Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni mərhələ - Avropa Məhkəməsinin qərarı
Tarix: 22-06-2015, 15:37 | Çap et
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni mərhələ
Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək çıxarılmış ən mühüm qərarlardan biridir.

Qərarın özəlliyi həm də bu sənədin münaqişə ilə bağlı qəbul olunmuş ilk məhkəmə sənədi olmasıdır. Münaqişə tarixində ilk dəfə olaraq dünyanın ən mötəbər məhkəməsi Dağlıq Qarabağ münaqişəsinə dair qərar qəbul edib və bu qərarda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı ilk dəfə olaraq beynəlxalq məhkəməsi instansiyası tərəfindən təsdiqlənib.

Azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarında yaşamaq və mülkiyyətindən istifadə etmək hüququnu tanıyan Avropa Məhkəməsinin çıxardığı qərar Azərbaycan diplomatiyasının imkanlarını bir neçə dəfə artırmış olur. İndiyədək BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnaməni əsas götürən rəsmi Bakı artıq münaqişənin nizamlanmasına dair danışıqlarda Avropa Məhkəməsinin qərarını da hüquqi qüvvəyə sahib sənəd kimi istifadə edə biləcək.

Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərar bir neçə baxımdan əhəmiyyətlidir.

Birincisi, Avropa İnsan Haqları Məhkəməsi çıxardığı qərarla Ermənistanın işğalçı dövlət olduğunu hüquqi əsaslarla təsbit və təsdiq etmiş olub. Qərar Ermənistanın işğal altında olan ərazilərdə effektiv nəzarət həyata keçirdiyini təsdiqləyib və bununla da İrəvanın on illərdir “Dağlıq Qarabağ Respublikası”nı münaqişə tərəfi kimi təqdim etmək siyasəti rəsmən arxivə atılmış olub. Məhkəmə hesab edir ki, Ermənistanın əksini iddia etməsinə rəğmən işğal zonasında effektiv nəzarəti bu ölkənin Silahlı Qüvvələri həyata keçirir və Azərbaycanla aktiv hərbi münaqişədə qarşı tərəfdən atılan istənilən addım iddia olunduğu kimi “DQR”ə deyil, Ermənistana məxsusdur. Azərbaycanın işğal altında olan ərazilərində insan haqlarının pozulmasına görə məsuliyyəti Ermənistanın daşıması qərarı da məhz həmin ərazilərdə effektiv nəzarətin bu ölkə tərəfindən həyata keçirilməsinin məhkəmə tərəfindən qəbulu ilə bağlıdır. Məhkəmə öz qərarını həm də beynəlxalq hüquqda işğal faktorunun müəyyənləşməsi qaydalarına əsaslandırıb və bu qaydalara əsasən effektiv nəzarət işğalın əsas xüsusiyyəti sayılır. İşğal zonasında hər il Ermənistan Silahlı Qüvvələrinin keçdiyi hərbi təlimlər (özəlliklə ötən il 47 min hərbçinin iştirakı ilə keçirilən və beynəlxalq səviyyədə tənqidə məruz qalan təlimləri qeyd etmək lazımdır), Ermənistan vətəndaşlarının işğal zonasında hərbi xidmət keçməsi, İrəvanın “DQR özünümüdafiə qüvvələri” kimi təqdim etdiyi qanunsuz hərbi birləşmələrin Ermənistan tərəfindən komplektləşdirilməsi kimi faktlar məhkəmə tərəfindən nəzərə alınıb və işğal zonasında effektiv nəzarətin Ermənistan tərəfindən həyata keçirilməsi qənaətinə gəlmək üçün əsas kimi qəbul olunub. Bu, beynəlxalq hüquq normalarına görə, Ermənistanın işğalçı dövlət olduğunun məhkəmə qərarı ilə təsdiqlənməsidir.

İkincisi, Avropa İnsan Haqları Məhkəməsinin qərarı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Ermənistanın manevr imkanlarını daraldır. Məcburi köçkünlərin öz evlərinə qayıtmasının qeyd-şərtsiz təmin edilməsi artıq məhkəmə qərarı ilə təsbit olunmuş öhdəlikdir və Ermənistan danışıqlarda üzərinə düşən öhdəliyi artıq şərt kimi irəli sürə bilməz.

Üçüncüsü, məhkəmə işğal altında olan ərazilərdə insan haqlarının pozulmasına dair bütün məsuliyyəti Ermənistanın üzərinə qoyub. Bu o deməkdir ki, Ermənistan Dağlıq Qarabağ və ətraf yeddi rayonda pozulmuş insan haqlarını bərpa etmək məcburiyyətindədir. Bunun yolu insan haqlarının kütləvi pozulmasına gətirib çıxaran əsas səbəbin - işğal faktının aradan qaldırılmasından keçir. Bu baxımdan Avropa İnsan Haqları Məhkəməsinin qərarı həm də Ermənistan üzərinə qoşunlarını işğal zonasından qeyd-şərtsiz çıxarmaq öhdəliyi qoyur. Münaqişənin nizamlanmasına dair danışıqlarda Ermənistan qoşunlarını ərazidən çıxarmaq üçün bir sıra şərtlər irəli sürürdüsə (bu şərtlərin hamısı Dağlıq Qarabağdakı separatçı rejimin legitimləşdirilməsinə hesablanıb), artıq Avropa Məhkəməsinin qərarından sonra qoşunların çıxarılması Ermənistanın üzərinə düşən bir öhdəlikdir. Bir məsələyə də diqqət yetirmək lazımdır. Ermənistanın işğal etdiyi ərazilərdən qoşunlarını çıxarması tələbi BMT qətnamələrində də öz əksini tapıb, lakin İrəvan o qətnamələrdə işğal edən tərəfin Ermənistan, yaxud “DQR” olduğunun konkret göstərilməsini əsas gətirərək manevr edə bilirdi. Avropa Məhkəməsinin qərarı isə Ermənistanın bu manevr imkanını da əlindən almış olur.

Dördüncüsü, Avropa İnsan Haqları Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə çıxardığı qərarla Dağlıq Qarabağ və ətraf yeddi rayondan məcburi köçkün düşmüş azərbaycanlıların öz torpaqlarında yaşamaq, sahib olduğu mülkiyyətdən istifadə etmək hüququnu beynəlxalq səviyyədə tanımış olub. Həm də bu hüquq ilk dəfə siyasi qərarla deyil, dünyanın ən ali məhkəmə orqanı tərəfindən tanınıb. Bu hüququn tanınması avtomatik olaraq növbəti mərhələdə işğalçı Ermənistanın azərbaycanlı məcburi köçkünlərə təzminat ödəməsi məsələsini gündəmə gətirəcək. Prosedura əsasən, təzminatın miqdarı və ödənilməsi üçün iddiaçı tərəfə və Ermənistan hökumətinə bir il vaxt verilir, bu müddət ərzində tərəflər öz maddi iddialarını və bu iddiaların qəbul və ya rədd edilməsini əsaslandırmalıdır. İstənilən halda Ermənistan bir il ərzində “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə iddiaçılara kompensasiya ödəməli olacaq. Ödəmə prosesi həm də bir presedent yaradacaq ki, bu da 800 minə yaxın məcburi köçkünün Ermənistana qarşı maddi təzminat davası açması ilə nəticələnəcək. “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərar artıq presedent kimi qəbul olunur, bu səbəbdən Avropa Məhkəməsinin digər azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı maddi təzminat iddiaları ilə bağlı fərqli qərar çıxarması qeyri-mümkün sayılır.

Beşincisi, “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərar Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əlavə üstünlük verir. Bu üstünlüyü qazandıran məqam, işğalçı dövlətin Dağlıq Qarabağ və ətraf rayonlarda etnik təmizləmə siyasəti aparmasının məhkəmə tərəfindən rəsmən tanınmasıdır. Avropa Məhkəməsi azərbaycanlıların Ermənistan Silahlı Qüvvələrinin effektiv nəzarət həyata keçirdiyi ərazilərdən kütləvi şəkildə qovulmasını etnik təmizləmə kimi dəyərləndirib. Qeyd edək ki, etnik təmizləmə insanlığa qarşı ağır cinayətlərdən sayılır və Azərbaycan Avropa Məhkəməsinin bu qərarı ilə daha yüksək və mötəbər məhkəmə instansiyalarında Ermənistana qarşı iddia qaldırmaq imkanı əldə edib. Azərbaycan həm də Avropa Şurası və digər siyasi institutlarda Haaqa Məhkəməsinin yurisdiksiyasını qəbul etməyi Ermənistanın qarşısında öhdəlik kimi qoymaq tələbi irəli sürə, yaxud bu tələbi öz xarici siyasi fəaliyyətinin əsas prioritetlərindən birinə çevirə bilər.

Göründüyü kimi, Avropa İnsan Haqları Məhkəməsinin qərarı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni bir mərhələnin əsasını qoymuş olub. Bu, Azərbaycan diplomatiyasının daha çevik fəaliyyətinə, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonu dəyişməyə imkan yaradan bir mərhələdir. Bu qərar ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlarda Ermənistanın mövqeyini dəfələrlə zəiflətmiş olacaq, çünki qərar İrəvanın danışıqlarda istifadə etməyə çalışdığı saxta arqumentlərin əksəriyyətinin üzərindən qalın bir xətt çəkmiş olub.


Vüqar Məsimoğlu, APA Analitik Mərkəzi










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Dünən, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Dünən, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
23-05-2026, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
23-05-2026, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
23-05-2026, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
23-05-2026, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
23-05-2026, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
23-05-2026, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
23-05-2026, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
23-05-2026, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
23-05-2026, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
23-05-2026, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
23-05-2026, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
23-05-2026, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
23-05-2026, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
23-05-2026, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
23-05-2026, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
23-05-2026, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
23-05-2026, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru