Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                 

Məktəblilərin “cəhənnəm” içkisi - ARAŞDIRMA
Tarix: 3-06-2015, 09:50 | Çap et
Məktəblilərin “cəhənnəm” içkisi
"Enerji içkilər"in istehlakının artımı dünya əhalisinin, xüsusilə gənclərin sağlamlığı üçün risk yaradır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional İdarəsinin mütəxəssisləri tərəfindən aparılan və son on ildə inkişaf etmiş ölkələri əhatə edən "enerji bumu"nun irimiqyaslı tədqiqatları belə bir nəticəyə gəlməyə əsas verib.

Tərkibində müxtəlif bioloji aktiv maddələr - kofein, guaran cövhəri, jenşen, amin turşusu taurin, teobromin və kakao teofillin alkaloidləri, eləcə də vitamin və karbohidratlar olan spirtsiz və ya zəif spirtli sərinləşdiricilər enerji içkilərdir. Energetik istehsalçılarının iddialarına görə, bu növ içkilərin fiziki və əqli iş qabiliyyəti, məhsuldarlığa stimullaşdırıcı təsiri var. İlk enerji içkisi 1960-cı ildə Yaponiyada buraxılıb. Avropa mağazalarında energetiklər ilk dəfə 1987-ci ildə peyda olub və çox tez populyarlaşıb. ABŞ-a bu cür içkilər yalnız 10 il sonra - 1997-ci ildə düşüb. Energetiklərin əsl qlobal bumu 2000-ci illərin ortalarından başlayıb. 2006-cı ildə dünyada belə içkilərin 500 yeni brendi vardı. ABŞ-da beş ildə energetiklərin satış həcmi 12,5 milyard dollar olmaqla 60 faiz təşkil edirdi. Aqressiv reklam sayəsində yeni içkilər xüsusilə gənclər arasında tezliklə dəb oldu və bu mühitdə, energetiklərə spirt qarışdırmaq qəbul edildi. Avropa Ərzaq Təhlükəsizliyi Agentliyinin (AƏTA) məlumatına görə Avropa Birliyinə daxil olan 16 ölkədə böyüklərin təxminən 30 faizi (18 yaşdan yuxarı), yeniyetmələrin 68 faizi (10-18 yaş arası) və 10 yaşınadək uşaqların 18 faizi müntəzəm enerji içkiləri istehlakçılarıdır. Energetiklərin ən çox gənc azarkeşləri Çex respublikasındadır - yeniyetmələrin 82, uşaqların 40 faizi.

Kofeinlə spirtin kombinasiyası risklidir

Gənc nəsil arasında yeni növ içkinin belə sürətlə yayılması dünya elmi ictimaiyyətində onların təhlükəsi barədə qorxuları artırıb. Zaman-zaman mətbuatda yeniyetmələrin ölümünün yüksək kofein konsentrasiyalı energetiklərin qəbulundan, həmçinin onların spirtli içki ilə qarışdırılmasından sonra baş verdiyi iddialarının yer alması bu qorxunu daha da möhkəmləndirdi. Bunun üçün təşkil olunmuş tədqiqat qrupunun əldə etdiyi nəticələr göstərdi ki, narahatçılıq əsassız deyil. Tədqiqatçılar enerji içkilərinin orqanizmə təsirinin öyrənilməsi ilə bağlı dünyanın bütün nəşrlərində dərc olunan məlumatları təhlil edib. Və alınan nəticələr energetiklərlə bağlı iki əsas riskin kofein və spirt olduğunu təsdiqləyib. Baxmayaraq ki, kofein konsentrasiyasının səviyyəsi bankadakı energetikə nisbətən bəzi qəhvə markalarında yüksəkdir, içkidən fərqli adətən qəhvəni yavaş-yavaş və qaynar içirlər, bu da ekspertlərə görə kofein intoksikasiyası (zəhərlənmə) riskini azaldır. Bundan əlavə, bazara nəzarət etmək istəyən istehsalçılar daha yüksək kofein tərkibli energetiklər buraxırlar. AƏTA-nın rəqəmlərinə görə energetiklərə qatılan kofeinin ümumi miqdarı onu istifadə edən uşaqlarda 43 faiz, yeniyetmələrdə 13 faiz, böyüklərdə 8 faizə çatır. Kafein intoksikasiyası ürək döyüntüsü, qan təzyiqinin artması, ürək bulanması, qusma, konvulsiya (qıcolma), psixoz və hətta ölümə də gətirib çıxarır. Tədqiqat müəllifləri ABŞ, İsveç və Avstraliyada bir neçə banka energetikdən sonra ürək çatışmazlığı və spazmı ilə xəstəxanaya gətirilənlərin ölümü ilə bağlı hadisələr haqqında məqalələrə rast gəliblər. Xüsusilə uşaq və yeniyetmələr üçün kofeinin yüksək dozada müntəzəm istifadəsi təhlükəlidir. Bu nevroloji və ürək-damar xəstəlikləri, depressiya, həmçinin narkomaniya və alkoqolizmə aparan asılılıq riski yaradır. Enerji içkisi ilə bağlı risk qrupları uşaq və yeniyetmələr, tələbələr, ofis işçiləri, sürücülər, gecə klublarının daimi müştəriləri və bəzi idmançılardır. Qazlı su bankalarından heç nə ilə fərqlənməyən parlaq, gözəl bankalar uşaq və gənclərin diqqətini cəlb edir. Bu içkiləri mütəmadi qəbul edənlər başqalarına nisbətən aqressiv olurlar. Söhbət etdiyim gənclərin əksəriyyəti daim energetik içkiləri içmək ehtiyacı duyduqlarını söyləyirlər.

