Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Azərbaycan mediasına hakerlərimiz xəbərdarlıq etdi

Azərbaycan mediasına hakerlərimiz xəbərdarlıq etdi


4-04-2016, 11:50
Azərbaycan mediasına hakerlərimiz xəbərdarlıq etdi
Dəyərli KİV dostlarımız! Cəbhəylə bağlı hər-hansı bir məlumatı yayımlayarkən sizləri tam diqqətli olmağa çağırırıq. Məlumatları yalnız Müdafiə Nazirliyinin rəsmi saytından (mod.gov.az) götürərək istifadə edin. Sizlərdən xahiş edirik göndərdiyimiz məlumatı imkan daxilində yayımlayasınız.

DİA.AZ xəbər verir ki, bu barədə "Anti-armenia Team" Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda deyilir: "DİQQƏT !

1. Cəbhə bölgəsinə gətirilən hərbi texnika və silahlı qüvvələr barədə heç bir informasiya paylaşmayın;

2. Azərbaycanın hərbi sistemində olan zabitlərin hansı rayona və nə məqsədlə gəlməsini yazmayın;

3. Azərbaycanın hava qüvvələrinin hansı istiqamətdə uçuş aparmasını paylaşmayın;

4. Şəhid və yaralılar barədə dəqiq olmayan informasıyanı yaymayın;

5. Döyüşlər zamanı telefon yaxud digər texnika ilə çəkdiyiniz videoları sosial şəbəkələrə yükləməyin;

6. Sərhəd bölgəsində olan strateji yerlərdə,texnika yaxud hərbi hissələrin yanında fotolar çəkib paylaşmayın"

Azərbaycan mediasına hakerlərimiz xəbərdarlıq etdi

Geri qayıt