Əsas Səhifə > Güney Press > "Çəkiliş zamanı Nicat zədə aldı"

"Çəkiliş zamanı Nicat zədə aldı"


6-01-2017, 10:06
"Çəkiliş zamanı Nicat zədə aldı"
“Bozbash pictures”in aktyorları “10-dan sonra” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aktyorlar yeni çəkdikləri “Stalinin başı” filmindən bəhs ediblər.

Ekran işində rol alan Ramil Babayev həmkarı Nicat Rəhimovun çəkiliş zamanı başına gələn qəzadan danışıb:

“Nicatın çox riskli bir səhnəsi var idi. Təkərin içinə oturur, gəlib doqquzmərtəbəli bina hündürlüyündə qayalığın ucunda dayanmalıydı. Kaskadyor təkəri qayanın ucunda güclə saxlamışdı. Həmin səhnəninin çəkilişi zamanı Nicat belindən zədə aldı. Belinin həmin hissəsi gömgöy olmuşdu”.

Qeyd edək ki, “Stalinin başı”nda İlkin Həsəni, Elşən Orucov, İlkin Miskərli, Ramil Babayev, Azər Baxşəliyev və Nicat Rəhimov rol alıb. Film apreldə təqdim olunacaq.

Geri qayıt