Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Azərbaycana qarşı danışan Portakalın iç üzü

Azərbaycana qarşı danışan Portakalın iç üzü


23-02-2017, 12:21
Azərbaycana qarşı danışan Portakalın iç üzü
Ölkəmizdə həyata keçirilən struktur islahatlarına qarşı qərəzli fikirlər səsləndirən FOX TV-nin xəbər aparıcısı Fatih Portakal bundan əvvəl də Türkiyə və Azərbaycana qarşı hiddət doğuran ifadələrlə gündəmə gəlib.

Fatih Portakal müxtəlif vaxtlarda Azərbaycanla bağlı qərəzli fikirlər səsləndirib.

Aparıcının 2016-cı ilin aprel ayında Ermənistan ordusunun təxribatına qarşı Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatla bağlı işlətdiyi ifadələr Azərbaycanda böyük əks-səda doğurmuşdu. Fatih Portakal döyüşlərlə bağlı sujet bitdikdən sonra "Allah Azərbaycana ağıl versin" söyləmişdi.



Məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və bu işğalı Türkiyə də daxil olmaqla dünyanın bütün ölkələri tanıyır. Türk xalqı və rəhbərliyi Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib. Elə bu baxımdan aparıcının aprel döyüşləri ilə bağlı dedikləri heç də müsbət qarşılana bilməzdi.
F.Portakal minlərlə dinc sakini və hərbçini qətlə yetirən PKK silahlılarını dəstəkləyən açıqlamalar da verib. O, Türkiyənin televiziya tarixində PKK terrorçularına «təşəkkür» edən ilk aparıcıdır. Aparıcı Suriyadakı türkmənlərin sağ qalmasında PKK-nın rolunun böyük olduğunu qeyd edib.

«ABŞ, İraq, Peşmərgə və PKK olmasa idi, bu gün Aməllidəki türkmənlər terror təşkilatı İŞİD tərəfindən qətlə yetirilərdilər. Bu gün türkmənlər qurtarılıb. Ona görə də ABŞ, İraq, Peşmərgə və PKK-ya «təşəkkür» etməlidirlər», -deyə aparıcı bildirib.



Portakal bir neçə dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı kəskin fikirlər səsləndirməsi ilə gündəmə gəlib. Aparıcı Türkiyədə keçiriləcək referendumda konstitusiya dəyişikliyinə «yox» deyəcəyini açıqlayıb.



2016-ci ilin 15 iyulunda Türkiyədə dövlət çevirilişinə cəhd zamanı Portakal hakimiyyətə əks mövqedə dayanmışdı. Aparıcı canlı yayımdan və «twitter» səhifəsindən FETÖ-culara dəstəyini açıq şəkildə ifadə etmişdi. Fatih Portakal bir neçə gün sonra «FETÖ işi» ilə bağlı saxlanılmışdı.

Azərbaycana qarşı danışan Portakalın iç üzü

Ümumilikdə, Fatih Portakalın belə sərt mövqelər sərgiləməsinin arxasında böyük planların gizləndiyini desək yanılmarıq. Çünki əksər hallarda onun «Amerikan sərmayəsi»nin bir parçası olduğunu iddia edirlər. FOX TV-nin də arxasında qaranlıq qüvvələrində dayandığı və aparıcının həmin qüvvələrdə tapşırıq aldığı barədə məlumatlar var. Mətbuatda çıxan məlumatlarda Fatih Portakalın avstrtaliyalı media maqnatı, Ərdoğana qarşı kəskin məqalələri ilə tanınan «The Times» qəzetinin rəhbəri Rupert Murdoç tərəfindən FOX TV-yə gətirildiyi qeyd edilib. Məqalədə bu qərarın siyasi olduğu bildirilir. Bəzi məlumatlara görə FOX TV elə Rupert Murdoçə məxsusdur.

Yəqin ki, sadalanan faktlar Portakalın ölkəsinə və ümumilikdə türklərə qarşı əks mövqe sərgiləmək barədə hansısa qüvvələrdən tapşırıqlar aldığını ortaya qoyur. (Missiya.az)

Geri qayıt