Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                 

Əgər Eldar Həsənov təslim olmursa...
Tarix: 23-06-2015, 14:30 | Çap et
Əgər Eldar Həsənov təslim olmursa...
Azərbaycan müxalifətinin yeni “İbrahimbəyov”u, indi sabiqlər sırasında olan Arif Məmmədov Azərbaycan xüsusi xidmət orqanlarının və İlham Əliyevin yaxın silahdaşlarının görməli olduğu işi gördü.

Əgər səfirin facebook səhifəsindəki ayrı-ayrı utanmaz replikalarını, “bu antixalq hakimiyyətə son qoymaq” çağırışlarını Bakı yanğınından sarsılmış melanxolikin emosional partlayışı kimi qəbul etmək mümkün idisə, onun müxalifətçi Əli Kərimlinin balkonundan dilə gətirdiyi sonrakı ifrat emosional siyasi çağırışlar hakim elitanın mütləq əksəriyyəti tərəfindən xəyanət kimi qarşılandı.

Prezidentə nəyisə sübut etmək lazım deyil. Məmmədov özü-özünü ifşa edib. Özü də elə arvadı ilə birgə Brüsselin SPA-mərkəzlərinə getdiyini də vurğuladığı ilk tənqidi çıxışından sonra...

Məmmədov qoy cəhənnəm olsun. Onun kitabı onsuz da bağlanıb. Xüsusilə də prezident İlham Əliyevə onu məmurların hücumlarından qorumaq və xilas etmək xahişi ilə müraciət edəndən sonra...

Arif Məmmədov gülüş hədəfinə çevrilib. İndi müxalifətçilər və Əliyev hakimiyyətinin ən barışmaz düşmənləri də onunla məzələnirlər, adamı açıq-aşkar lağa qoyurlar. Yəni ki, eh, bizim mənəvi atamız, sən prezident olmaq istəyirdin, amma heç seçkiqabağı şüarını elan etməyə də macal tapmamış Gəncədə tez-tez heroinlə ilişən qardaşın Asif Məmmədovu xatırladın və o dəqiqə yaxşı hökmdarı və yolunu azmış əyanları tərifləməyə başladın...

Müxalifətçilər Məmmədovdan heç cür İbrahimbəyov alınmayacağını çox tez başa düşdülər. Sabun köpüyü tez partladı. Yaxşı, bəs bu köpüyü üfürüb şişirtməyə sərf olunan enerji də itdimi?

Və budur, pərdənin arxasından yeni “sabun köpüyü” tragikomediyasının əsas siması görünməyə başladı. Baho! Bu ki, hamının tanıdığı adamdır... Səhnədəki qəhrəman şəxsən Eldar Həsənov özüdür. Sabiq baş prokuroru lap çoxdan idi görmürdük...

Beləliklə, E.Həsənov onun səfirlərin Balkan sui-qəsdində bilavasitə iştirak etməsinə dair təqdim etdiyimiz faktlara nə ilə, necə cavab verdi?! Özünü ifşa etməklə. Təsəvvür edirsinizmi?!

A.Məmmədov sosial şəbəkələrdə çərənləyəndə necə olmuşdusa belə bir ifadə işlətmişdi. Demişdi ki, bizim haqqin.az və virtualaz.org saytları ondan ötrü bir növ indikator rolunu oynayır və o, hakim elitanın nə düşündüyünü bu indikator vasitəsilə öyrənə bilir.

Belə düşünmək sadəcə olaraq axmaqlıqdır!

Diqqətli oxucular da təsdiqləyər ki, əksər yüksək rütbəli məmurlar bizim saytlarda kifayət qədər tez-tez tənqid olunur. Özü də bəzən hətta qədərindən çox və bunu haqq etmədən... Nə etmək olar, plüralizm də bizim dövrün dəbi və tələbidir.

Bir redaksiyanın fəaliyyətini hökumətin siyasi kursu ilə bağlamaq cəhdləri isə bağları səliqəsiz bağlanmış çirkli çəkməni xatırladan səfirin primitiv təfəkkür tərzinin, axmaqlığının daha bir göstəricisidir.

Qiyamçı Məmmədovun, indi isə özündənrazı Eldar Həsənovun çıxışlarını kimlərin böyük məmnuniyyətlə tirajladığına diqqət edin. Bəli, bu, İlham Əliyevin əsas və barışmaz tənqidçisi olan “Azadlıq” qəzetidir. Sual olunur: əgər Eldar Həsənovun dedikləri hakimiyyətin müdafiəsinə xidmət edirsə və onun xeyrinədirsə, onda Əli Kərimlinin qəzeti səfirin Əliyev hakimiyyətinin maraqlarını qorumağa yönələn çıxışlarını hansı maraq və məntiqə görə dərc edib tirajlamalıdır? Nəyə görə?

