Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > Səhiyyəmizin növbəti qurbanı:

Səhiyyəmizin növbəti qurbanı:


30-06-2016, 08:47
Səhiyyəmizin növbəti qurbanı:
Cəlilabad rayon sakini Nuriyev Faba Ovezovic oğlu Qafqaz Xəbər Agentliyinə müraciət edərək, səsinin ölkə rəhbərliyinə çatdırılmasında kömək istəyib. F.Nuriyev bildirib ki, 2013-cü ildə avtomobil qəzasına düşəndən sonra (onu maşın vurub – red.), məhkəmə qərarı əsasında ona cavabdeh şəxs tərəfindən 1600 manat verilib.

“Mən müxtəlif özəl klinikalarda, o cümlədən “Leyla Şıxlinskaya” klinikasında müalicə olunmağa çalışdım. Lakin mənim sol ayağımda vəziyyət get-gedə pisləşdi, hazırda ayağım yığılıb, şikəst qalmışam. 2-ci qrup əliləm. 110 manat təqaüdlə lazım olan müalicə və əməliyyat xərclərini ödəyə bilmirəm. Dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etmişik. Son dəfə bu ilin fevral ayında Səhiyyə Nazirliyi bizim müraciətimizi Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyevə yönəltdi. Lakin ordan bizə bildirildi ki, bunun müalicəsi burda yox, Türkiyədə mümkündür və çox pul lazımdır. Mənimsə imkanım çox zəifdir. Sizin vasitənizlə, Azərbaycan Prezidenti İlham Əliyev cənablarına və Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya müraciət edirəm ki, mənim ayağımın müalicə və əməliyyat məsələsində kömək etsinlər”, – deyə F.Nuriyev qeyd edib. Legion.az saytı olaraq, bu mövzuda Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyevin də fikrini öyrənməyə çalışacağıq.

Səhiyyəmizin növbəti qurbanı:
Səhiyyəmizin növbəti qurbanı:
Səhiyyəmizin növbəti qurbanı:
Səhiyyəmizin növbəti qurbanı:
Səhiyyəmizin növbəti qurbanı:
Səhiyyəmizin növbəti qurbanı:
Səhiyyəmizin növbəti qurbanı:
Səhiyyəmizin növbəti qurbanı:
Səhiyyəmizin növbəti qurbanı:

Geri qayıt