Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                 

Daha bir səhiyyə ocağında problem var - Narazılıq var
Tarix: 13-05-2015, 11:12 | Çap et
Daha bir səhiyyə ocağında problem var
Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 196 ünvanında yerləşən Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi ilə bağlı son zamanlar bir sıra xoşagəlməz məlumatlar dolaşmaqdadır. Belə ki, sözügedən mərkəzin binasının bir hissəsinin 6, digər hissələrinin isə 5 mərtəbəli olduğunu vurğulayan mənbə iddia edir ki, tibb müəssisəsinin baş həkimi Yusif Əliyevin fəaliyyəti həm mərkəzin əməkdaşları, həm də bura müraciət edən xəstələr və onların yaxınları tərəfindən ciddi narazılıqla qarşılanır.

Baş həkim Yusif Əliyevin Elmi-Cərrahiyyə Mərkəzinin damar cərrahiyyəsi şöbəsinin müdiri Nəsrəddin Abışovla əlbir olub tibb ocağını sanki biznes obyekti kimi idarə etdiyini qeyd edən mənbə adıçəkilən şəxslərlə bağlı kifayət qədər informasiyaya sahib olduğunu bildirdi: "İlk öncə onu qeyd edim ki, 240 çarpayılıq Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin poliklinikası, reanimasiya zalı, ümumi cərrahiyyə, qaraciyər-öd yolları cərrahiyyə bölməsi, damar cərrahiyyəsi şöbəsi, mədə-bağırsaq cərrahiyyə bölməsi, endokrin cərrahiyyə şöbəsi, ürək cərrahiyyəsi, uşaq ürək cərrahiyyəsi, kardiocərrahiyyə əməliyyat blokunda və digər əməliyyat otaqlarında bir sıra cərrahi müdaxiləni həyata keçirmək mümkündür. Tibb ocağının baş həkiminə gəlincə, 1967-ci il təvəllüdlü Yusif Əliyev əslən Qərbi Azərbaycanın Göyçə mahalının Toxulca kəndindəndir. O, 1984-cü ildə Toxulca kənd orta məktəbini bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun II müalicə-profilaktika fakultəsinə daxil olub. 1986-1988-ci illərdə Macarıstanın paytaxtı Budapeşt şəhərində hərbi xidmətdə olub. 1992-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 1992-1994-cü ildə "cərrahiyyə" ixtisası üzrə kliniki oddinaturanı , 1994-1997-ci ildə isə aspiranturanı bitirib.1998-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 1997-ci ildən 2012-ci ilə qədər Azərbaycan Tibb Universitetinin III cərrahi xəstəliklər kafedrasının assistenti , 2012-ci ildən isə dosenti vəzifəsində calışıb. 2001- 2013- cü illərdə M.Əfəndiyev adına 2 saylı BŞKX-nin cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləyib. 2013-cü ildən isə Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimidir. Onun yaxın adamı kimi tanınan Nəsrəddin Abışov isə əslən Kürdəmir rayonundandır. Deyilənlərə görə, Elmi-Cərrahiyyə Mərkəzinin damar cərrahiyyəsi şöbəsinin müdiri bir sıra "məsələ"ləri baş həkim Yusif Əliyevlə müzakirə etdikdən sonra yekun qərarını verir. Onlar arasında bununla bağlı müvafiq razılıq əldə olunub. Məhz həmin razılığa əsasən Nəsrəddin Abışov gəlirli işləri baş həkimdən xəbərsiz reallaşdırmır".

Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin damar cərrahiyyəsi şöbəsinin müdiri Nəsrəddin Abışovun fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevlə yaxın münasibətlərinin olduğunu iddia edən məlumatlı şəxsin sözlərinə görə, tərəflər bəzi məqamlarda bir-birinə mühüm yardım göstəriblər: "Nəsrəddin Abışov Elşad Abdullayevlə həmyerli olmaqla yanaşı, onları bir-birinə ortaq maraqlar da bağlayır. Belə ki, şöbə müdiri ən çətin, çıxılmaz məqamlarda məhz sabiq rektorun yardımına güvənib. Qarşı tərəf də öz növbəsində, Nəsrəddin Abışovun problemlərinin həlli istiqamətində əlindən gələni əsirgəməyib. Deyilənlərə görə, əslən Kürdəmir rayonundan olan bu şəxslərin bir-birinə qohumluğu çatır".

Bu arada, Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində pulsuz tibbi xidmətdən danışmağın yersiz olduğunu vurğulayan məlumatlı şəxs qeyd edir ki, adıçəkilən tibb ocağının damar cərrahiyyəsi şöbəsində hərbi çağırışçıların müxtəlif yollarla həqiqi hərbi xidmətdən yayındırılmaları halları geniş yayılıb: "Bildiyiniz kimi, hələ də ordu sıralarına çağırışdan müxtəlif yollarla yayınma, hərbi xidmətə çağırışdan qanunsuz möhlət vermə halları müşahidə edilir. Bu zaman səhiyyə işçilərinin "xidmət"lərindən daha çox istifadə olunur. Beləliklə, bir sıra tibb müəssisəsində olduğu kimi Elmi-Cərrahiyyə Mərkəzinin damar cərrahiyyəsi şöbəsində də bu cür məqamlara rast gəlmək mümkündür. Deyilənlərə görə, bu proses şöbə müdiri Nəsrəddin Abışovun "nəzarəti" ilə reallaşır. Məsələn, bu və ya digər çağırışçı səhhətində problem olmadığı halda, damar cərrahiyyəsi şöbəsində müayinə olunarkən müəyyən qaydalara riayət etdikdən sonra "neqodnıy" olduğunu təsdiq edən sənəd alır. Bəzən də elə olur ki, doğrudan da həqiqi hərbi xidmətə yararsız çağırışçı xəstəliyini sübuta yetirmək üçün məcbur edilir ki, həkimlərə "hörmət" etsin. Bir sözlə, Elmi-Cərrahiyə Mərkəzinin damar cərrahiyyəsi şöbəsinə müraciət edən valideynlər irəli sürülmüş "şərt"lərə əməl etdikdən sonra övladlarının hərbi xidmətə yararsız hesab olunmalarına dair müvafiq tibbi sənədlərin rəsmiləşdirilməsinə nail ola bilərlər".

Elmi-Cərrahiyyə Mərkəzi ilə bağlı əldə etdiyimiz digər məlumatda isə qeyd olunur ki, adıçəkilən tibb müəssisəsinin rəhbərliyi bir sıra dərman firmaları və apteklərlə iş birliyindədir. Mərkəzin həkimlərinin rəhbərliyin göstərişi ilə 60-a yaxın dərman firması ilə alver etdiyini deyən məlumatlı şəxsin iddiasına görə, xəstəxanaya müraciət edən hər xəstəyə həmin firmaların dərmanları yazılır: "Ehtiyac oldu-olmadı, hər xəstəyə həmin dərmanları almağı, qəbul etməyi məcbur edirlər. Firma və apteklər isə həkimlərə göndərdiyi hər xəstəyə görə faiz ödəyir. Deyilənlərə görə, Elmi-Cərrahiyyə Mərkəzi Velfar, Evro Med, Alfan, AzerMed, CermanMed, ProFarm, Evrofarm ReFarm, Grand Medikal və digər dərman firmaları, eləcə də apteklərlə sıcaq münasibətdədir. Qeyd edim ki, xəstəxanada hansı həkim xəstəyə daha çox dərman yazırsa, firma həmin həkimə pul ödəyir. Bunun üçün də onlar baş həkimdən buraxılış qəbzi alırlar. Hər qəbz illik 500 manat edir. Bundan başqa, xəstəxanada həyata keçirilən bütün əməliyyatlardan mərkəzin rəhbərliyinə "pay" çatır. Əgər Səhiyyə Nazirliyi və digər müvafiq qurumlar Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin, həmçinin onun baş həkimi Yusif Əliyevin və damar cərrahiyyəsi şöbəsinin müdiri Nəsrəddin Abışovun fəaliyyətini obyektiv şəkildə araşdırsalar, onda bir çox qaranlıq məqamlara aydınlıq gətirilə, tükürpədici olayların üstü açıla bilər…"

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
\\ gundelik-baku.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Bu gün, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Bu gün, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Bu gün, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Bu gün, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Bu gün, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Bu gün, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Bu gün, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Bu gün, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Dünən, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Dünən, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Dünən, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Dünən, 07:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru