Əsas Səhifə > Güney Press, Şou-biznes > "Bu mahnıların müəllifi nazirimizdir"
"Bu mahnıların müəllifi nazirimizdir"3-10-2016, 09:44 |
“Gecə qonağı” filmində Ağadadaş Ağayevin səsləndirdiyi “Gecdir daha” və “ “Qayıdış”dakı Alim Qasımovun oxuduğu “Xatirələr” mahnılarının müəllifi, bəstəkar, hörmətli nazirimiz Kəmaləddin Heydərovdur. Sözlərini isə Baba Vəziroğlu yazıb”. Axşam.az xəbər verir ki, bu sözləri rejissor Kənan M.M. yazıb. O bildirib ki, bu mahnıların filmdə yer alması uğurlu alınıb: “Düşünürəm ki, hər iki mahnı filmdə böyük rol oynayıb. Buna görə özüm və tamaşaçılar adından cənab nazirimizə və Baba Vəziroğluna təşəkkür edirəm. Şəxsi tanışlığımız olmasa da, bunu özümə borc bildim. Bu xəbəri tamaşaçılarımızla bölüşmək istədim, bəlkə də çoxları bunu bilmirdi”. Geri qayıt |