlərin ələ alınması faktları ilə bağlı məlumatlar qeyd edib.

Müraciətdə bildirilib ki, rayonun Aşurlu Kəndli Fermer Təsərrüfatının rəhbəri olmuş Əzizov Əhmədağa Xeyrulla oğlu ilə Kolatan kənd sakini Sahibov Aydın Ağamalı oğlu cinayət əlaqəsinə girərək, Bədalan kənd sakini Teymurov Zaur Şahdigar oğlunun əmlakını mənimsəməyə cəhd ediblər. Belə ki, vaxtilə qanuni şəkildə Zaur Teymurovun adına torpaq sahəsi rəsmiləşdirən Əhmədağa Əzizov sonradan rəsmiləşdirdiyi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etdiyini söyləyərək, əslində həmin torpağın qohumu Aydın Sahibovun olduğunu deyib. Bununla da o, həmin torpaq sahəsinin Bədalan kənd sakini Zaur Teymurov tərəfindən zəbt edildiyini iddia edib. Bu məqsədlə onlar Masallı Rayon Prokurorluğuna müraciət edərək, qanuni torpaq mülkiyyəti əldə etmiş Z. Teymurovun torpağa dair sənədlərini şübhə altına almağa çalışıb. Bu məqsədlə Aydın Sahibov rayon prokurorluğuna müraciət edib. Araşdırma nəticəsində nəticəsində Əhmədağa Əzizovun əməlində cinayət tərkibi aşkar edilib və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə cinayət işi başlanıb. Lakin müddətin keçməsi ilə bağlı cinayət işi xitam olunub.

Bundan sonra işə Masalı Rayon Polis şöbəsi də qoşulub. Şöbənin müstəntiqi Anar Xəlilov torpaq sahibi Zaur Teymurovun atasını aldadaraq, ondan torpağın mülkiyyət sənədlərini araşdırma adıyla alaraq, sonradan geri qaytarmayıb. Bununla da o, öz səlahiyyətlərini aşmaqla yanaşı, mülkiyyət sənədlərini götürməklə Z.Teymurovun şəxsi mülkiyyətində olan əmlakı üzərində sərəncam vermək hüququnu məhdudlaşdırıb. Sonradan məlum olub ki, müstəntiqlə torpağa iddialı olan şəxslərin çox yaxın münasibətləri var.

Masallı sakini I vitse-prezidentə müraciət etdi

Ş. Teymurov M. Əliyevaya müraciətində məsələ ilə bağlı Prezident İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət etdiyini, lakin aşağıdakı məzmunlu cavab məktubu aldığını qeyd edib: "Müraciətiniz cinayət-prosessual qanunvericiliyinə əsasən göstərdiyiniz xüsusatların araşdırılmasının təmin edilməsi məqsədi ilə aidiyyati üzrə baxılması üçün Masallı rayon polis şöbəsinə göndərilib”.

Torpağı əlindən alınan kəndli yuxarı instansiyalara müraciətindən sonra Masalı Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi polis nəfəri Anar Xəlilov tərəfindən təhqirlərə məruz qaldığını bildirir: "O, bilinməyən telefondan mənə zəng edərək polisə yaraşmayan nalayiq söyüşlərlə məni təhqir edib, mən onun səsini tanıdım. Anar Xəlilov əvvəldən Aydın Sahibovun tərəfindən çıxış edir, o açıq-aydın tərəfə çevrilib, daşıdığı polis rütbəsindən və formasından şəxsi maraqlarına görə istifadə edir.Biz dəfələrlə ondan bizə məxsus evin sənədlərinin əslini bizə qaytarmasını xahiş etsək də, o özünü daha da kobud apararaq və deyir ki, "min nəfər Şahdigar kişi gəlsə də, mən sənədlərin əslini qaytaran deyiləm”.

Hörmətli Mehriban xanım, sizə yazılan məktub da daxil olmaqla hər dəfə cənab Prezidentə , daxili işlər naziri Ramil Usubova yazdığım ərizələr hamısı yenidən araşdırılmaq üçün Masalı Rayon Polis nəfəri Anar Xəlilova göndərilir, o isə heç kimi saya salmır, indi mən bilmirəm kimə müraciət edim, tək ümidimiz Sizədir.
Yuxarıda yazılanlara əsasən Sizdən xahiş edirəm Masallı Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi polis nəfəri Anar Xəlilovun qanunsuz əməllərinə son qoyulmasına, onun cəzalandrılmasına və bizim ailəyə məxsus evin sənədlərinin əslinin (surətini saxlamaqla) mənə qaytaramasına yardım edəsiniz”.

Geri qayıt