AƏTA-ya görə, 18-29 yaş arası gənclərin 70 faizi energetiklərin spirtlə qarışığını içirlər. Çoxsaylı tədqiqatların nəticələri göstərib ki, bu cür kombinasiyanın aqibəti spirtli içkinin özündən daha pisdir. Bu, kokteylin tərkibinin fərqli təsiri ilə bağlıdır: energetiklər sinir sisteminə stimullaşdırıcı təsir göstərir, spirt sıxıntı verir. Bu isə ona gətirib çıxarır ki, insanlar qəbul etdikləri içkinin həcminə nəzarəti itirirlər. Belə ki, kofein müəyyən müddət sərxoşluğun dərəcəsini maskalayır və adamlar bunu hiss etmədiklərindən həmişəkindən çox içirlər. ABŞ-da 1 ildə energetiklərin spirtlə qəbul edilməsindən tələbələr arasında 5 minə yaxın zəhərlənmə hadisəsi qeydə alınıb. Bundan başqa, belə kokteyllərin qəbulu ilə bir çox ağır cinayətlərə - cinsi zorakılıq, müxtəlif xəsarət və qəza, dava-dalaş, narkotik istifadəsi, intihar halları və s.-nin kəskin artması arasında şübhəsiz əlaqə ortaya çıxıb.

Ölkələrin "enerji siyasəti"

Hazırda Fransa, Danimarka, Norveç, Türkiyə, Uruqvay, İslandiya, həmçinin ABŞ-ın Vaşinqton, Yuta, Oklahoma və Miçiqan kimi bəzi ştatlarında energetiklər istehsalı və satışı qadağan edilib. Avropa qaydaları 2014-cü ildən tərkibində yüksək kofein (1 litrə 150 milliqramdan çox) olan bütün energetik içkilərin uşaqlar, hamilə və ya körpəsinə süd verən qadınların istifadəsinin arzuolunmazlığı barədə xəbərdarlıqla markalanmasını tələb edir. Energetik içkilər hələlik qadağan olunmayan Avropa Birliyinə daxil ölkələrin çoxunda qanunvericilər onların satışına məhdudiyyətlər qoyulmasının qayğısına qalıblar, xüsusilə də yetkinlik yaşına çatmayanlara. Məsələn, İsveçdə 15 yaşdan aşağı uşaqlara belə içkilərin satışına icazə verilmir, onların bəzi növlərini isə yalnız dərman preparatı kimi apteklərdən əldə etmək olar. Kanadada energetik müştərilərini içkinin gündəlik maksimum qəbul etmə həcmi barədə xüsusi etiketlə məlumatlandırır və spirtlə qarışdırılmasının yolverilməz olduğu haqda xəbərdar edir. Avstraliya və Yeni Zelandiyada energetik istehsalçıları, kofein tərkibinə məhdudiyyətlərdən qaçmaq üçün öz məhsullarını xüsusi qeydiyyatdan keçirməlidirlər. Macarıstanda energetiklər potensial zərərli məhsullar siyahısına daxil edilib, onun satışı üçün "əhalinin sağlamlığına görə vergi" adı altında dövlətə ödəniş edilir.

Rusiya Səhiyyə Nazirliyi hələ 2010-cu ildən energetik içkilərin reklamını məhdudlaşdırmağı təklif edirdi, çünki bunu uşaq və yeniyetmələrin sağlamlığı üçün təhlükəsiz saymırdı. Lakin bu təşəbbüsün nəticəsi olmadı. 1 il sonra həddi buluğa çatmayanlara alkoqolsuz enerji içkilərinin satışını qadağan edən qanun layihəsi Dövlət Dumasına təqdim olunub. Parlamentarilər tərəfindən dəstəklənmədiyindən 2 il sonra təkrar müzakirəyə çıxarılıb. Bu dəfə də deputatlar layihəni geri çevirdilər, Rusiya hökuməti qadağa üçün yetərli tibbi səbəb görmürdü. Bununla belə parlamentarilər təslim olmadılar, keçən il alkoqollu energetiklərin pərakəndə satışının Rusiyada ləğvini tələb etdilər. Qanun layihəsini Dövlət Dumasında müxtəlif fraksiyalardan olan 40 deputat imzaladı. Lakin energetik içkilərin satışının məhdudlaşdırılması cəhdi yalnız dövlət başçısı Vladimir Putin deputatlarla görüşündə öz mövqeyini ortaya qoyduqdan sonra baş tutdu. Energetik içkilərə qadağaya münasibətini o, belə ifadə etmişdi: "Mən bu sahədə indi daha qətiyyətlə hərəkət edərdim".

"Energy drink" aludəçiləri məktəblilərdir

Azərbaycanda bu içkilərin pərakəndə satışı mövcuddur. Bir neçə marketə baş çəkdim və 10-dan artıq növdə belə içkinin satıldığının şahidi oldum. Baxmayaraq ki, üzərində 18 yaşa qədər uşaqların içməsi tövsiyə olunmur, bizdə qanunvericilikdə belə bir məhdudiyyət yoxdur. Odur ki, dükan sahibləri də öz biznes maraqlarını üstün tuturlar. Supermarketdə menecer xanımın sözlərinə görə, belə içkilərin azarkeşləri əsasən yeniyetmə və gənclərdir. Deyir, ən acınacaqlısı da odur ki, bəzən uşaqlara valideynləri də enerji içkilərini özləri alırlar, o, tövsiyə etməyəndə, "neyniyim, istəyir", cavabını eşidir. Bir neçə gün əvvəl 245 saylı məktəbin yanından keçərkən dəmir hasarla bağlanmış məktəb həyətində təkcə bir yerdə "Hell" enerji içkisinin 4 ədəd boş qutusunu gördüm, məktəblilər içib bankaları elə məktəbin həyətinə atmışdılar. Onlar arasında ən populyar olan da bu içkidir. Çox maraqlıdır ki, istehsalçılar özləri bu növ içkiləri qorxunc adlar altında markalayırlar və adını oxuduqdan sonra onu seçmək ən azı ağılsızlıqdır. Məsələn "Hell"in ingiliscədən tərcüməsi cəhənnəm deməkdir, adından başqa bankada qırmızı şeytan rəsmi ilə içki özü barədə məlumatı "verir". Ya da "Burn", ingiliscədən yanmaq, yandırmaq deməkdir. "Tranquini" üzərində alkoqolsuz sakitləşdirici içki yazılır. Tranquil sözü ingiliscədə sakit, dinc deməkdir. Bu söz eyni zamanda trankvilizator (latıncadan tranquillo - sakitləşdirici) psixotrop dərman vasitəsini xatırladır. "Hell", "Burn", "Boss", "Jaguar", "Rox", "Red Bull", "Pitbull", "Revo", "Trojka", kimi markalar bizim marketlərdə boldur və adlarından da nə olduqları bəllidir. Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı "Anspress"ə bildirib ki, cəmi 3 energetik içki Dövlət Komitəsinin laboratoriyasında yoxlanılan zaman o içkilərin tərkibindəki maddələr normal həddə çıxdığından idxalı və satışına icazə verilib. Amma komitə rəsmisi içkilərin adını deməyib. Təkcə 4-5 marketdə mən 10-dan artıq eneji içkisi gördüm, belə çıxır ki, onların ən az 7-si qanunsuz gətirilir. Hər 200-250 mq-lıq bankalarda kafeinin miqdarı 30-32 mq arasında dəyişir. Tərkibini laboratoriyalar yoxlamadığından məhsulun üzərindəki informasiyanın nə qədər həqiqətə uyğun olduğunu söyləmək də çətindir. Sadalanan komponentlər göstəriləndən artıq da ola bilər. Daha çox yarım litrlik bankalarda olanların tərkibində spirt var. Yeniyetmələr əsasən onlar üçün əlçatan olanı alırlar, cib xərcliyi qiyməti 1 manat civarında olanlara yetir. Bəzilərində yetkinlik yaşına çatmayanlar xəbərdar olunmur. Olunanı da eyninə alan kimdir ki, qadağan olunmuş meyvə həmişə şirindir.
Başqa bir market meneceri dedi ki, enerji içkilər uşaqlara da böyüklərə də verilir, çünki onun tərkibində alkoqol yoxdur. Tərkibində alkoqol olanlar yetkinlik yaşına çatmayanlara satılmır. Halbuki, enerji içkiləri də həddi-buluğa çatmayanlara tövsiyyə olunmur. Əslində bu, markalaşdırılıbsa, aidiyyatı qurumlar onların uşaqlara satılmamasına da nəzarət etməlidirlər.
Mənbə : Bizim Yol










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Bu gün, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Bu gün, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Bu gün, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Bu gün, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Bu gün, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Bu gün, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Bu gün, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Bu gün, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Bu gün, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Bu gün, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Bu gün, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru