Əsas Səhifə > Güney Press > Havar Məmmədov “Qafqaz Universiteti”nin yeni rektorudur
Havar Məmmədov “Qafqaz Universiteti”nin yeni rektorudur1-09-2016, 18:11 |
![]() Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universitetinə yeni rektor təyin olunub. Bu vəzifəyə Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov təyin edilib. H.Məmmədov APA-ya faktı təsdiqləyərək bildirib ki, o bu gün “Qafqaz Universiteti”nin kollektivinə təqdim edilib. Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək universitetin iyulun 20-də bağlanması haqqında qərar qəbul olunduğunu bildirib. Bundan sonra universitetin idarəçiliyi BANM-ə verilib. Geri qayıt |