Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                 

Üzlənməyə çəkilən xərclərlə bağlı SENSASİYALI FAKTLAR - Satınalmalar Üzrə Dövlət Agentliyinin web-saytında nəhəng korrupsiyanın izləri aşkarlandı
Tarix: 27-05-2015, 10:58 | Çap et
Üzlənməyə çəkilən xərclərlə bağlı SENSASİYALI FAKTLAR
"Bizim Yol" qəzetinin əməkdaşı Satınalmalar Üzrə Dövlət Agentliyinin web-saytında 2010-2015-ci illər üzrə keçirilən müsabiqələrin reyestr məlumatlarını araşdırıb.

Yanğına görə hazırda bəzi rəhbər şəxsləri həbsdə olan "Global Construction" MMC-nin fasadların üzlənməsi ilə bağlı 5 il ərzində yalnız iki tenderdə iştirakını təsdiqləyən məlumat var. 2013-cü ildə Mingəçevir İcra Hakimiyyətinin sifarişi ilə adıçəkilən şirkət "şəhərdə yüksək mərtəbəli yaşayış binalarının fasad hissələrinin təmir və üzlənmə işinin satın alınmasına görə" 3999864,54 manat pul alıb. "9" rəqəmi adətən korrupsiya ilə assosiasiya olunur, burada isə ondan bir yox, düz üç dənə var. 2014-cü ildə yenə Mingəçevir şəhər İcra Hakimiyyətinin sifarişi ilə şirkət eyni məqsədlə 9999254,51 manatlıq sifariş götürüb. Təkrar işin içində "9"lar var. Maraqlıdır, niyə bu 7777 olmur da, 9999 olur? Şirkətin hazırda qapalı olan saytında bir ay əvvəl göstərilirdi ki, Mingəçevirdə iki 3, iki 5, iki 9, iki 12 mərtəbəli yaşayış, orta məktəb binası, uşaq bağçasının fasadını dəyişdirib. Bu məlumatlardan çıxış etsək, ümumilikdə 10 binaya dövlət büdcəsindən 14 milyon manat verilib, hər binaya 1,4 milyon manat düşür. Təkcə üzlük və dam örtüklərinin dəyişdirilməsinə bu qədər vəsaitin ayrılması irimiqyaslı korrupsiyadan xəbər verir. Amma yenə də Mingəçevir İH vəsaitləri tendersiz verməyib, formal da olsa Agentliyin saytında müsabiqənin keçirildiyi barədə rəsmi məlumat var. O tender həqiqətən olubmu, nə qədər şirkət orada iştirak edib və niyə məhz "Global Construction" onu "qazanıb", bunu araşdırmaq istintaqın işidir. Əllərində materiallar məndəkindən çoxdur.

Şirkətin web-saytında Gəncədə Heydər Əliyev Park-Kompleksi, Ziya Bünyadov prospektində üç ədəd 9, iki 5, Bakıxanov qəsəbəsində bir 5 və yeddi 9, Bibiheybət qəsəbəsində 17, Heydər Əliyev prospektində 5 və 16, Atatürk prospektində 16, Təbriz küçəsində iki 9, Yusif Qasımov küçəsində 9, S.Orucova küçəsində 9, A.M.Cümə küçəsində 14, Həsənoğlu küçəsində 9, 13 və 16, Bayıl qəsəbəsində 16, Qaradağ rayonu Sahil qəsəbəsində beş 9, Mayakovski küçəsindəki 4, Buzovnada 9 mərtəbəli yaşayış binaları, Auditorlar Palatası, Azərbaycan Beynəlxalq Bankı, Bakı Klinikası, "Günəş" Şadlıq sarayı, F.Xoyski küçəsində 200 saylı bağça, Dövlət Sərhəd xidmətinin Akademiyası, Dövlət Miqrasiya xidmətinin inzibati binası, Sumqayıtda 5, Saatlı rayon İcra Hakimiyyəti və daha 10-larla binada fasadlara və interyerə poliuretan örtüklərinin quraşdırılması işinin görüldüyü qeyd edilirdi. Lakin bu işlərin müsabiqə ilə aparıldığı Agentliyin məlumat bazasında təsdiqlənmir. Burdan da belə nəticəyə gəlmək olar ki, işlər müsabiqəsiz-filansız adıçəkilən şirkətə "peşkəş" edilib. Kağız üzərində rəhbər şəxsləri hazırda həbsdə olan "TNH" isə heç bir tenderdə yoxdur, işlədiyi 30-dan çox bina üzrə satın alan təşkilat kimi onun adı dövlət qurumunun saytında çəkilmir. Hökumətin bir satınalma təşkilatı var və onun hesabatlarında bu şirkətlərin adı yoxdursa, deməli işlər tenderdən kənar həvalə olunub. Son 5 ildə dövlət tərəfindən sifariş almayan bu şirkətlərə belə irimiqyaslı və məsuliyyətli bir işin həvalə olunmasının səbəbləri maraqlıdır. Hansısa bir nazirliyə kələm, kök alınmasına müsabiqə keçirilib, amma 263 binada üzləmə işlərinin görülməsi üçün dövlətin agentliyinin internet resurslarında 5 il ərzində cəmi 2 məlumat var ki, o da sadəcə bir bölgəyə aiddir və rəqəmlərin fantastik həddə böyüklüyü şübhə yaradır.

Üzlüklərə xərclənən pullara binaları qızıl suyuna çəkmək olardı

Bir də 2013-cü ildə "Global Construction"nın "AzərTac"ın yeni inzibati binasında tikinti-quraşdırma işlərinin satın aldığı qeyd olunub. Satın alınan məbləğ 6956756,82 manatdır. Yenə də 6 milyonu 7 milyonun bir addımlığında "saxlayan" 9 rəqəmi, yenə də iri məbləğ. Vəssalam. Şirkətin 5 ildə tenderlə gördüyü 3 iş olub. Bundan əvvəl hər hansı bir müsabiqədə iştirakçı və ya qalib olduğu barədə məlumat verilmir. Bu şirkət özünü podratçı kimi qələmə verib, əsasən subpodratçılarla işləyib. Bir tikinti mütəxəssisi deyirdi ki, subpodrat işində korrupsiya riski daha yüksəkdir. Çünki pul qazanmaq istəyi sifarişçi və icraçıda olduğu kimi subpodratçının da iştahası var, o da qazancını "çıxarmalıdır". "Qazanc çıxarma" söhbətini sözügedən şirkətin iş icraçısından da eşitmişdim.

Saytda fasadların üzlənməsi ilə bağlı bəzi tenderlərin keçirildiyi qeyd olunub. Formal xarakterli və ya gerçəkdən olduğunu bu gün demək çətindir. 2011-ci ildə Bakı şəhər İcra Hakimiyyəti başçısının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin "Bakı şəhərində binaların dam örtükləri və fasadların yenidən qurulması, təmir-bərpa və işıqlandırılma işlərinin satın alınması"nda "Vest-LTD" MMC-yə 58709000 manat vəsait verilib. Eyni şirkətlə eyni məbləğdə və eyniprofilli iş üzrə təkrar tender var. Bilmirəm, bu, texniki səhvdir, ya yox, ikincidə "təmizləmə" sözünü də artırıblar. Sonra qurum "Tarixi əhəmiyyətli binaların dam örtükləri və fasadlarının yenidən qurulması, təmir-bərpası, təmizlənməsi və işıqlandırılma işlərinin satın alınması"nda 5-ci lot üzrə yenə "Vest-LTD" MMC-yə 30001376 manat ödəyib. Həmin il Sabirabad rayon İcra Hakimiyyəti 1 yaşayış binasının təkcə fasadının üzlənməsinə 1592780 manat vəsait verib. Şirvan şəhər İcra Hakimiyyəti şəhərin H.Əliyev prospektində yaşayış binalarının fasadı və giriş bloklarının əsaslı təmir işlərinin satın alınmasına 100196 manat xərc çəkib. Yuxarıda bir binanın fasadına 1,6 milyon manat, burada isə bir neçə binada iki iş üzrə 200 min manat sərf olunub. Bu məlumat da sonradan ya təkrar gedib, ya da eyni işə iki dəfə pul ayrılıb. Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının binasının fasadının aqlay daşı ilə üzlənməsi işini "Fidan-2003" şirkətindən cəmi 24050,02 manata satın alıb. Deməli, istədiyiniz zaman korrupsiya etməmək də olur. İcra Hakimiyyətlərinin rəqəmləri ilə müqayisədə inandırıcıdır. "Yeyəndə" də gərək insafla "yeyəsən".

2012-ci ildə Göyçay Rayon İcra Hakimiyyətinin sifarişi ilə H.Əliyev prospekti və M.Rəsulzadə küçəsindəki 5 mərtəbəli yaşayış binalarının dam örtükləri, ön və kəllə fasadlarının (yarımçıq işlərini göstərməklə özlərini burada da biabır edirlər-H.H.) təmirinin "ATF" MMC-dən satın alınma məbləği 999975,45 manatdır. Yenə psixoloji həddi keçməmək adına istifadə olunan dörd "9". Sabirabad rayon İcra Hakimiyyəti "H.Əliyev prospekti boyunca ictimai yaşayış binalarının fasad hissələri və dam örtüyünün müasir səviyyədə qurulması işlərinin satın alınması"na 999869,28 manat ödəyib. "9"ları burada da unutmayıblar. Podratçı "Yol Qurğularının İstismarı" müəssisəsi 69 saylı YİM olub. Şirvan şəhər İcra Hakimiyyəti Şirvan şəhəri Energetik 9 saylı binanın fasad və dam örtüyünün əsaslı təmir işlərinin satın alınmasına 155459 manat xərcləyib. Baş Prokurorluğun inzibati binasının fasadının əsaslı təmir işlərinin satın alınmasına görə "Azimport" MMC-yə 989679,02 manat ödənib. Hətta prokurorluqla işbirliyində "9" rəqəmi məbləğin vacib səmtində durursa, vəziyyətin şərhə ehtiyacı yoxdur, fakt özü adamın gözünə batır. Təkcə fasad sözünü yazmaqla gələn rəqəmlərə baxın, durum ortadadır.

Müqayisə korrupsiya miqyasının fantastik olduğunu ortaya qoyur

2013-cü ildə yenə Bakı şəhər İcra Hakimiyyəti başçısının (?) Mənzil-Kommunal Təsərrüfatı departamenti "Bakı şəhərində binaların dam örtüklərinin və fasadların yenidən qurulması, təmir, bərpa, gücləndirmə və işıqlandırma (binalar nə gündəymiş, onları söküb yenidən tiksələr daha yaxşıdır-H.H.) işlərinin satın alınması" üçün "Tarixi Memarlıq" MMC-yə 67999798 manat vəsait ayırıb. Bir dəfəyə 68 milyon manat, həm də yenə dörd "9"la. Həmin il Lənkəran Rayon İcra Hakimiyyəti "Azərkommunallayihə" KLİ-i podratçı şirkət kimi tutub, 21 iş üzrə təkcə köhnə binaların bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanmasına üst-üstə 311730 manat vəsait ödənib. Hər binanın layihə-smeta sənədi 12500-30000 manat arasında dəyişir. Sadəcə bir iş dam örtüyü və fasadın təmirinə aiddir, bu da 244812,67 manatla "Kristal-S" MMC-yə həvalə edilib.
Saytda başqa maraqlı rəqəmlərə də rast gəldim. Agentliyin 2010-cu il üzrə reyestrində "Azərpoçt"un inzibati binasının ön, yan fasadının rekonstrusiya və təmirinin satın alma qiyməti 967518,89 manat olub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aztelekom İstehsalat Birliyinin Qəbələ Telekommunikasiya Qovşağının "Rabitə evi"nin fasad və dam örtüyünün yenidənqurulması işlərinin satın alınması üçün "Azəri Trans" MMC-yə 1350000 manat vəsait ödəyib. DİN Daxili Qoşunlar Baş İdarəsinin inzibati binasının fasadının təmiri 177920 manat olub. Bəlkə də ikincidə iş həcmi azdır, amma sifariş qiymətində 5 dəfədən çox fərq var. 2011-ci ildə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasının fasadında təmir və yenidənqurma işləri 14396 manata satın alınıb. İstəsəydilər onlar da bu vəsaiti 10-na vurardılar, lakin etməyiblər. İş həcmini bilmirəm, amma təmir üçün milyon çox deyilmi cənablar, fasadı qızıl suyunamı çəkirsiz? Təzə bina tikməmisiz, sadəcə fasad və dam örtüyünü yeniləmisiz. Bu arada Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əksər bölgələrdə binalarının cari təmiri, üzlənməsi ilə məşğul olub və buna kifayət qədər böyük pullar ayırıb. İllər üzrə baxanda elə rəy yaranır ki, əksər nazirlik və büdcə təşkilatı yalnız təmir və üz dəyişməklə məşğul olub. Bu məlumatlar təhlil edildikcə hansı nazirlik, dövlət qurumlarının və şirkətlərin daha çox korrupsiya ilə məşğul olduğunu görmək mümkündür. Büdcə vəsaitlərinin 50-60 faizi təmir, rekonstruksiya adı altında "silinir".

Sabirabad rayon İcra Hakimiyyəti "yaşayış binasının fasadının üzlənməsi" işini "Azəryolservis" ASC "Yol qurğularının istismarı" MMC "69 saylı yol istismar müəssisəsi"ndən 1592780 manata satın alıb. 1 bina üçün fantastik rəqəmdir. Naftalan Şəhər İcra Hakimiyyəti də 2014-cü ildə binaların fasadlarının yenidənqurulmasının satın alınması üzrə "İlqar-MR" MMC-yə 1999847,63 manat müqavilə haqqı ödəyib. Bəs nə yaxşı poliuretan üzlüklər bizə "həzm etdirilir", amma onların keyfiyyətinin uyğunluğuna cavabdeh olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi Gəncədə laboratoriya binasının fasadını aqlayla üzlədir? Deməli, poliuretanın nə olduğunu məmurlar yaxşı bilirdilər. Bu sayt çox maraqlıdır, əminəm ki, dərindən təhlil olunsa dövlət qurumlarının fırıldaqları ortaya çıxar. Kim-kimə tenderi "qazandırır", hansı qiymətə, kimin rəhbərlik etdiyi qurumun büdcəsi hara gedir və s. Mətbuatın zəif yerlərindən biri də ölkədə keçirilən tenderləri müşahidə etməyə maraq və təşəbbüs göstərməməsidir. Suallarımıza cavab vermirlərsə məlumatları özümüz qazıb çıxaracağıq.

İndi də yanan binanın təmiri üçün tender keçirildiyini deyirlər. Faciədən 7 gün ötüb, məmurlar yenə öz amplualarındadırlar. O müsabiqə nə vaxt oldu, kimlər orada iştirak etdi, iş hansı səbəbdən "Azəraqrartikinti" ASC-yə həvalə olundu, cəmiyyətə məlumat vermirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Bu gün, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Bu gün, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Bu gün, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Bu gün, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Bu gün, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Bu gün, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Bu gün, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Bu gün, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Bu gün, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru