"Hafka" yenidən məhkəmə qarşısında
Tarix: 18-06-2015, 10:23 | Çap et
 “Oliqarxgeyt” işində tutularaq sonradan azad edilən sahibkarlar barədə yenidən həbs-qətimkan tədbiri seçiləcək.
diaaz.space xəbər verir ki, bu haqda “Yeni Müsavat” qəzetinin redaksiyasına daxil olan məlumatda deyilir ki, Avropa Oyunlarından sonra kreditləri qaytarmayacaqları təqdirdə onlar yenidən məsuliyyətə cəlb ediləcəklər. Xatırladaq ki, Beynəlxalq Bankdan yüz milyonlarla kredit alan və geri qaytarmayan onlarla sahibkar həbs olunub, onlardan 17 nəfəri krediti qaytardıqlarından sərbəst buraxılıblar. Ölkədən çıxan bəzi borclu sahibkarların geri qaytarılması üçün də hüquqi addımlar atılır, onlara məxsus olan və ölkə ərazisindəki əmlakları da müəyyən olunaraq siyahıya alınır. Məxfi şəkildə aparılan siyahıya alınma nəticəsində oliqarxların bir çox gizlinləri də ortaya çıxıb. Onların bəzilərinin katibələrinə, hətta xanımların qoca valideynlərinə də əmlak aldığı məlum olub...
“Reytinq” qəzetinin yaydığı məlumata görə, “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovun yeni problemi yaranıb. Hafiz Məmmədov indi də Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilə çəkişir. Məlumatda deyilir ki, illər əvvəl Hafiz Məmmədov fonddan böyük məbləğdə kredit alıb. Artıq müflisləşən iş adamı həmin krediti ödəyə bilmir. Buna görə də tərəflər arasında gərginlik yaranıb: “Vəziyyət o qədər kritik xarakter alıb ki, artıq SKMF Hafiz Məmmədovun oğlanlarının nəzarətində olan ”Bank of Azeribaijan" ASC-ni məhkəməyə vermək məcburiyyətində qalıb".
Məlumatda o da qeyd olunur ki, SKMF-nin “Bank of Azeribaijan”a qarşı iddiasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Lakin məhkəmənin qərarı mübahisəyə son qoya bilməyib. Qərardan apelyasiya şikayəti verilib: “Şikayət bir neçə gün əvvəl Bakı Apelyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə araşdırılıb. Hakim bankın hesablarına yönələn sanksiya və digər tələbləri rədd etsə də, borcun ödənilməsi barədə tələbləri qismən də olsa təmin edib. Bu qərarın tərəfləri nə dərəcədə qane etdiyi yaxın həftələrdə bilinəcək”.
Hafiz Məmmədov hazırda ölkədə deyil. Buna görə də “oliqarxgeyt” araşdırmalarından kənarda qala bilib. Onun barəsində həbs-qətimkan tədbiri seçilməsi barədə məlumatlar var. İş adamı Beynəlxalq Bankdan çox böyük məbləğdə, bəzi məlumatlara görə, 300 milyon manat kredit götürüb və qaytarmayıb. Beynəlxalq Bankın onu məhkəməyə verməsi də kreditin geri ödənməsinə gətirib çıxarmayıb. Devalvasiyadan sonra işə Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinin qarışması da nəticəni dəyişməyib. Hazırda Londonda yaşayan Hafiz Məmmədov ölkədən çıxdığını təsdiqləsə də, qaçmadığını iddia edir, geri qayıdacağını deyir.
Xatırladaq ki, Beynəlxalq Bankın vaxtı keçmiş kreditlərinə görə barəsində həbs-qətimkan tədbiri seçilmiş iş adamlarının əksəriyyəti qısa müddətdən sonra azadlığa buraxılıb. Bundan sonra müxtəlif dövlət qurumları, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bəzi sahibkarları məhkəmə verərək əmlaklarını tələb etməyə başlayıb.
ƏMDK-nın illər əvvəl tikilən torpağa görə indi məhkəməyə müraciət etməsi əlbəttə ki, təsadüfi deyil. Bu, bütövlükdə “oliqarxgeyt” işinə cəlb olunaraq saxlanılan və sərbəst buraxılan bütün sahibkarlara yönələn addımdır və səhmlərinin yarıdan çoxunun dövlətə məxsus olan Beynəlxalq Bankdan böyük məbləğlərdə kredit götürərək qaytarmayan sahibkarlara bütün əmlaklarının əllərindən çıxa biləcəyinə işarədir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33 |
|
|
|
| • Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30 |
|
|
|
| • Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20 |
|
|
|
| • Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17 |
|
|
|
| • Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12 |
|
|
|
| • Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08 |
|
|
|
| • Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07 |
|
|
|
| • İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08 |
|
|
|
| • CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05 |
|
|
|
| • Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03 |
|
|
|
| • Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01 |
|
|
|
| • “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59 |
|
|
|
| • Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55 |
|
|
|
| • Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51 |
|
|
|
| • Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18 |
|
|
|
| • Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14 |
|
|
|
| • Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13 |
|
|
|
| • Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11 |
|
|
|
| • Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09 |
|
|
|
| • Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09 |
|
|
|
| • "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03 |
|
|
|
| • Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01 |
|
|
|
| • Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28 |
|
|
|
| • Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18 |
|
|
|
| • İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11 |
|
|
|
| • "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03 |
|
|
|
| • "İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55 |
|
|
|
| • Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48 |
|
|
|
| • DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43 |
|
|
|
| • Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38 |
|
|
|
| • "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26 |
|
|
|
| • ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Dünən, 06:23 |
|
|
|
| • ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Dünən, 06:18 |
|
|
|
| • Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
23-05-2026, 15:42 |
|
|
|
| • Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
23-05-2026, 15:40 |
|
|
|
| • Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
23-05-2026, 13:47 |
|
|
|
| • Özgür Özel CHP Qrup sədri seçilib
23-05-2026, 13:43 |
|
|
|
| • Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
23-05-2026, 13:28 |
|
|
|
| • ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
23-05-2026, 13:19 |
|
|
|
| • Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
23-05-2026, 13:06 |
|
|
|
| • Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
23-05-2026, 12:59 |
|
|
|
| • İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
23-05-2026, 12:46 |
|
|
|
| • Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
23-05-2026, 12:45 |
|
|
|
| • AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
23-05-2026, 12:39 |
|
|
|
| • "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
23-05-2026, 12:27 |
|
|
|
| • "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
23-05-2026, 12:20 |
|
|
|
| • Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
23-05-2026, 12:18 |
|
|
|
| • Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
23-05-2026, 12:12 |
|
|
|
| • Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
23-05-2026, 12:05 |
|
|
|
| • Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
23-05-2026, 11:44 |
|
|
|
|