Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                 

Bələdiyyələrin bəlası nədir? - TƏHLİL
Tarix: 29-05-2015, 10:59 | Çap et
Bələdiyyələrin bəlası nədir?
Prezident İlham Əliyevin Binəqədi rayonunda çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında bələdiyyələrin ünvanına söylədiyi fikirlər ölkənin neft gəlirlərinin azalması fonunda büdcə xərclərinin səmərəliliyini artırmaq baxımından olduqca əhəmiyyətli sayıldı. “Bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə işlər dövlət büdcəsi hesabına görülür. Bələdiyyə bir kənd yolunu tikibmi? Halbuki bu, bilavasitə onun işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin ehtiyat fondunun hesabına biz tikirik”,– deyə, dövlət başçısı bildirmişdi.

Hər il dövlət büdcəsindən dotasiya ayrılmasına, torpaq, əmlak vergisindən, habelə qanunla nəzərdə tutulmuş digər ödənişlərdən daxilolmalara baxmayaraq, ölkədə fəaliyyət göstərən demək olar heç bir bələdiyyə orqanı bilavasitə öz vəsaiti hesabına bir iş görməyib. Halbuki, Azərbaycanda artıq 16 ildir belə bir institut var və bu gün sayca 1607 bələdiyyə qurumu fəaliyyət göstərir.

Bəs, buna səbəb nədir? Bələdiyyələr nəyə görə vəsaitləri hesabına iş görmürlər?

Ölkədə bələdiyyələrin fəaliyyəti ilə yaxından tanış olan və bu sahədə ilk gündən ardıcıl təhlil və müşahidələr aparan bir sıra mütəxəssislər hər il dövlət büdcəsindən dotasiya ayrılmasına, torpaq, əmlak vergisindən və qanunla nəzərdə tutulmuş digər ödənişlərdən daxilolmalara baxmayaraq, onların büdcələrinin az olduğunu bildirirlər.

2014-cü ildə ölkədə mövcud olan 1607 bələdiyyənin büdcəsi ümumən 49 milyon manat təşkil edib. Sözsüz ki, bu, kiçik rəqəmdir. Əvvəl bələdiyyələrin sayı bundan da çox idi. 2009-cu ilin dekabrın 23-də 1718 bələdiyyəyə seçkilər keçirilmişdi. Ötən dövr ərzində isə qeyd olunan rəqəm 1607-ə endi.

2014-cü il dövlət büdcəsində mərkəzləşdirilmiş xərclərdən bələdiyyə büdcələrinə 5,2 milyon manat dotasiya ayrılıb. Ümumiyyətlə, son üç ildir dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsait eyni həcmdə - məhz 5,2 milyon manat təşkil edir. Odur ki, keçən ilin payızında cari ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri Milli Məclisin ayrı-ayrı komitələrinin birgə iclasında müzakirə edilən zaman Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, bu məbləğ iki dəfə artırılsa da bələdiyyələrin fəaliyyətini yaxşılaşdırmaq üçün kifayət deyil.

Bu fikirlə razılaşmaq mümkündür. Lakin nəzərə alaq ki, bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Və onların öz mülkiyyəti, yerli büdcəsi və seçki orqanları vardır. Konstitusiyaya uyğun olaraq da yerli əhəmiyyətli məsələləri müstəqil həll edirlər.

Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.

Yerli vergilərə fiziki şəxslərin əmlak, torpaq, bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət, yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı) üzrə mədən vergisi aiddir.

O cümlədən, yerli (bələdiyyə) vergilər və ödənişlər haqda qanuna əsasən bələdiyyə büdcələrinə, yerli vergilərlə yanaşı yerli ödənişlər də müəyyən olunub. Həmin ödənişlərə isə aiddir: bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş, qanunvericiliyə əsasən bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, habelə icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş, bələdiyyə ərazilsində hüquqi və fiziki şəxslərə məxsus ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş.

Bundan əlavə, qanunla bələdiyyələr yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər də tətbiq edə bilərlər.

Odur ki, sual yaranır: əgər, bütün bunların müqabilində sözügedən qurumlar maliyyə qıtlığı çəkirlərsə, problem onların özlərində deyilmi?

Bu gün Qərb ölkələrində bələdiyyələr maliyyə ehtiyaclarını qarşılamaq üçün qiymətli kağızlardan da istifadə edirlər. Yəni, onlar qiymətli kağızlar buraxır və fond birjalarında yerləşdirirlər. Və nəticədə maliyyə ehtiyaclarının qarşılanmasında daha bir mənbə qazanmış olurlar.

Azərbaycan bələdiyyələri isə bundan da yararlanmırlar. Çünki, bizdə bələdiyyə institutu bunun üçün hazır deyil. Təkrar edirik: torpaq vergisi bələdiyyələrə çatır. Üstəlik, dövlət büdcəsindən subsidiyalaşdırma var. Ancaq bütün bunlara rəğmən, bələdiyyələr maliyyə çatışmazlığından şikayət edirlər.

Ona görə ki, bu qurumlar işlərini zəif qurublar. Qiymətli kağızlar məsələsi indiki halda ümumiyyətlə, real deyil. Bunun üçün ilk növbədə sözügedən qurumların stabil və dayanıqlı iqtisadi gəlir mənbələri yaranmalı, müvafiq maliyyə dayaqları formalaşmalıdır.

Ölkədə bələdiyyələrə dair tələb olunan hər cür hüquqi-normativ baza var. Bununla belə, bələdiyyələr istənilən səviyyədə fəaliyyət göstərmir və işlərini qura bilmirlər. Əvvəla, dəqiqləşdirmək lazımdır ki, adi torpaq vergisindən toplanılan vəsait hara gedir və necə xərclənir. İkincisi, bələdiyyələrin özlərinin saxlanması və digər xərclər müəyyənləşdirilməlidir. Və ən nəhayət üçüncüsü isə, bələdiyyələrin fəaliyyəti lazımi səviyyədə deyilsə, hər cür maliyyə rıçaqlarından istifadə yalnız və yalnız "baş ağrısına" çevrilə bilər.

Bəli, dövlət büdcəsindən ayrılan vəsait artırılmalıdır. Bunu sözügedən qurumların büdcələrinin 50%-nə qədər də çatdırmaq mümkündür. Lakin Prezident qeyd etdiyi kimi bələdiyyələr indiki halda əgər sadəcə olaraq, bir möhür idarəsi kimi fəailiyyət göstərirlərsə, həmin vəsait də səmərəsiz xərclənəcək.

Belədə dövlət büdcəsindən xərclərin səmərəliliyi artırmaq barədə danışmaq ümumiyyəylə, gülünc görünür. Ancaq son vaxtlar qəbul edilmiş bir sıra qanunlar bələdiyyələrə maliyyə vəziyyətlərini yaxşılaşdırmaq üçün əlavə imkanlar yaradır. Onların birləşməsi ərazilərini və maliyyə əldə etmək imkanlarını genişləndirib. Qalır, işi düzgün təşkil etmək, tam özünüidarətmə əsasında fəaliyyət göstərmək.
AzVision.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Bu gün, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Bu gün, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Bu gün, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Bu gün, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Bu gün, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Bu gün, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Bu gün, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Bu gün, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Bu gün, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru