Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                 

"Şərurlu İsfəndiyar" da məhşər ayağına çəkilə bilər - Beynəlxalq Bankın daha bir borclusu
Tarix: 20-05-2015, 09:00 | Çap et
"Şərurlu İsfəndiyar" da məhşər ayağına çəkilə bilər
Maliyyə xəyanətində ittiham olunan iş adamlarının həbsi davam edir. Bu günlərdə kredit oliqarxlarının həbs dalğasına daha 3 nəfər də əlavə olunub. Bu dəfə saxlanılanlar da Beynəlxalq Bankdan külli miqdarda kredit götürənlərdir. Belə ki, həmin banka 200 milyon dollar borcu olan "Riyad-Farm" əczaçılıq şirkətinin sahibi Həsən Şərifov və şirkətin icraçı direktoru Aqil Quliyev saxlanılıb.

Həbs olunanların siyahısında "Simurq" futbol klubunun prezidenti Anar Bəkirov da var. Saxlanılan hər üç şəxs "Bandotdel"ə aparılıb. Xatırladaq ki, ötən həftədən Azərbaycanda "Beynəlxalq Bank"a krediti olan bir neçə məşhur iş adamı həbs olunub. Onlardan bəziləri "Bandotdel"də dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs qətimkan tədbiri seçilib. Həbs olunanların arasında neft oliqarxı Nizami Piriyev, "Globus Plaza"nın sahibi, eks-deputat Dünyamin Xəlilov, "Azimport" şirkətinin sahibi, Bayraq Meydanı İdarəsinin eks-rəisi Rəşad Məmmədov, "İnter Glass" şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var. Həbslərin isə davam edəcəyi, daha bir neçə iş adamının məhşər ayağına çəkiləcəyi gözlənilir. Ölkənin ən tanınmış iş adamlarından biri sayılan Hacı İbrahim Nehrəmlinin saxlanması heç kimə güzəşt olunmayacağını göstərdi. Yəni kimliyindən asılı olmayaraq dövlətin büdcəsinə ziyan vurmuş şəxslər cəzasını çəkəcək. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundovun da adı kredit fırıldağında hallandırılmağa başlanıb. İddialara əsasən, tikinti maqnatı icraçısı olduğu layihələri həyata keçirmək məqsədilə Beynəlxalq Bankdan özünə yaxın şirkətlərin adına külli miqdarda kredit götürüb, amma qaytarmayıb. Hələlik bununla bağlı heç bir mətbuat orqanında məlumat getməyib. Deyilənə görə, biznesmen bəzi əlaqələrini işə salıb vəziyyətdən çıxmaq istəyir. Bu arada, diqqətinizə çatdırmaq istəyirik ki, İsfəndiyar Axundovun adı həm də digər qalmaqallı olaylarda çəkilməkdədir. Xatırladaq ki, bir müddət əvvəl yerli KİV-lərdə "Şərurlu İsfəndiyar"ın qardaşı İmran Axundovun payçıları aldadaraq küçələrdə qoyması haqda informasiya yayılıb. Narazı vətəndaşlar üzləşdikləri qanunsuzluqlarla əlaqədar bunları bildirib: "Biz 2006-cı ildə "İN Eksklüziv Servis" MMC-nin rəhbəri Ələkbər Zeynalovdan evlər almışıq. Bu bina Bakının Yeni Yasamal yaşayış massivində tikilən "F" nömrəli çoxmərtəbəli yaşayış binasıdır. Müqavilə əsasında 55 ailə 1 milyon 500 min manatdan artıq pul ödəyərək mənzil aldıq. Mənzillərin dəyərinin 85 faizini də ödəmişik. Bunun əvəzində isə bizə müqavilə, maliyyə arayışı və ödəniş qəbzləri təqdim olunub. 