İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                 

Bu, film deyil, Mətanət
Tarix: 21-05-2015, 12:05 | Çap et
Bu, film deyil, Mətanət
Yazıya “ sən” lə başlayacaqdım. “Sən”lə də davam edəcəkdim. Ancaq peşəkarlıq, dünya mədəniyyətindən mənimsədiyim ədəb qaydaları imkan vermədi. Yaraşmaz – dedim. Gerçəkdən də hər kəs özünə yaraşanı edir. Yanğınla bağlı yaşadığım, duyduğum, etdiyim şeylərdən danışmayacam. Bu barədə yalnız bir narahatlığım var, suçlu (lar) cəzasız qalacaqmı?..

“Mən” dən danışmaq kimi bir adətim yoxdu. Səndən danışacam. Mənə yaraşan, ancaq “sən”ə yaraşmayan “siz”dən, Mətanət. Sizi izləmirəm. Heç vaxt və heç bir halda maraqlı deyilsiz mənə və ətrafıma. İlk dəfədi izləmədiyim, izləyə bilmədiyim bir televizyonçudan yazıram. Mən tənqid edəndə də professional saydığımı, çəkimə və ranqıma uyğun bildiyimi tənqid edirəm. Daha yaxşı ola biləcəyinə, istedadına inandığımı sözə çəkirəm. Və onların içində dostlarım da olur.

Siz istisnasız.

Adınız tez-tez ayaq-əl, ağız hərəkətləri ilə hallanır yazılı mətbuat və sosial şəbəkədə. Sizin məşhur “şpaqat” manevrinizi də sosial şəbəkədə izləmişəm. Dəhşətli bir şey görmədim. Adamlar niyə bu qədər qıcıqlanır, düşündüm. Nə var burda? Əyləncəli bir proqram aparıcısı müxtəlif trüklar edə bilər. ABŞ-ın birinci ledisi də idmanı, sağlam həyatı təbliğ edərkən arada “şpaqat” açıb örnək olur. Təbiidi. Təbii olmayan sizsiz. Moemin “Teatr” əsəri var. Ordakı sitat dəhşət xoşuma gəlir deyə tez-tez xatırlayıram. Rejissor aktrisaya deyir: “Təbii olma, təbii görün!”. Sizdə isə heç biri alınmır. Kiməsə yarınmaq istəyəndə belə saxta alınır. Nemtsov Moskvanın ortasında öldürüləndə Rusiya dəydi bir-birinə. ORT dən Maksim Şevçenkonun aparıcılığı ilə siyasətçinin ölümü müzakirə olunurdu. Qonaqlardan biri mövzudan çıxıb üz tutdu cənab Putinin kürsüsünə. Dedi ki, bizim prezidentə üçüncü dərəcəli ölkələrin siyasətçiləri söz atır, aşağılayıcı tənqidlər səsləndirir. Onlar kimdilər, bu nə cəsarət? Buna son qoyulmalıdı filan. Aparıcı aydın məsələdi ki, hakimiyyətə bağlı bir TV-nin işçisidi. Ancaq məqam tapıb şit və bayağı yarınma cümlələri qurmadı. Qonağın da sözünü kəsmədi. Bircə cümlə deyib sözü alıb başqasına ötürdü. Bilirsiz nə dedi? Bilməzsiz. Siz bunu heç vaxt bilməyəcəksiz. Dedi ki, gerçəkdən də ləqayət hissi çox önəmlidi.

