Masazır təhlükədə - “Orada yaşamaq olmaz” - Xəbərdarlıq
Tarix: 13-05-2015, 11:24 | Çap et
 Masazır qəsəbəsində yaşayış binalarının altında baş verən qaz sızması məsələsinə dair gərginlik getdikcə şiddətlənir. “Şərq” qəzetinin yazdığına görə, problem qəsəbə sakinləri ilə yanaşı, hökumət və dövlət rəsmilərini də narahat etməyə başlayıb. Onlar da bunun ciddi təhlükə doğurduğunu dilə gətiriblər. Belə ki, bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev məsələyə münasibət bildirib. O qeyd edib ki, evlərin altından sızan şist qazıdır: "Həmin ərazidə şist qaz və bitum layları var. Məhz buna görə, həmin ərazidə baş verən qaz sızması təbii haldır. Sızan qaz ətrafa təhlükə yaradır”. Qurum prezidenti onu da əlavə edib ki, şist qaz və bitum laylarının üzərində evlərin tikintisi qanunsuzdur. Yaxın vaxtlarda Azərbaycan hökuməti bu məsələ ilə bağlı müvafiq qərar çıxaracaq. Bu ərazidə çoxmərtəbəli bina tikməyin doğru olmadığını deyən Müstəqil Memarlar Assosiasiyasının (MMA) prezidenti Zenfira Budaqova isə “Şərq” qəzetinə deyib ki, sürüşkən, seysmik və qaz təhlükəsi olan zonalarda yaşayış binaları inşa etmək olmaz: "Binanı tikməzdən öncə, həmin ərazini yoxlamaq lazımdır. Amma bunlar, Allah bilir, heç bir yoxlama işi aparmayıblar. Təki bina tikib, satıb pul qazansınlar. Gerisi heç veclərinə də deyil. Əhalinin sağlamlığı və təhlükəsizliyinə diqqət yetirmirlər. Hara gəldi ev tikirlər. Nəticə də belə olur”. Onun sözlərinə görə, həmin ərazidəki əhali mütləq köçürülməlidir: "Orada yaşamaq çox dəhşətlidir. Başqa bir məqam ondan ibarətdir ki, sakinlər o mənzilləri baha qiymətə alıblar. Nə qədər pul xərcləyiblər. Əhali və onlara məxsus mənzillər siyahıya alınmalıdır. Sonra da həmin sənədə uyğun olaraq onlara mənzillər paylanmalıdır. Yoxsa, sizi köçürdürük deyib, millətin yorğan-döşəyini çölə atmaq olmaz. Kompensasiya olunmalıdır. Od qiymətinə ev alıblar”. Z.Budaqovanın qənaətincə, sakinlər təhlükəsizliklərinin qorunmasını tələb etməlidir: "Əlaqədar orqanlara müraciətlər hazırlamalıdırlar. Orada yaşamaq olmaz. Şist qazları təhlükəlidir. Başım çıxmır belə bir ərazidə niyə bina tikiblər? Çox ağılsız hərəkət ediblər. Əhali köçürülməlidir”. Masazırda yaşayan jurnalist Rəşad Baxşəliyev qeyd edib ki, aprel ayının 9-da, Sarı Aşıq küçəsində Elxan Aslanova məxsus fərdi yaşayış evində partlayış baş verəndən bəri ərazi üzrə xüsusi komissiya yaradılıb: "Hər həftənin cümə axşamı baş nazirin müavini Abid Şərifov ərazini gəzir. Evlərin təhlükəsizliyi ilə bağlı tapşırıqlar verir. Bir müddət "Azəriqaz”ın əmakdaşları evlərdə, həyətlərdə xüsusi aparatlarla axtarışlar apardılar. Sonra da ərazidə tədqiqat aparan Geologiya İnstitutunun Neft və qazın geologiyası və geokimyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Əkbər Feyzullayev açıqlama verərək ərazidə təbii qaz çıxışlarının olduğunu təsdiqlədi. Bununla yanaşı bildirdi ki, ərazidə təbii qaz çıxışları var və onlar texnogen qaz deyil, orada qaz yataqları var. Bu da ərazidə vulkanların olması ilə bağlıdır. Ə.Feyzullayev sonda söylədi ki, həmin ərazidəki tikililərin aqibəti ilə bağlı aidiyyəti qurumlar qərar verəcək. Sonra Rövnəq Abdullayev açıqlama verdi. Biz də gözləyirik. Hələ ki bir söz deyən yoxdu. Əlbəttə, təhlükəli ərazidə yaşamağı heç kim arzulamaz. Yəqin ki, yaxın günlərdə komissiya rəyini açıqlayar və bizə də nəsə deyərlər və dövlət necə məsləhət görər, sakinlər də o cür addım atarlar”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18 |
|
|
|
| • İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11 |
|
|
|
| • "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03 |
|
|
|
| • "İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55 |
|
|
|
| • Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48 |
|
|
|
| • DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43 |
|
|
|
| • Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38 |
|
|
|
| • "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26 |
|
|
|
| • ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23 |
|
|
|
| • ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18 |
|
|
|
| • Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42 |
|
|
|
| • Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40 |
|
|
|
| • Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47 |
|
|
|
| • Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43 |
|
|
|
| • Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28 |
|
|
|
| • ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19 |
|
|
|
| • Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06 |
|
|
|
| • Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59 |
|
|
|
| • İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46 |
|
|
|
| • Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45 |
|
|
|
| • AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39 |
|
|
|
| • "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27 |
|
|
|
| • "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20 |
|
|
|
| • Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18 |
|
|
|
| • Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12 |
|
|
|
| • Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05 |
|
|
|
| • Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44 |
|
|
|
| • Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41 |
|
|
|
| • Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38 |
|
|
|
| • Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14 |
|
|
|
| • “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11 |
|
|
|
| • Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00 |
|
|
|
| • “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59 |
|
|
|
| • "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54 |
|
|
|
| • "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47 |
|
|
|
| • "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46 |
|
|
|
| • Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23 |
|
|
|
| • “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19 |
|
|
|
| • "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07 |
|
|
|
| • Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06 |
|
|
|
| • "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57 |
|
|
|
| • "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49 |
|
|
|
| • CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47 |
|
|
|
| • Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45 |
|
|
|
| • Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43 |
|
|
|
| • Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37 |
|
|
|
| • Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Dünən, 09:36 |
|
|
|
| • "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Dünən, 09:23 |
|
|
|
| • Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Dünən, 09:07 |
|
|
|
| • "Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Dünən, 07:37 |
|
|
|
|