Əsas Səhifə > Güney Press, Şou-biznes > “Məni Bakıya bağlayan heç nə yoxdur...”

“Məni Bakıya bağlayan heç nə yoxdur...”


1-09-2016, 09:19
“Məni Bakıya bağlayan heç nə yoxdur...”
Məni Bakıya bağlayan heç nə yoxdur.

Bu sözləri ötən il Türkiyə vətəndaşı ilə ailə həyatı quraraq Türkiyəyə köçən aktisa Nigar Bahadırqızı oradakı həyatı haqda Axar.az-a danışarkən deyib. O, Türkiyədə hələ işləmədiyini bildirib:

“Sənətimi, qazandığım uğurlarımı, çox sevdiyim teatrımı bir anda atıb ailə həyatı quracağam və hər şeyi sıfırdan başlayacağam deyə, bir fikir heç vaxt ağlımın ucundan keçməzdi. Amma insan gözləmədiyi anda gözləmədiyi qərarlar verir. İlk İstanbula gəldiyimdə qonaq olduğumu, tezliklə evimə, işimə dönəcəyimi düşünürdüm. Elə bilirdim, Bakıdan bu dəqiqə zəng edib deyəcəklər ki, haradasan, sabaha tamaşa var, dur gəl.

Gecələr yatmırdım, ağlayırdım, alışa bilmirdim. Bir il burda qaldıqdan sonra Bakıya getdim. Bakıda da eyni hissləri yaşadım. Elə bildim, böyüdüyüm evdə qonağam və tezliklə İstanbula yoldaşımın yanına dönəcəyəm. Orada ikən hər dəqiqə düşündüyüm yoldaşım idi, görəsən, neynir, nə yedi, nə içdi, acdırmı... Anladım ki, mən artıq İstanbuldakı həyatıma alışmışam və Bakıda qala bilmirəm.

Məni Azərbaycana bağlayan təkcə anam, ailəm, bir də atamın məzarıdır. Başqa heç bir şey yoxdur. Ağır olan hər iki ailəmi sevmək idi, sanki iki yerə bölünmüşdüm. İstanbula gedəndə Bakı üçün, Bakıya gedəndə isə İstanbul üçün darıxırdım. Burada bir TV-də çalışdım. Azərbaycanlı dostlar var idi, onlar daha çox yardım etdi ki, mən İstanbula alışım. Hazırda işləmirəm. Amma tezliklə burada teatrda çalışmağa başlayacağam. Bunu da mən deyil, yoldaşım daha çox istəyir. Deyir, sən teatrsız yaşaya bilmirsən. Mənim dilə gətirmədiyim hər şeyi anlayır. O bilir ki, mən teatrsız dəli ola bilərəm. Yeni mövsümdə işə başlayacağam.

Burada yaşadığım hər günə şükür edirəm, çünki sevdiyim insanla istədiyim, xəyal etdiyim və özüm seçdiyim bir həyatı yaşayıram”.

Geri qayıt