Əsas Səhifə > Güney Press, Reklam > Artıq Azercell-də “Asan İmza” sertifikatını yeniləmək mümkündür
Artıq Azercell-də “Asan İmza” sertifikatını yeniləmək mümkündür15-07-2016, 14:26 |
Üç il bundan əvvəl Azərbaycanda vətəndaşların, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin və dövlət qulluqçularının elektron xidmətlərdən istifadəsini asanlaşdıran mobil elektron imza sistemi – “Asan İmza” tətbiq olunmağa başladı. 2013-cü ilin iyulundan etibarən işə düşən bu xidməti mobil nömrə vasitəsilə əldə etmək mümkün oldu. Asan İmza dövlət və özəl təşkilatların təqdim etdiyi çoxsaylı elektron xidmətlərə giriş izni qazandırır, rəqəmsal şəkildə hər kəsin öz şəxsiyyətini təsdiq edərək istifadə edəcəyi əməliyyatları imzalamağa imkan verir. Azərbaycanda bu xidmətdən ilk olaraq Azercell abunəçiləri istifadə edə bildilər. Çünki mobil operatorlar arasında ilk olaraq məhz Azercell “Asan İmza” sisteminə qoşulmuşdu. Bu müddət ərzində minlərlə Azercell abunəçisi “Asan İmza”nı əldə etməklə bu xidmətin üstünlüklərindən yararlanıb. Bu xidmət 3 illik müddət ərzində aktiv olduğundan artıq “Asan İmza” sertifikatları və nömrələrini yeniləməyə ehtiyac yaranıb. Odur ki, “Asan İmza” xidmətindən davamlı şəkildə yararlanmaq üçün xidmətdən istifadə müddətinin növbəti 3 illik müddətə artırılması və sertifikatların yenilənməsi tələb olunur. Vətəndaşlar “Asan İmza” xidmətinin müddətini artırmaq üçün Azercell müştəri xidmətləri mərkəzlərinə, eləcə də, Azercell Ekspres ofislərinə müraciət edə bilərlər. Azercell həmişə olduğu kimi bu xidmətdə də asan prosedur təklif edir. “Asan İmza” sahibi “Azercell” müştəri xidmətlərində yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə yeni SİM kart əldə edir və müvafiq ödəniş müqabilində yenidən xidmətə qoşulur. Daha sonra isə yeni sertifikatı əldə etmək üçün “ASAN Xidmət” mərkəzlərinə və ya Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət etmək gərəkdir. Qeyd edək ki, əhali, dövlət qulluqçuları və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün xidmətin 3 illik qiyməti 18 AZN, yeni SİM kartın təqdim olunması 3.54 AZN təşkil edir. Asan İmza SIM-kartı həm mövcud, həm də yeni nömrələrdə fəaliyyət göstərə bilər. Digər tərəfdən, Azercell Fakturalı xətt sistemlərinə aid nömrələrlə yanaşı, fakturasız (SimSim) xətt sistemlərinə aid nömrələrin abunəçiləri də “Asan İmza” xidmətinə qoşula bilərlər. Geri qayıt |