...Ona görə nə edirsiz edin, yaxşı görünmür. Mənim yazıq, aldanmış, əzilmiş, avam xalqım sizə əl çala bilər, ancaq gördüyünüz kimi ölkədə sizi alqışlayan aydın, intellektual yoxdu. Bu, əslində sizə özünüzlə bağlı düşünmək üçün bir mesaj olmalıydı. Mən sonunda anladım sizin “şpaqat”ı niyə bəyənməyib xeyli tənqid etdilər. Adamlar bilirdi ki, yavaş-yavaş ayağınızı onların başına çıxarmağa hazırlaşırsız. Televizordan xalqın başına dırmaşacağınızı hiss edən duyumlu insanlar varmış. Yanılmadılar da. Heç bir məsuliyyət hiss etmədən faciə yaşayan adamların qarşısına çıxıb yanğınla bağlı təsəlliverici, rəhmli fikirlər demək əvəzinə, “elə bilin küləkdi əsdi, keçdi, filmdi, oldu bitdi” dediz. Faciəni şişirtməyin, - dediz. Faciəni şişirtmək olmur. Çünki faciə özü şişmiş hadisədi, böyük bəladı. Belə bir ifadəni yalnız satirada işlətmək olar. Onu da ustadlar elə faciənin özünü anlatmaq üçün edirlər. Necə ki, Üzeyir bəy edib. “Ey, kimsən orda, aç qapını, aç, gələk səni öldürək”. Xalq üçün bu, həm də ona görə faciədi ki, ona “aç qapını, gəlib səni evində öldürək” deyirlər. İkincisi, faciə sözü nəsə ayrı bir anlam daşısaydı, məsələn, qarışqa sözünün sinonimi olsaydı belə, sizin efirə çıxan biri kimi əsəbləri tarıma çəkilmiş, doğmasına, qonşusuna, soydaşına və nəhayət, ailəsinə, özünə görə narahat olan, gərginlik yaşayan insanlara “sən Allah, qarışqadan fil düzəltmə” demək, pulqabı, pasport tapıb adamlara qaytarmısız deyə, onları gic yerinə qoymaq haqqınız yoxdu. Və siz bu tərzinizlə təkcə özünüzün situasiyadan xəbərsizliyinizi deyil, işlədiyiniz yerdəki ab-havanı, münasibəti də açıb göstərdiniz. Təəssüf ki, sizin satira bacarığınız da yoxdu. Ortada isə “ağzı deyəni qulağı eşitmir” görüntüsü var. Üstəlik, ORT aparıcısından fərqli olaraq, dar macalda yarınmaq cəhdi ilə komik duruma düşüb özünüz satira qəhrəmanına çevrildiniz. Yazını oxuyub özünüzü təhqir olunmuş hiss edirsiz? Bax, biz də siz balasını itirən adamlara “elə bilin küləkdi, əsdi keçdi, filmdi, bitdi” deyəndə təhqir olunduq.

Tərzinizlə, dediklərinizlə təkcə özünüzün deyil, televiziyanızın, rəhbərliyinizin cəmiyyətə, xalqa, insan amilinə, qanuna, hətta dövlət başçısına münasibətini açdınız, özünüz də bilmədən. Çünki dövlət başçısı həmin axşam hadisə yerinə gəldi. İclas keçirdi. Günahkarlar cəzalanacaq sözü verdi. Səmimi narahatlığını, gərginliyini gizlətmədi. Gizlədə bilmədi. Sizə bir bacı məsləhəti, gedin həmin yerə. Özünüz görün. Yazımın səbəbini dərindən hiss edəcəksiz, əminəm. İnsanlar özlərinə gələ bilmir neçə gündü. Onlara tamam yad olanların dərdinə şərik çıxırlar. Ətrafda yaşayanlar evlərində otura bilmir. Gedib o binanın yanında dururlar. Bu, çox ağrılı və acınacaqlı durumdu. Yanan binanın yanında dayanmaqla təskinlik tapır adamlar. Bir-birini görmək, yan-yana olmaq istəyirlər. Orda olan hər kəs bir-birinin üzünə baxır. Nəsə deməyi gəlir. Özünü yetim kimi hiss edir vətəndaş.

Faciəylə bağlı dünən bir neçə yerli kanalı düymələdim. Aparıcıların insanlara ağıl qoyduğunu gördüm. Lazım deyil, danışmayın, fikir bildirməyin. Alınmır. Eybəcər olur. Və əgər siz efir siyasətinin qurbanısınızsa, ləyaqətli qurban olun. Aparıcılıq söz toqquşdurma, şıllaq atma, su püskürmə deyil. Aparıcılıq sənətdi. Artistlik sənəti də deyil. Ayrıca bir işdir. Hərəkətləri ilə saçından gülüşünə kimi saxta görünən adamların bətnində və qucağında körpəsini itirən anaya ağıl öyrətməsinə dözümüm yoxdu. Onların mənsub olduğum xalqı barmağına dolamasına sakitcə baxmaq xəyanət olar. Adamlar faciə yaşayır, kimlərsə, “danışmayın, emosiyasız olun”, deyir. Durduq yerdə evi yanan, balası yanan, dünənə kimi mutlu olan ailəsi darmadağın olan bir insana acıya bilməyəcəmsə, nə yazıçıyam, nə jurnalistəm, nə adamam? Bu, film deyil, Mətanət. Bu acı gerçəklikdi. Sizə də belə bir filmdə baş rolda olmağı arzu etmirəm. Yalnız! O FACİƏNİ yaşayanlar bu həyat dramında istəmədən baş roldadırlar. Ən dəhşətlisi də odu ki, onları əzab dolu bu səhnəyə, sizin kimi amansız tamaşaçıların qarşısına itələyib çıxarıblar.

Aysel ƏLİZADƏ

musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Bu gün, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Bu gün, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Bu gün, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Bu gün, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Bu gün, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Bu gün, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Bu gün, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru