Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                 

Öldürülən əsgərlə bağlı şok detallar - FHN olayın qətl olduğunu təsdiqləyib
Tarix: 27-05-2015, 11:44 | Çap et
Öldürülən əsgərlə bağlı şok detallar
Mayın 22-də Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində 23 yaşlı Babaşov Tapdıq Əlizaman oğlunun müəmmalı şəkildə ölməsi haqda xəbər vermişdik. BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirən mərhumun mayın 25-də Şamaxıdakı ata yurdunda üç mərasimi keçirildi. Ailənin yeganə oğlu olan T.Babaşovun yas mərasimində iştirak etmək üçün Şamaxıya yollandıq.

Rastlaşdığımız mənzərə ağır idi. Hər kəs mərhumun vətənpərvərliyindən danışır, qatillərinin cəzalandırılmasını tələb edirdi. Artıq hadisənin qətl olmasına şübhə yox idi. Çünki FHN-də faktı təsdiqləyib, istintaq aparıldığını və bugünlərdə günahkarların cəzalandırılacağına söz veriblər. Ekspertiza da mərhumun döyülərək öldürüldüyü rəyini verib.

Tapdığın yaxınları onun idmançı olduğunu nəzərə alaraq, bu qətldə bir yox, bir neçə şəxsin iştirakını iddia edirlər. Bizimlə danışıqlarında yarım ay öncə mərhumun andiçməsində iştirak edən yaxın qohumları onun heç nədən şikayətinin olmadığını bildirdilər. Hətta öldüyü gündən bir gün öncə Tapdıq ailəsi ilə son dəfə danışıb. Hər şeyin yaxşı olduğunu, sentyabrda məzuniyyətə buraxılacağını söyləyib. İki saatdan sonra isə ailəsinə onun 4-cü mərtəbədən yıxıldığı xəbəri verilib.

Xəstəxanada həkimlər Babaşovun iki ayağının qırıldığını və tezliklə sağalacağını bildiriblər. Lakin sonradan ümid dolu sözlər faciəvi xəbərlə bitib. Baxışovlar ailəsinin əsas iddialarından biri də mərhumun hərbi hissədə öldürülərək, 4-cü mərtəbədən atılması ilə bağlıdır...

Mərhumun anası ilə söhbət etməyə cəhd etsək də, alınmadı. Yeganə oğlunu itirən ana şokdan ayıla bilmir. Tapdıq Babaşovun dayısı İsaq Süleymanov bacısı oğlunun vətənə bağlı bir insan olduğunu bildirdi: “Hədsiz dərəcədə vətənini sevirdi. Əsgərliyə getmək üçün nələr etdiyini onu tanıyanlar yaxşı bilir. Onun ödündə daş var idi. Komissiyadan keçəndə dedilər ki, sənə əsgərliyə getmək olmaz. Onu Çinə göndərdik. 15 gün müalicədən sonra qayıtdı. Təzədən komissiyadan keçdi. Hər şey normal idi. Əsgərliyə getdi. Xəbəri qəflətən eşitdik. Heç kəslə problemi olacaq insan deyildi. Andiçməsində yanına getdik. Xidmətinə görə elə sevinirdi ki. Hər şeydən razı idi. Sonuncu dəfə ölümü günü zəng edib. Deyib ki, narahat olmayın, Allah qoysa, sentyabrda məzuniyyətə gələcəm. Vətənə qulluq etməkdən hər danışığında qürur hissi keçirdiyini deyirdi”.

Mərhumun nəşini görən dayısı şok faktlar açıqladı: “Qollarında qaraltı var idi. Bədənində salamat yeri yox idi. Üzü tamamilə yox dərəcəsində idi. Başı iki yerə bölünmüş, tikiş qoymuşdular. Ayaq dabanlarının hər ikisi tikişdə idi. Bir onu bilirəm ki, son zamanlar hərbidə tez-tez belə şeylər olur. Kaş bacım oğlu şəhid olardı. Buna çox sevinərdim. Bilərdim ki, Tapdıq vətən uğrunda şəhid olub. Amma heyf ki, özümüzünkülər öldürür. Yaxın günlərdə hər şey üzə çıxacaq. İstintaq başlayıb. Tutulan var.

Amma kimliyi açıqlanmır. Tezliklə bütün Azərbaycan qatilin kimliyini biləcək. Tapdıq hamıya ”qadan alım" deyirdi. Savadlı insan idi. BDU-nun tarix fakültəsini bitirmişdi. Öz hesabına qəbul olmuşdu. Axırı da bu oldu. Özünün bir problemi ola bilməzdi. Görünür, onu insana yaraşmayan hərəkətlərə məcbur etmək istəyiblər. O hərbi hissədə qalmayacaqdı. Orada iki-üç ay qalandan sonra döyüş bölgələrinə göndərilir. Özü deyirdi ki, bir aydan sonra bizi böləcəklər. Ola bilsin ki, kiminsə bununla problemi olsun, getmə vaxtı çatdığına görə öldürsünlər. Amma dəqiq fakt iki günə ortaya çıxacaq".

İ.Süleymanov Tapdığın atasını iki il öncə itirdiyini söylədi: “Ailədə üç övlad idi. Tapdıq atasını iki il öncə itirdi. Atası rəhmətə gedəndən sonra çətin günlər gördü. Çalışdıq ki, bu çətinliyi unutduraq. Özü deyirdi ki, dayı, narahat olma, atamın buraxdığı yarımçıq işləri tamamlayacam. Heyf ki, tamamlaya bilmədi. Anasının, bacılarının xoşbəxtliyi üçün çalışırdı. Ehtiyaclarının olmasına imkan vermirdi. Daim bacılarının yanında olurdu. İndi eşidirəm ki, istədiyi qız var imiş. Qarşılıqlı sevgiləri olub. Gələndən sonra toyları olmalı imiş. Kimliyini bilmirəm. Ancaq tariximiz haqqında maraqlanırdı. 3 dil bilirdi - alman, ingilis, rus. Heç yerə işə götürmürdülər. Çünki əsgərliyə getməmişdi. Onun tələbə yoldaşlarının hamısı əsgərliyə getmişdi. Bu da istədi. Vətənini və tarixi çox sevirdi”.

Mərhumun dayısı FHN-də olan görüşlərindən də danışdı: “Hər şeyin qısa müddətdə açıqlanacağını bildirdilər. Qətllə bağlı saxlanılan şəxslərin olduğunu söylədilər. İstintaq sirr olduğuna görə yaxın iki-üç gündə açıqlayacaqlar. Nazir müavini bacımı qəbul edib. Bugünlərdə nazir özü də qəbul edəcək. Xəbəri eşitmək hədsiz dərəcədə ağır oldu. Hələ də şokdayıq. Elə bilirik ki, bu dəqiqə gələcək. Anası iynə ilə ayılır, yatır. İnanmıram ki, bu ayrılığa o dözəcək. Bizə ilk dəfə yıxıldığını dedilər. Səhər tezdən xəstəxanaya getdik. Ora çatanda artıq rəhmətə getdi xəbərini eşitdim. Guya xəstəxanada komada olub. Sonradan gördüm ki, bizi aldadırlar. Çünki onun meyitini şəxsən özüm gördüm. Üzünü açıb baxdım. Tapdığı öldürüb, yuxarıdan yerə atıblar.

Onun üzü, bədənində gördüklərim çox şeyi sübut etdi. İnsanlığa sığışmayan hərəkət idi. Bunu yalnız şərəfsizlər edə bilər. Bəlkə də erməni bunu eləməzdi. Amma bizim millətin şərəfsizləri edə bilər. Görüblər ki, ölüb, 4-cü mərtəbədən tullayıblar. İzi itirmək üçün. Əsgər heç vaxt belə hərəkət etməz. Çünki hamı evindən iki aydır çıxıb. Bunu edən zabitlərdir. Əsgərliyi qurtarıb, pula görə işləyən zabitlər. Heç bir savadı olmayan, çoban şərəfsizlər. Maaşa görə qalırlar. Əsgər yoldaşlarından heç kəsi tanımırıq. 30 günün əsgəri idi Tapdıq. Xəstəxanada ayağının qırılması, yıxılması sözləri bizdə şübhə yaradır. Onu xəstəxanaya ölü gətiriblər. Bədəninin hər yerində tikiş var idi. Ekspertizanın tikişini bilirik. Ekspertin başında, ayaqlarında nə işi var? Ekspert təsdiq etdi ki, öldürülüb”.

Tapdığın dayısı göstərilən diqqət və dəstəkdən razıdır: “Rayon rəhbərliyi dəfn və üç mərasimində iştirak etdi. Hüquq mühafizə orqanları burada idi. Dəfndə iştirak edən nazir müavini dedi ki, qətl açılmasa, günahkar bizik. Bu sözün arxasında başqa şey durur. Hətta tutulan şəxs olduğunu da dedi. Yardım etmək istədilər. Amma bizə lazım deyil. Bir oğlumuz var idi, o da getdi. İndi bizə lazım olan, qətlin iştirakçılarının həbsidir. Onlar cavab verməlidir. Bu, bir şəxsin törədəcəyi iş deyil. Son olaraq, öyrənmişəm ki, o hərbi hissədə qulluq edənlərin 90%-i harınlamış şəxslərdir. Başqa şəxslərin bu hadisəni görməməsi mümkün deyil. Çünki bir dəqiqəlik qətl ola bilməz. Kasıb bir insanın övladı belə hadisə törətməz. Azərbaycanda günü-gündən harınlamış insanlar artır. Deyirlər ki, nazir balası harınlayır. Onlar heç əsgərliyə getmirlər. Demək, başqa səbəblər var. O, bir nəslin yeganə ümidi idi. Hamımız ona atası kimi baxırdıq. Bütün rayon bu dərdə şərik oldu. Çünki hamı onu sevirdi...”

Tapdığın xalası Səmər Süleymanova onun vətənpərvərliyinin qurbanı olduğunu söylədi: “Ondan elə xəbər eşitməyi ağlımıza gətirə bilməzdik. Çox savadlı, vətənpərvər insan idi. Bayrağımız daim olduğu otaqdan asılı olurdu. Bu cür zorakılığa heç nə səbəb ola bilməzdi. O, nəyinsə qurbanı oldu. Çünki çox alicənab idi. Orada nəyisə müdafiə edib. Haqsızlığa qarşı susan deyildi. İnanırıq ki, bu səbəb oldu. Meyitini biz görmədik. Anası çox yalvardı ki, nə olar, buraxın, qulağına səslənim, bəlkə oyandı. Deyilənə görə, beyni işləmirdi. Ölümünü iki gün bizə gec dedilər. Belə vicdansızlıq olmaz. Tapdıq idmançı idi. Üç adamın işi olmaz. Qrup şəklində öldürüblər. Ölü bilib binadan atıblar. İstintaq gedir, nəticəni gözləyirik. Bu cinayətin üstü açılacaq. İndiyə qədər əsgər cinayətlərindən heç birinin üstü açılmayıb. Yəqin ki, Kəmaləddin Heydərov bunun üstünü açacaq. İnanırıq. Bizə nazirlikdən dedilər ki, cinayətin üstünü açmasaq, cinayətkar özümüzük.

Heç cürə təsəlli tapa bilmirik. Nə etsək də, Tapdıq qayıtmayacaq. Ailəsinə çox bağlı idi. Deyirdi ki, bir il gözləyin gələcəyəm. Anası onu 23 il böyüdüb vətənə əmanət etdi. 1 ay belə qorumadılar. Tapdıq bizə heç bir şey demədi. Andiçməsinə getməyimizə razı olmadı ki, bura qadın yeri deyil. Kaş gedərdik. Son dəfə görərdik. Bir ayın qurbanı oldu. Belə vətən olar? 23 il zülmlə oğul böyüt, bu da sonluğu. Yalnız anası ilə telefonla danışırdı. Çox utancaq, abırlı, heç kimə əziyyət verməyən idi. Taksi sürürdü. Nə qazandığını soruşanda deyirdi ki, gah xəstə, gah da imkansız olduğundan pul almadım, əvəzini Allah verər. Həmişə deyirdi ki, vətənin ”vətən daşı" olmaq istəyirəm. Onu gözləri götürmədi. Nazir müavini bizə dedi ki, sizin övladı bu 4 gündə sizdən daha yaxşı tanıdıq. Bütün hərbi hissənin Tapdıqdan razı olduğunu söylədilər. Bəs buna nə oldu? Ana bu dərdə necə dözsün? Təzəcə diplomunu almışdı. Vinetkasını belə hərbi geyimlə çəkdirmişdi".

Xalası göz yaşları ilə Tapdığın faciəli sonluqla bitən şəxsi həyatından bizə danışdı: “Bir qız sevirmiş. Bizə deməyib. Həmişə deyirdi ki, sevdiyim qız haqqında danışmaram, başıma bir iş gələr, onun adına söz çıxar. Qıza çoxlu hədiyyələr verib. İndi üzə çıxır. Qayıdanda toyunu edəcəyini deyibmiş. Bu da belə oldu. Atasının dostlarından birinin qızı imiş. Ailəvi yaxın imişlər. Nazir müavininə dedik ki, birdən kasıb birinin uşağını bədbəxt edərsiz. Başqasının yalandan boynuna atılar. Kim edibsə, onu istəyirik. Tapdıq cəbhə bölgəsinə getmək istəyirdi. Çox narahatıq. Nazir müavini Tapdığın bacısına dedi ki, sənin ağlamağın ürəyimizi deşdi. Öz övladının da öldüyünü, ata olduğunu söylədi. Qatili tezliklə tapacağına söz verdi. Hətta dedi ki, tapmışıq, amma açıqlaya bilmərik. Bizi arxayın ediblər. Necə ola bilər ki, günün günorta çağı qətl olsun, heç kəsin xəbəri olmasın? İşdən gələndə mənə xəbər etdilər ki, Tapdıq yıxılıb. Sən demə, həmin an həyatda yox imiş. Xəstəxanada iki gün vaxtımızı aldılar. Bizə heç nə lazım deyil. Nə yardım, nə də maliyyə. Bizə o lazımdır ki, cinayətkar cəzalandırılsın. Gözümüzün qabağında qatili görmək istəyirik. Görək o, necə insandır, hansı tərbiyənin yiyəsidir. İnsan-insana belə qəsd edər?..”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Bu gün, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Bu gün, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Bu gün, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Bu gün, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Bu gün, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Bu gün, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Bu gün, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Bu gün, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Bu gün, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru