Əsas Səhifə > Güney Press, Reklam > Mobil Diş Klinikası pulsuz yardımı davam etdirir
Mobil Diş Klinikası pulsuz yardımı davam etdirir2-02-2017, 16:05 |
Azercell Telekom MMC-nin Mobil Diş Klinikası 2016-cı ilin yekunlarını açıqlayaraq cari il üçün fəaliyyət planı hazırlayıb. Ötən illərdə olduğu kimi klinikanın həkimləri bu il də kimsəsiz uşaqlara, aztəminatlı ailələrə, məcburi köçkünlərə ödənişsiz xidmət göstəriblər. Təkcə noyabr və dekabr aylarında 223 xəstə müayinə və müalicə olunub. Noyabr ayında Binəqədi və Biləcəri qəsəbəsində 52 nəfər, dekabr ayında isə Pirşağı qəsəbəsi 10N-li internat mərktəbinin 171 sakini peşəkar stomatoloq xidmətindən yararlana bilib. Azərbaycandakı əksər uşaq evinin stomatoloji kabinetinin olmamasını nəzərə alan “Azercell” Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib. Yalnız Bakıda deyil, regionlarda yaşayan kimsəsiz uşaqlara da yardım etməyi hədəfləyən Mobil Diş klinikası indiyə qədər Şəki, Quba, Qusar və Balakənddə yerləşən İnternat məktəbi və uşaq evində, Gəncədə SOS Uşaq kəndi və İnternat Məktəbində, Lənkəranda Uşaq evində, Lerik İnternat Məktəbində, Biləsuvarda Qaçqın düşərgəsində, internat məktəbində uşaqlara xidmət göstərib. Fəaliyyət göstərdiyi 6 il ərzində layihə çərçivəsində 4000-dən çox insan Mobil Diş Klinikasının həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu tədqirdə müalicə alıb. Geri qayıt |