Əsas Səhifə > Güney Press > Qusarda keçmiş məhbus özünü yandıraraq intihar edib

Qusarda keçmiş məhbus özünü yandıraraq intihar edib


15-02-2016, 17:43
Qusarda keçmiş məhbus özünü yandıraraq intihar edib
Qusar rayonunda intihar faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ukur kəndində qeydə alınıb. 1967-ci il təvəllüdlü Şıxbabayev Çingiz Şıxrəhim oğlu üzərinə benzin tökərək özünü yandırıb. Onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, intihar edən şəxs 14 il məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.

Geri qayıt