Heydər Əsədov pomidor satandı? - Azər Qaramanlı yazır...
Tarix: 22-06-2015, 11:34 | Çap et
 Kənd təsərrüfatı naziri özünün nə işlə məşğul olduğunu belə bilmir.
Bir neçə gün əvvəl Heydər Əsədov İmişli, Xocavənd, Füzuli, Beyləqan rayonlarının sakinləri üçün В«qapısını açıbВ». Bizdə bu son zamanlar nazirlərin adətinə çevrilib. Yəni nazirlərimiz gedirlər rayonlara və orda В«qapılarını açırlarВ» (halbuki bu qapılar Bakıda açılmır). Deyirlər ki, buyurun millət, dərdinizi anladın. Bu gün mənim qapım açıqdır. (Hər halda bu millət buna da şükür etməlidir). Amma dərd orasındadır ki, nazirlərin bu В«açıq qapısındanВ» bir dəfə keçən, ikinci dəfə keçə bilmir. Heç bir problem də həll olunmur. Çünki problem yenə yerdə В«blokВ»edilir və həmin adam özünü yandırsa da, bir daha nazirin В«açıq qapısındanВ» içəri girə bilmir.
Son olaraq kənd təsərrüfatı naziri Heydər Əsədov yuxarıda da qeyd etdiyim rayon sakinləri üçün В«qapısını açıbВ». Və vətəndaşları qəbul edib, onların dərd-sərini dinləyən nazir üzünü millətə tutaraq qəribə bir sual səsləndirib. Bu sual sual olmaqdan daha çox kəndliyə tənə olub. Sual isə çox bəsit bir cümlə olub. Cəmi dörd kəlmə. Amma nə kəlmə?
Cənab nazir üzünü məhsulunu sata bilməyən şikayətçilərə tutub deyib ki, В«A kişilər, mən pomidor satanam?В». Doğurdan da maraqlı sualdır və mən ilk növbədə hörmətli nazirdən soruşmaq istəyirəm: Cənab nazir əgər siz pomidor satan deyilsizsə, o zaman vəzifənizin adı nədir? Bunu mənə anladın lütfən.
Siz pomidor, buğda, tərəvəz satmağı özünüzə ar etdiyinizə görə bu ölkənin kəndlisi dilənçi vəziyyətində yaşayır. Halbuki o kəndli Hollandiyanın, Litvanın, Gürcüstanın, İsrailin vəsaitili kəndlisindən daha varlı yaşamaq imkanına malikdir. Bunun üçün bu ölkədə bütün resurslar var. Amma sizin rəhbərlik etdiyiniz nazirlik bu ölkənin kəndlisini dilənçi vəziyyətə salıb. Çünki onun məhsulunu satmırsınız. Çünki məhsulun maya dəyərininin süni sürətdə artırılması üçün hər şeyi edirsiniz. Məhsulun kəndlinin əlində çürüməsi üçün də hər şeyi edirsiniz.
Hesab edirsiniz ki, kəndlinin pomidorunu satmaq sizin vəzifəniz deyil. Sizin vəzifəniz В«dövlət proqramlarını uğurlu bir şəkildə həyata keçirməkdirВ». Amma hardadır o uğur? Görünmür. Hətta uğur olsa belə, siz hesab edirsiniz ki, sizin vəzifəniz alverçilik deyil... Amma bütün məsələ orasındadır ki, sizin əsil vəzifəniz məhz kəndlinin pomidorunu satmaqdır. Bunu belə bilmirsiniz. Sizin vəzifəniz kəndli üçün davamlı bazar yaratmaq və bu bazarı həmişə əldə saxlamaqdır. Xüsusən də tez xarab olan kənd təsərrüfatı məhsulları üçün. Ki, o mallar kəndlinin əlində qalıb xarab olmasın.
Sizsə bunun əksini edirsiniz. Söhbət pomidordan getdiyinə görə elə onu soruşuram: Bu gün bu ölkəyə niyə xaricdən pomidlar gətirilir? Bu sualın cavabını verə bilərsiz? Və niyə pomidor bazarda bu qədər bahadır? Çünki sizin rəhbərlik etdiyiniz nazirlik yerli istehsalı məhv edib. Artıq kəndli həyətyanı sahəsində belə pomidor əkə bilmir. Çünki bütün yerli sortlar məhv edilib. Xaricdən gətirilən yeni sortlar isə yerli şəraitdə xüsusi qaydalarla yetişdirilməlidir. Bunu isə sizin В«Səlim Müslümovun idarəsinəВ» yolladığınız kasıb kəndli edə bilmir.
Biz nəinki xarici bazara çıxa bilmirik, hətta daxili bazarı qoruya bilmirik. Sizin vəzifəniz bu deyilmi? O zaman siz vəzifənizin öhdəsindən gələ bilirsiniz? Bir mənalı olaraq, yox. Sizin rəhbərlik etdiyiniz nazirliyin bu günə qədər gördüyü tək iş daxili bazarı məhv etmək və Azərbaycanın daxili bazarını xaricdən gətirilən mallardan 100 faiz asılı etmək olub. Bundan başqa digər işiniz büdcədən kənd təsərrüfatının inkişafına yönləndirilən neft pullarını В«buxarlandırmaqВ» olub. Ki, bu günə qədər dövlətin kənd təsərrüfatının inkişafına ayırdığı pulların hesabını aparsaq, adam dəhşətə gələr. (Biz dəhşətdən gözlərimizi bərəltməsək də, xaricilərin, lap elə gürcülərin, ermənilərin gözləri bərələ qalar. Çünki bizdə dəhşətə gəlməmək immuniteti yaranıb).
Sual olunur, cənab nazir, bu qədər vəsaiti, sərmayəni kənd təsürrüfatına yönləndiribsə, o zaman inkişaf hanı? Onu göstərə bilərsinizmi? Əgər sizin sənədlərinizdəki inkişaf varsa, o zaman niyə Azərbaycan bazarı tam olaraq xarici mallardan asılıdır? Və niyə bütün Azərbaycan xalqı mənşəyi bəlli olmayan məhsullarla qidalanır?
Ona görə ki, siz pomidor satmaq istəmirsiniz, cənab nazir. Sadəcə büdcədən ayrılan pullar sizin nazirliyin bütün əməkdaşlarının ehtiyaclarını görür və sizin doğrudan pomidor satmağa ehtiyacınız qalmır.
Azər QARAMANLI pia.az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33 |
|
|
|
| • Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30 |
|
|
|
| • Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20 |
|
|
|
| • Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17 |
|
|
|
| • Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12 |
|
|
|
| • Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08 |
|
|
|
| • Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07 |
|
|
|
| • İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08 |
|
|
|
| • CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05 |
|
|
|
| • Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03 |
|
|
|
| • Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01 |
|
|
|
| • “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59 |
|
|
|
| • Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55 |
|
|
|
| • Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51 |
|
|
|
| • Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18 |
|
|
|
| • Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14 |
|
|
|
| • Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13 |
|
|
|
| • Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11 |
|
|
|
| • Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09 |
|
|
|
| • Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09 |
|
|
|
| • "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03 |
|
|
|
| • Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01 |
|
|
|
| • Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28 |
|
|
|
| • Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18 |
|
|
|
| • İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11 |
|
|
|
| • "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03 |
|
|
|
| • "İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55 |
|
|
|
| • Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48 |
|
|
|
| • DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43 |
|
|
|
| • Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38 |
|
|
|
| • "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26 |
|
|
|
| • ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Dünən, 06:23 |
|
|
|
| • ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Dünən, 06:18 |
|
|
|
| • Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
23-05-2026, 15:42 |
|
|
|
| • Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
23-05-2026, 15:40 |
|
|
|
| • Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
23-05-2026, 13:47 |
|
|
|
| • Özgür Özel CHP Qrup sədri seçilib
23-05-2026, 13:43 |
|
|
|
| • Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
23-05-2026, 13:28 |
|
|
|
| • ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
23-05-2026, 13:19 |
|
|
|
| • Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
23-05-2026, 13:06 |
|
|
|
| • Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
23-05-2026, 12:59 |
|
|
|
| • İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
23-05-2026, 12:46 |
|
|
|
| • Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
23-05-2026, 12:45 |
|
|
|
| • AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
23-05-2026, 12:39 |
|
|
|
| • "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
23-05-2026, 12:27 |
|
|
|
| • "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
23-05-2026, 12:20 |
|
|
|
| • Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
23-05-2026, 12:18 |
|
|
|
| • Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
23-05-2026, 12:12 |
|
|
|
| • Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
23-05-2026, 12:05 |
|
|
|
| • Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
23-05-2026, 11:44 |
|
|
|
|