Əsas Səhifə > Güney Press, Reklam, Ana xəbərlər > NIKOIL | Bank-dan valyuta kreditləri olan müştərilərinə ŞOK GÜZƏŞT
NIKOIL | Bank-dan valyuta kreditləri olan müştərilərinə ŞOK GÜZƏŞT18-02-2016, 11:34 |
DİA.AZ: - Artıq 22 il di ki NIKOIL | Bank öz maliyyə siyasətini və geniş sosial mədəniyyətini inamla nümayiş etdirir. Bank inkşaf edir və cəmiyyət qarşısındakı məsuliyyətin vacibliyini anlayaraq, Azərbaycan vətəndaşlarının iqtisadi və sosial səviyyələrinin artırılması üzərində işləyir. İldən-ilə Bank həm fiziki, həm də hüquqi şəxslərə göstərilən bank xidmətlərinin sürətini və həcmini artırır. DİA.AZ xəbər verir ki, 2015-ci ilin dekabr ayında milli valyutanın növbəti devalvasiyasından sonra, NIKOIL | Bank növbəti “Etibarlı dost dar gündə tanınar” adlı, ABŞ dolları ilə verilən istehlak və biznes kreditlərin sağlamlaşdırmasına yönələn, aksiyaya start verdi. Cari ilin 31 mart tarixinədək müştərilərə hər bir təminatsiz istehlak və biznes krediti üçün 1 USD = 1.30 AZN məzənməsi ilə kreditin tam qalığını ödəmək imkanı veriləcək! Digər borcalanlar üçün fərqli güzəştli proqramlar tətbiq olunur. Kredit ödənişi zamanı əsas borcunu silinməsi ilk növbədə aparılacaq. Bundan əlavə müştərilərə valyuta kreditləri üzrə illik faiz dərəcəsinin azaldılması və ya kreditin müddətinin uzadılması imkanı verilir.Qeyd edək ki, bu kampaniya istehlak və biznes kreditlərinə şamil olunur. Kampaniya haqqında ətraflı məlumatı (012) 981 qısa nömrəsinə zəng vuraraq ala bilərsiniz. Bugün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil Geri qayıt |