Əlbəttə, Eldar Həsənov etiraz edib deyə bilər ki, onun bizim ittihamlarımıza cavab olaraq yaydığı ilk açıq çıxışı aztirajlı hafta.az saytında işıq üzü görüb. Lap tutaq ki, belədir.

Yaxşı, bəs onda Eldar Həsənovun çıxışını göydə qapıb onu öz qəzetinin ön səhifəsində yerləşdirmək hakimiyyəti gözdən salmaq üçün əlinə düşən hər fürsətdən yararlanmağa çalışan Əli Kərimlinin nəyinə gərək idi?

Burada inanılmaz bir versiyaya diqqət edək: tutaq ki, hakimiyyətin rəqiblərini bu zaman oxucu marağı, auditoriya, tiraj maraqlandırıb. Amma burada başqa sual da yaranır: bəs onda bizim ittihamları niyə dərc etməmişdilər?

Əlbəttə, E.Həsənovun bəyanatlarının anti-Əliyev qüvvələrin döyüş vərəqələrində tirajlanmasına dair istənilən mülahizə “Balkan qaçqını”nın uzağagedən planları barədəki şübhələri bir daha gücləndirir. İsa Qəmbər hakimiyyətin tərəfinə keçənə qədərki dövrlərdə o zamankı baş prokurorun bütün təbliğat-təşviqat materialları onun nəşrlərində yer alardı.

Diqqət edin, E.Həsənov həmin ənənəni davam etdirir, yəni Əliyevin ən qatı düşmənləri ilə pərdə arxasından oynayır. O, öz siyasi ənənələrinə sadiqdir.

İndi isə keçək müxalif KİV-lərdə dərc olunmuş bəyanatın mahiyyətinə.

Jurnalist E.Həsənova onun Arif Məmmədov və Abbas Abbasovla əlaqələri barədə sual verir. Lakin Həsənov birbaşa cavab verməkdən yayınır, haqqında soruşulan məsələyə şərh vermir. Səfirlərin Balkan sui-qəsdi barədəki informasiyaları isə ümumi sözlərlə “qisasçılıq və yalan” adlandırır. Özü də heç bir arqument və fakt gətirmədən!

E.Həsənov daha sonra da bu ittihamların haradan qaynaqlanmasına izah verir. Sən demə, hakimiyyətdə kimlərsə onun nəhəng diplomatik uğurlarından narahat olubmuş. Sən demə, iki ölkənin - Serbiya və Bosniya və Herseqovinanın prezidentləri “Bakı-2015” I Avropa Oyunlarının açılış mərasiminə məhz Həsənovun sayəsində gəlibmiş. Belə çıxır ki, bu prezidentlər İlham Əliyevin yox, Eldar Həsənovun qonağı imişlər.

Yəni səfir çox incə şəkildə boykota eyham vurur. O mənada ki, guya mən olmasaydım, bu iki prezident də Azərbaycana qarşı ümumavropa sui-qəsdində yer alardı.

Amma aydın görünür ki, E.Həsənov bu məqamda özünü var gücü ilə ələ almağa, özünə-sözünə nəzarət etməyə çalışıb. Əgər o, Putinlə Ərdoğanın, habelə digər çoxsaylı qonaqların da Bakıya məhz Balkan qaçqınının səyləri ilə gəldiyini desəydi, bu, onun özünə nəzarəti itirdiyini sübut edərdi.

Şübhəsiz ki, Əli Kərimli buradakı narazılığı və yekəxanalığı o dəqiqə hiss etdi. Bəli, bəli, Həsənov öz ambisiyalarının selində möhkəmcə boğuldu - buna söz yoxdur. Onun növbəti bəyanatı növbəti prezident seçkilərində iştirakı ilə bağlı olmayacaq ki? Arif Məmmədov da belə başlamışdı. Xırda bir narazılıqdan...

Fikir verin, Həsənovun müsahibəsində nə Abbas Abbasov, nə də “rus partiyası”nın digər nümayəndələri barədə bir kəlmə də danışılmır. Həsənovun Abbasovla məsələhətləşmələri barədə də bircə cümlə də yoxdur. Səfir bu informasiyaları nə təsdiq, nə də təkzib etmir. E.Həsənov heç aylarla öz kabinetində niyə tapılmamasının, dünyanın nəhəng dövlətlərinin paytaxtlarını nədən gəzib-dolaşmasının səbəblərini də izah etmir. Moskvada, Ankarada, Brüsseldə keçirdiyi görüşlər, apardığı danışıqlar barədə də susur. Qara dəniz və Xəzər dənizi hövzəsi Ölkələrinin Əməkdaşlığı və Tərəfdaşlığı Fondunun Bakıda keçirilən iclası və həmin iclasa nədən Arif Məmmədovla birgə qatılması barədə də heç bir söz demir. Özü də Həsənov bu iclasda Kərimlinin barrikadalarında gizlənmiş “yeni İbrahimbəyov”un hökumət əleyhinə mübarizəsinin ən qızğın vaxtında peyda olmuşdu.

Həsənov Moskva və İstanbuldakı milyardlarla dollarlıq biznesi barədə də bircə kəlmə də danışmır. Həsənov öz fondunun Rusiya filialında rəhbər posta gətirdiyi Andranik Qriqoryeviç Ohannisyanla əlaqələri haqda da danışmır, danışmaq istəmir. Həsənov korrupsiyaya qurşanmış rumın neft baronlarının devrilməsindən sonra Rumıniyadan necə rüsvayçılıqla qaçması haqda da bircə kəlmə demir...

E.Həsənov bizim ondan səbirsizliklə gözlədiyimiz aydın cavabların əvəzinə Azərbaycanın dövlət orqanlarına hansısa qəribə bir sorğu göndərir, hakimiyyətdən izahat tələb edir...

E.Həsənovun əvəzinə isə yenə də Arif Məmmədov danışdı. O, Balkan qaçqını ilə əlaqələrindən özünə xas olan məntiqsziliklə və kifayət qədər axmaq bir şəkildə söz açdı.

Məmmədov deyir ki, Bakıda Həsənovla cəmi 5 dəqiqəlik görüşləri olub, səfirə səmimi-qəlbdən hörmət və ehtiramı olsa da onunla xüsusi münasibətləri yoxdur...

Çox maraqlıdır. Belə çıxır ki, Məmmədov Brüsseldən Bakıya - Həsənovun məclisinə min verst yolu ona görə basa-basa gəlib ki, onunla elə atüstü görüşsün, cəmi 5 dəqiqə söhbət etsin...

E.Həsənovun Əli Kərimli tərəfindən yayılıb tirajlanan bəyanatı hakimiyyətə ultimatum kimi də qiymətləndirilə bilər. Yeri gəlmişkən, bu, onun son vaxtlar səslənən ilk belə ultimatumu deyil.

E.Həsənovun qardaşı dövlət qulluğundan çıxarılandan dərhal sonra sabiq baş prokuror yüksək rütbəli məmurlardan biri ilə söhbətində qızışaraq narazılığını bildirib. Deyib ki, əlinizdə külli-ixtiyar olsa da sizi Azərbaycandan kənarda heç kim tanımır. Bununla da ona çox ehtiyatlı və incə şəkildə eyham vurub ki, Avropada onların anasını ağlada bilər!

E.Həsənov Xruşşovdan fərqli olaraq çəkməsini çıxarıb stola döyəcləmədi. Çəkmə yerinə səfir Arif Məmmədov vardı. Balkan qaçqını Azərbaycan hökumətinə bunu vəd etməyb ki?

Hər halda E.Həsənov quyudan çıxdı. Və o, nəyə görəsə Kərimlinin quyusundan, özü də ultimativ mesajlarla boylandı. Əgər Həsənov düşməndirsə və təslim olmursa, böyük Qorkinin yazdığı kimi, inqilab dövrünün qanunlarına görə, düşməni məhv edirlər.

Balkan qaçqınının növbəti yaylım atəşi nə vaxt olacaq? Düyünləri çözmək anı yaxınlaşır...


Eynulla Fətullayev









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Dünən, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Dünən, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
23-05-2026, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
23-05-2026, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
23-05-2026, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
23-05-2026, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
23-05-2026, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
23-05-2026, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
23-05-2026, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
23-05-2026, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
23-05-2026, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
23-05-2026, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
23-05-2026, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
23-05-2026, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
23-05-2026, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
23-05-2026, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
23-05-2026, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
23-05-2026, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
23-05-2026, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru