Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Əvvəl Şahini götürmək ... 3 nəfər hər qrupa, Natiq Alıyevə 500 AZN ...”
“Əvvəl Şahini götürmək ... 3 nəfər hər qrupa, Natiq Alıyevə 500 AZN ...”17-01-2017, 11:38 |
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan polkovniki Fizuli Əliyevin xidməti otağından götürülən əşyaları arasında əlyazmaları olan kitabça və zərflər aşkarlanıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin əlyazmalar ekspertizaya təqdim edilib və qeydlərin F.Əliyevə aid olduğu təsdiqlənib. Öncədən onu bildirək ki, istintaq qeydlərinin bəzi hissələrində gizliliyi qorumaq üçün üç nöqtədən, bəzi yerlərdə isə ümumiləşdirici sözlərdən istifadə edilib. Şəxsin telefon nömrəsinin əvəzində “telefon” və ya kitabçada qeyd olunan pullarının miqdarının əvəzində “məbləğ” sözü işlədilib. General Sübahir Qurbanovun müavini olan F.Əliyevin kabinetindən götürülən ağ zərfin üzərində “10 000 AZN Murada verdim”, sarı rəngli konvertin üzərində “Qrup 13 000$ və 16000 m = 20 350 $ cəmi 33 350 $”, arxa tərəfində “08.01.13, Araz 4.000$ İTC Fuad İTC 1.000$ - 04.02.13. I Idarə” qeydləri aşkarlanıb. Digər zərflərin üzərində "05053040**-Maliko 050/070 215-74-** Əhmədov Mehman", kiçik ölçülü və A-4 formatlı vərəqələrdə pul məbləğləri, sxemlər, rəqəmlər, adlar, telefonlar və qırmızı rəngli qələmlə haşiyəyə alınmış qeydlər olub. Bundan sonra isə idarə rəisinin kitabçası analiz olunub. Üzərində “2009” yazısı olan qəhvəyi rəngli bloknotun 05 yanvar tarixli vərəqdə “MUM, Kamil, Baloğlan, Rəşad (ən krupnu daş gətirən Kürdəmirli), Kamil”, 27 fevral tarixli vərəqdə “Bakı-Şamaxı 17 km, Hökməli bəl-si...”, ardınca isə torpaqla bağlı məlumatlar, “Rafiq - 20-ci sahə Polişuk Stanislav... Qurban propab...”, 09 aprel tarixli vərəqində “Qurbanov Ayaz ... ünvan ... avtomaşın... silah var...”, 17 aprel tarixli vərəqdə “Gəncə Süleymanova Kəmalə... qızıllarını verib... TR-də olub,.. Fariz telefon N-si...”, 18 aprel tarixli vərəqdə “Kemal ERBAYSAL... qeydiyyata durmayıb ...”, 17 avqust tarixli vərəqdə “Telefon N-si Faiq-obyekt... onun mallarını çıxarır...”, 3 oktyabr tarixli yazılan vərəqdə “İlqar Əliyev...” və digər əlyazmalar, 17 oktyabr tarixli vərəqdə “Bibiheybət məscidinin yanı ... avtomaşın N-si ... 4-5 dəfə kisə pul ... Hüseynov ... telefon N-si...”, 1 dekabr tarixli vərəqdə “Giriakidi Mulatka 1989 GR ...”, 22 dekabr tarixli vərəqdə “MM 050 66741** Hüseyn zərgər...” və digər əlyazmalar müəyyən olunub. F.Əliyev il dəyişdikdə bloknotunu da dəyişib, 2010-cu ildə istifadə etdiyi, üzərində kiril əlifbası ilə “Qedeon Rixter” və “2010” yazılmış tünd göy rəngli kitabçada keçmiş nazir Eldar Mahmudovun anasının adı da aşkarlanıb. Kitabçanın 1-14 yanvar tarixli vərəqlərində “AG EM ofşorlar... 1 000 000 $ pul vurulub... Pərviz...”, bunun ardınca isə digər adlar, rəqəmlər, sxemlər, hesablamalar, 17-18 sentyabr tarixli vərəqlərdə “S.Qurbanov... Mahmudova Zinaida... telefon, məbləğ...” və digər yazılar, adlar, telefonlar, qeydlər, 27 dekabr tarixli vərəqdə və kitabçanın sonunda “ancaq Malikdən alır. Elektromaşdan birbaşa oturdur...” və digər bu cür sxem və rəqəmlər qeyd olunub. MTN polkovnikinin 2013-cü ildə istifadə etdiyi qara rəngli meşin üzlü kitabçada keçirilən əməliyyatlar, daxil olan məlumatlar və həmin il saxlanılan “Nidaçı” gənc Şahin Novruzovun adı qeyd olunub. Kitabçanın 23-29 yanvar tarixli vərəqlərində “Raufu çağıraq! Dubay-Tbilisi- Bakı aviareyslər. Mirzəcanla məsləhət! Seymur Seyidrza”, 12 fevral tarixli vərəqində “Dövlət brilliant tədbiri...”, 15-19 fevral tarixli vərəqlərində “izahatlar alınarkən... rəqəmlər, telefonlar... Kənan Dubay... Ramil Hacıyev”, 22-25 fevral tarixli vərəqlərində “Mehman arayış... telefonlar... Şahin Novruzov...Akula sürücü rasp”, 01 mart tarixli vərəqində “Akuli... telefonlar... adlar...Mirzəyev Teyyub”, 04-07 mart tarixli vərəqlərində “Əvvəl Şahini götürmək ... 3 nəfər hər qrupa, Natiq Alıyevə 500 AZN ...” yazıları aşkarlanıb. Qeyd edək ki, Şahin Novruzlu 2013-cü il martın 7-də, yəni adının kitabçaya yazıldığı vaxtdan təxminən 1, ya 2 gün sonra saxlanılıb. Fizuli Əliyevin 2015-ci ildə istifadə etdiyi kitabçasında öncə bank sektoru haqda, sonra isə Dövlət Bayraq Meydanının sabiq rəhbəri Rəşad Məmmədovun, Əyyarlar Palatasının sədri Adil Əhmədovun adı yazılan qeydlər aşkarlanıb. Üzərində “2015” yazıları olan göy rəngli kitabçanın 07-08 yanvar tarixli vərəqlərində “Kapital MB göstəriş verir ...”, 14-15 yanvar tarixli vərəqlərində “Nağd... bankları uduzdu...”, 27-28 aprel tarixli vərəqlərində sxem, “f/ş Qurbanov ... benzin... Lukoyl QSM... müştəri... f/ş Qurbanov” sözləri və həmin qeydlərlə bağlı yazılar, məbləğlər, 05-06 may tarixli vərəqlərində və yapışdırılmış sarı vərəqədə “Rəşad Azimport... Adil əyyarlar palatası ...” əlyazmaları müəyyən olunub. Xatırladaq ki, Rəşad Məmmədov 2015-ci il mayın 14-də həbs edilib. Bir il 1 ay 28 gün həbsdə qaldıqdan sonra məhkəmə zalından azadlığa buraxılıb. Geri qayıt |