Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Elmar Məmmədyarov da vəzifəsindən alınacaq

Elmar Məmmədyarov da vəzifəsindən alınacaq


27-09-2016, 11:57
Elmar Məmmədyarov da vəzifəsindən alınacaq
DİA.AZ: - "Referendumdan sonraya planlaşdırılan dəyişikliklər prosesində Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri də dəyişdiriləcək". Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib.

Xəbərdə deyilir ki, əslində Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovun vəzifəsindən azad edilməsi çoxdan planlaşdırılan hadisə olsa da, referendumsonrası dönəmə təsadüf edəcək.

Qaynağın dia.az-a söylədikləri: "Elmar Məmmədyarovun da adı müxtəlif dönəmlərdə ayrı-ayrı qalmaqallarda hallanıb. Elə həmin ərəfələrdə XİN başçısının dəyişdiriləcəyi gözlənilsə də, ertələnmə oldu. İndi isə vaxt yetişib".

Geri qayıt