2008-ci il noyabrın 2-də mənzillər bizə təhvil verilməli idi. Hətta həmin ilin mayınadək binanın 5 yaşayış mərtəbəsi tikilmişdi. Ancaq elə həmin il tikinti dayandı. Rəhbərlik köhnə Zorge bağı yaxınlığındakı ofisinin qapısını kilidləyib, bütün əlaqə vasitələrini də dəyişib. İndiyə qədər onları tapa bilmirik. Şirkət rəhbəri payçılardan qaçıb gizlənir. Ələkbər Zeynalovun dediyinə inansaq, 2006-cı ildə "Safari N" MMC ilə bağladığı müqaviləni bu şirkətin rəhbəri İsfəndiyar Axundov ondan alaraq cırıb. İş adamı 2006-cı ildə Ə.Zeynalovla bağladığı müqaviləni 2008-ci ildə dəyişərək özünə uyğun hazırlayıb. Müqavilələrdə saxtakarlıq faktları aşkar şəkildə görünür. Belə ki, 2008-ci ilin müqaviləsindəki bəndlərə dəyişiklik olunub. Bundan əlavə, "Şərurlu İsfəndiyar" bəyan edib ki, "İN Eksklüziv Servis" MMC-nin rəhbəri olan Ələkbər Zeynalovun 2006-cı il müqaviləsinə əsasən mənzil satmaq hüququ yoxdur. Burada belə nəticəyə gəlmək olar ki, Zeynalov həmin 1 bloklu binadan mənzili satmaq səlahiyyətini qarşılıqlı razılıq əsasında həyata keçirib. Dəfələrlə "Safari N"in rəsmi rəhbəri İmran Axundovla görüşmək istəsək də, alınmayıb. Onun yerinə qardaşı "Şərurlu İsfəndiyar" bizimlə görüşür və deyir ki, bina tikilməyəcək". Futbol üzrə Azərbaycan milli komandasının sabiq oyunçusu Ceyhun Sultanov da iş adamının nəzarətindəki tikinti şirkəti tərəfindən aldadılıb. Tanınmış futbolçu mənzil almaq üçün ödədiyi 48 min dolları neçə illərdir ki, geri ala bilmir. O mətbuata ünvanladığı şikayətdə bildirib ki, 2008-ci ilin mart ayında Yeni Yasamal qəsəbəsi, Talıblı küçəsi, 1243 saylı ünvanda tikilən binada mənzil alıb: "Tikinti işlərini həyata keçirən "Olimpus-az" şirkətinin rəhbəri Rauf Qurbanovla müqavilə bağladıq. 07.03.2008-ci il tarixli müqaviləyə əsasən, 16 mərtəbəli binada ikiotaqlı mənzil üçün şirkətə əvvəlcədən 48 min dollar vəsait ödədim. Pulun əvvəlcədən ödənilməsinə dair maliyyə sənədi də var. Müqavilədə göstərilirdi ki, bina 3 il ərzində, yəni 2011-ci ildə yaşayış üçün istifadəyə veriləcək. Lakin iki ildən sonra binanın tikintisi yarımçıq saxlanılıb. Bəlli oldu ki, "Olimpus-az" şirkətinin rəhbərliyi dələduzluq yolu ilə vətəndaşların pullarını mənimsəyib. Bununla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etdim. 2010-cu ilin sentyabrında Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə mənim iddia ərizəmə baxıldı. Məhkəmə 48 min dolların geri qaytarılması və mənəvi təzminat kimi 20 min manatın ödənilməsinə dair qərar çıxardı. Həmin ərəfədə "Olimpus-az" şirkəti fəaliyyətini dayandırmamışdı, lakin şirkətin rəhbəri Rauf Qurbanov həbs edilmişdi. Sonradan "Şərurlu İsfəndiyar"a məxsus "Şərur" MTK həmin binanın tikintisini davam etdirdi. MTK-dan "Olimpus-az" şirkəti ilə bizim aramızda imzalanan müqavilənin hüquqi əsasının olmadığını dedilər. Halbuki "Olimpus-az" şirkəti ilə "Şərur" MTK arasında tikintiyə dair müqavilə imzalanıb. Binanın tikildiyi torpaq sahəsi də "Şərur" MTK-nın balansındadır. Şirkətin hüquqşünası Şahbaz müəllim bildirdi ki, bağlanan müqaviləyə görə "Olimpus-az" yalnız tikinti işlərini həyata keçirməli imiş. Onların mənzilləri satmaq hüququ olmayıb. "Şərur" MTK isə "Olimpus-az" şirkətinin satdığı mənzilləri alıcılara verməkdən imtina edir. Kimə müraciət edəcəyimi bilmirəm. Mənzilin pulunu əvvəlcədən ödəmişəm. Bizə demişdilər ki, tikinti aparanda "Şərur" MTK mənzil sahiblərini razı salacaq. İndi isə onlar bundan imtina edirlər. Başqa sözlə, mən indi də faktiki olaraq bu şirkət tərəfindən aldadılıram". Qeyd edək ki, "Olimpus-az" şirkətinin aldatdığı insanların sayı çoxdur. Bu şirkətin tikintisini yarımçıq saxladığı binalarda "Qlobal Azəri" şirkəti tikintini davam etdirir. Həmin şirkətin rəhbəri Mehdi Axundov isə İsfəndiyar Axundovun oğludur. Tanınmış biznesmenlə bağlı irəli sürülən ittihamlar bununla bitsə, dərd yarıdır. İş adamı tərəfindən aldadılan vətəndaşlardan biri də Naxçvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Hacıyev Tural Adəm oğludur. O, 2008-ci ildə "Azərtikinti ATF" MMC-dən mənzil alıb: "Şirkətin Xətai rayonu, Telnov küçəsi, 23-47/48 ünvanında binaları inşa olunurdu. 2008-ci ildən tikilməyə başlanan 16 mərtəbəli binaların birində ikiotaqlı ev aldım. Şirkətin direktoru Azər Quliyevlə alqı-satqı müqaviləsi bağladım. Əlimdə bütün sənədlər var, yəni hər şey müvafiq qanunlara uyğun şəkildə həyata keçirilib. Mənzilə görə şirkət rəhbərinə ilkin olaraq 27900 dollar ödədim. Yerdə qalan 32 min dolları isə aramızda əldə olunan razılaşmaya əsasən kredit yolu ilə ödəyəcəkdim. Beləcə, dörd ay şirkətə 1000 dollar pul ödədim. Dörd aydan sonra eşitdim ki, şirkətin rəhbəri Azər Quliyevi dələduzluğa görə həbs ediblər. Azər Quliyev İsfəndiyar Axundovla şərik idi. Azər Quliyev mənzil dələduzluğuna görə həbs olunandan sonra "Azərtikinti ATF" MMC-nin mənzilləri İsfəndiyar Axundovun nəzarətinə keçdi. Onunla görüşdüm. Ümid edirdim ki, bir yerlim kimi o mənə nə köməklik lazımdırsa göstərəcək. O dedi ki, bina bizimdir, müqaviləni Azərlə bağlamısan əlavə olaraq 25000 manat ver və mənzilini al. "Şərur MTK"nın rəhbərinə buna maddi imkanımın çatmadığını dedim və bildirdim ki, pulum düzəlmir. Şirkət rəhbəri mənə dedi ki, get pulun düzələndə gələrsən. Növbəti dəfə onun yanına gedəndə məndən 35000 manat istədi. Səbəb kimi isə qiymətlərin bahalaşmasını göstərdi. Hər dəfə gedəndə qiyməti qaldırırdı. Həqiqətən də, iş adamına verməyə bu qədər pulum yox idi. Dəfələrlə İsfəndiyar müəllimin yanına gedib-gəldim, amma heç bir xeyri olmadı. O mənə dedi ki, ürəyin hara istəyir get şikayət elə". Bildirək ki, vətəndaş bu günə kimi müxtəlif instansiyalara müraciət etsə də, hələ ki hüquqları bərpa olunmayıb. İş adamı onun nə pulunu qaytarır, nə də mənzilini özünə verir. Mətbuatda yazılanlara nəzər salsaq görərik ki, tikinti maqnatı tərəfindən haqqı tapdalanan vətəndaşların sayı yüzlərlədir. Təəssüf ki, aidiyyəti dövlət qurumları insanların hüquqlarını pozan iş adamının barəsində heç bir tədbir görmür. Özəl mənbələr isə deyir ki, maliyyə xəyanətinə görə başlanan həbs dalğası yaxın günlərdə "Şərurlu İsfəndiyar"ı da vura bilər.
\\ Gündəlik-Bakı \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Bu gün, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Bu gün, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Bu gün, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Bu gün, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Bu gün, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Bu gün, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Bu gün, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Bu gün, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Bu gün, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru