Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > Məşhur şirkətin sahibinin erməni ilə biznes əlaqəsi
Məşhur şirkətin sahibinin erməni ilə biznes əlaqəsi7-01-2017, 13:03 |
“MTN çetesi”qurbanlarının sayı təxminən 200-ə yaxındır. Bu, istintaq orqanlarına məlum olan statistikadır.Ancaq say daha da çoxala bilər. Çünki şikayət etməyən, adının “MTN işi”ndə və mətbuatda hallanmasını istəməyən bir çox iş adamı, məmur zərərçəkmiş kimi tanınmaqistəməyiblər. Zərərçəkdikləri məlum olsa belə, şikayətlərinin olmadığını deyərək,prosesdən kənarda qalmağa çalışıblar. Musavat.com xəbər verir ki, adı istintaqa məlum olan zərərçəkmişlər arasında da xeyli vəzifəli şəxslər var. Onlar dindirilib və “MTN mafiyası”nın başlarına açdıqları oyunları ətraflı şəkildə danışıblar. MTN işi ilə bağlı zərərçəkmiş kimi tanınan şəxslərin əksəriyyəti telefonlarının qanunsuz olaraq dinlənilməsindən xəbərsiz olublar. “MTN çetesi” ilə rastlaşmayan, üz-üzə gəlməyənlər də olub, amma onların telefonları qanunsuz, məhkəmə qərarı və əməliyyat zəruriyyəti olmadan dinlənilib və buna görə zərərçəkmiş kimi tanınıblar. Məşhur mağazaların sahibi dinlənilib Həmin zərərçəkmiş şəxslərdən biri də Azərbaycanda fəaliyyət göstərən məşhur parfümeriya mağazalar şəbəkəsinin sahibidir. Söhbət “Sabina P&C” mağazalar şəbəkəsinin təsisçilərindənHüseynov Elçin Əlheydər oğlundan gedir. Musavat.com MTN-nin vəzifəli şəxslərinə qarşı açılmış cinayət işinin materiallarına istinadən bildirir ki, Elçin Hüseynov zərərçəkmiş kimi istintaqa ifadəsində deyib ki, 1994-cü ildən fiziki şəxs kimi Bakı şəhərində müxtəlif ünvanlarda “Sabina P&C” mağazalarında xaricdən aldığı parfümeriya və kosmetika məhsullarının satışı ilə məşğul olub. Biznesini böyüdən Elçin Hüseynov 2005-ci ildə xalası oğlu Şıxəliyev Fuad Rafiq oğlu ilə birlikdə “Sabina P&C” MMC-ni təsis edib. Fuad Şıxəliyev MMC-nin baş direktoru, o isə müavini olub. “Sabina P&C” MMC-nin Bakı şəhərində 11, Gəncə şəhərində 2 mağazasının fəaliyyət göstərdiyini deyən E.Hüseynov şirkətdə ümumilikdə 250 nəfərə yaxın şəxsin əmək müqaviləsi əsasında işlədiyini deyib. Telefonu dinlənildiyi üçün zərərçəkmiş kimi tanınan E.Hüseynovun bəxti ondan gətirib ki, MTN maskalılarının əlinə keçməyib. Ancaq dinlənilib... Sahibkar MTN-nin əlinə keçmədiyini deyib E.Hüseynov1995-ci ildən eyni telefon nömrəsini işlətdiyini deyərək,heç vaxt ləğv olunmuş MTN-əçağırılmadığını, fəaliyyəti ilə bağlı hər hansı araşdırma aparılmadığını, ona və ya şirkətin digər əməkdaşlarına qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini söyləyib. O, əminliklə deyib ki, ümumiyyətlə heç bir hüquq-mühafizə orqanı tərəfindən fəaliyyətləri ilə bağlı araşdırma aparılmayıb və ləğv olunmuş MTN-ninhəbs edilən əməkdaşlarını tanımır. Dövlət Təhlükəsizlik Xidmətinin istintaqa təqdim etdiyi arayışdan məlum olur ki, Elçin Hüseynovun telefon nömrəsi 2014-cü ilin oktyabrından 2015-ci ilin aprel ayına qədər dinləyiblər. Sahibkarın telefon nömrəsi MTN-nin Monitorinq Mərkəzində dinlənilib və sifarişçi nazirliyin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Başİdarəsi olub. Birinci halda E.Hüseynovun telefonunun dinlənməsi Başİdarənin sabiq idarə rəisi Vüqar Məhərrəmovun, ikinci halda isə Başİdarənin sabiq rəis müavini Fizuli Əliyevintələbi ilə olub. İstintaq zamanı o da məlum olub ki, Elçin Hüseynovun telefon nömrəsi 2014-cü ilin aprel ayından MTN-nin Əməliyyat-texniki İdarəsində də nəzarətə götürülüb. Bu dəfə isə təşəbbüskar MTN-ninTransmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Başİdarəsinin başəməliyyat müvəkkili Musayev Nicat Şakir oğlu olub. “Sabina” ölkəyə qaçaq mal gətirib? Həmin dinləmələrdə “Sabina P&C” şirkətinin rəhbəri Elçin Hüseynovun yüksək rüsumlu parfümeriya və kosmetika məhsullarınıÇindən qaçaq yolla Azərbaycana gətirməsi barədə məlumat daxil olub. Bu məlumatMTN-ninTransmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Başİdarəsinin sabiq başəməliyyat müvəkkili Samir Nəcəfov tərəfindən siqnal çərçivəsində yoxlanılıb. Ancaq yoxlama zamanı E.Hüseynovun qaçaqmalçılıq fəaliyyətinə dair təsdiqedici məlumatlar əldə etmək mümkün olmayıb. Şirkət rəhbərinin erməni ilə əlaqəsi Lakin bu epizodla bağlı diqqət çəkən bir məqam var. Belə ki, MTN-nindinləmələri zamanı Elçin Hüseynovun Fransanın “LVMH” (parfümeriya və kosmetika sahəsində məşhur brendlərin satışını təşkil edir) şirkətlər qrupunun Ermənistandakı rəsmi distribüteriAndreAbaryan ilə işgüzar xarakterli əlaqələr saxlaması məlum olub. Ancaq bu məlumatın araşdırıb-araşdırılmaması ilə bağlı istintaqda heç bir məlumat qeyd edilməyib. Şirkət rəhbəri də bu haqda danışmayıb. MTN-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin 2-ci idarəsinin 3-cü şöbəsinin sabiq rəisi Natiq Alıyev də istintaq zamanı bu epizod üzrə dindirilib. MTN zabiti deyib ki, Elçin Hüseynovun dinlənilməsi ilə bağlı qərar o, şöbə rəisi təyin edilməmişdənöncə verilib. Əməliyyat tədbirinin nəticələrinin həmin şəxs barədə olan qeydiyyat işinə əlavə edildiyini bildirib. İstintaq zamanı MTN-nin Monitorinq Mərkəzi və Əməliyyat-texniki idarəsi tərəfindən telefon nömrələrinin dinlənilməsiətrafında əməliyyat-texniki tədbirlərin keçirilməsinə dair tapşırıqlara baxış protokoluna da nəzər yetirilib. Sahibkarın dinlənilməsində Eldar Mahmudovun imzası Protokoldan məlum olub ki, E.Hüseynovundindirilməsi ilə bağlı tapşırıq Nicat Musayevin təşəbbüsü ilə Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin sabiq rəisi Sübahir Qurbanov tərəfindən imzalanıb və Monitorinq Mərkəzinin keçmiş rəisi Teymur Quliyevə göndərilib. Həmin tapşırıqda Monitorinq Mərkəzinin “daxil olma” ştampı var. Tapşırığın yuxarı hissəsində “icazə verirəm” sözləri altında sabiq nazir Eldar Mahmudovun imzası var. Tapşırıq blankının 11-ci bəndində (tədbirin əsaslandırılması) “Parfümer ƏTİ” qeyd edilib. 13-cü bəndində “obyekt parfümeriya və kosmetika məhsullarının qaçaqmalçılığı ilə məşğul olan “LUMH” transmilli şirkətin ER-dəkidistribütoru olan “Range” şəbəkəsinin sahibi, həmin ölkənin vətəndaşı Andre Abaryan ilə yaxın əlaqələri mövcüddür” sözləri var. Baş idarənin sabiq rəis müavini, 1-ci idarənin sabiq rəisi Fizuli Əliyev isə ifadəsində Elçin Hüseynovun telefonunun dinləməsinixatırlamadığını deyib. Geri qayıt |